Behailik - Wikipedia
Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır.[1] Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir.
Əsas fiqurlar
Dini mətnlər
İdarə mərkəzi
Tarix
Şəxslər
Digər
|
Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb.[2] Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır[3], həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır.[4] Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir.[5]
Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur. Son dövrlərin bilinən Peyğəmbərləri 2 soydan gəlmişlər, İbrahim peyğəmbərin soyundan — Musa (peyğəmbər), İsa, Məhəmməd, Hind soyundan — Krişna, Budda, Zərdüşt. Bəhailərin fikrincə bizim dövrün son peyğəmbərləri Bab və Bəhaullahdır. Bəhai inancına görə, hər peyğəmbər mütləq özündən sonrakı peyğəmbər haqqında nəbilik etmiş (xəbər vermiş) və Ən Böyük Xəbər[6] Bəhaullahın zühuru ilə gerçəkləşmişdir. İnsanlıq təkamülün növbəti mərhələsinə yetişmişdir və indi vacib olan ədalət, sülh və birliyi qlobal səviyyədə təmin etməkdir.[7]
Etimologiyası
redaktəBəhai sözünün kökü ərəbcədən "bəha" (BHA) (بهاء), sözündən gəlir və azərbaycan dilində birbaşa hərfi tərcüməsi yoxdur, dilimizdəki bir neçə sözü istifadə edərək bu sözə tərif verə bilərik: cəlal, şərəf, izzət, nur. Bəhai kəlməsi bir sifət olaraq Bəhaullahın ardıcılı mənasına gəlir.
Yaranması və inkişafı
redaktəXIX əsrin 40–50-ci illərində İranda yaranmış Bəhai dini dünya dinləri arasında ən son yaranandır. Tam müstəqil dini təlim olmasına baxmayaraq, onu bəzən yanlış olaraq "İslam təriqəti" və yaxud "İslam daxilində reformasiya hərəkatı" kimi təqdim edirlər.
XIX əsrin əvvəllərində İran ölkəsinin insanları min il əvvəl qeybə çəkilmiş on ikinci İmam Mehdinin tezliklə zühur edəcəyini gözləyirdilər. İnanırdılar ki, O, əvvəlki görkəmində qayıdacaq, özünü Ali hökmdar elan edəcək, Yerdə zülmün kökünü kəsib, ədaləti bərpa edəcəkdir. Mehdinin yaxın günlərdə zühur etməsinə inam Şeyxi təriqətində daha güclü idi. Təriqətin lideri Şeyx Əhməd Əhsainin nəzərincə, Mehdinin hakimiyyəti mistik xarakterli olacaqdır. Onun şöhrəti dünyəvi deyil, ruhani səciyyə daşıyacaqdır. Onun qələbələri insan qəlblərinin qalalarını fəth etməkdən ibarət olacaqdır.[8][9][10] Şeyx Əhməddən sonra onun varisi Seyid Kazım Rəşti müsəlmanlara İlahi Zühurun onun ölümündən dərhal sonra, hicri 1260-cı ildə (yəni 1844-cü il) baş verəcəyini bildirir.[11] Çünki Əlinin (ə.s.) dilindən nəql olunan hədisdə deyilirdi ki, "Ağac ilində (60) İlahinin doğru yol göstərən ağacı dünyaya gələcəkdir". Cəfər Sadiq (ə.s.) də Mehdi barədə demişdir: "60-cı illərdə Onun fəaliyyəti üzə çıxacaq və adı tez-tez xatırlanacaq".
Həmin illər Xristian dünyasında da insanlar həyəcan içində idi: Asiyada Yozef Volf[12], İngiltərədə Edvard İrvinq[13], Pensilvaniyada Uilyam Miller[14], Almaniyada Leonard Kolber bir-birilərindən xəbərsiz – Tövrat və İncil yazılarının tədqiqi əsasında 1844-cü ildə (hicri 1260) İsa Məsihin ikinci zühurunun baş verəcəyini söyləyirdilər.
U. A. Spayser "Müasirlik peyğəmbərliklər işığında" kitabında yazırdı: "Müqəddəs Yazıların tədqiqatçıları ümumi bir rəyə gəliblər ki, Daniyel Peyğəmbərin bəşəriyyət üçün təyin etdiyi 2300 il sona çatır və orada 1844-cü il Qiyamət Günü kimi göstərilmişdir".
1844-cü il 23 mayında Bab (ərəbcə "qapı" deməkdir) İranın Şiraz şəhərində Öz İlahi Missiyasını elan etdiyi gün Bəhai dininin quruluş tarixi hesab olunur. O bildirir ki, gəlişində əsas məqsəd insanları Müqəddəs Kitablarda vəd olunmuş və zamanın sonunda Zühür edəcək kəsin gəlişilə müjdələmək və onları bu fövqaladə hadisəyə hazırlamaqdır. O yazırdı: "Mən ancaq bu Qüdrətli kitabın hərfiyəm və bu hüdüdsuz dəryanın damlasıyam. O zühur edəndə Mənim əsl təbiətim, Mənim sirlərim, müammalarım və eyhamlarım aşkar və anlaşılan olacaqdır…"
Şeyxi təriqətinin 18 nəfər üzvü Baba iman gətirərək, yeni dinin müjdəsini insanlara çatdırmaq üçün İranın şəhər və kəndlərinə səpələnirlər.[15] Babın, öz görüşünə görə, mənəvi dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, ədalətə və qardaşlığa, qadınların əsarətdən azad edilməsinə dair alovlu çağırışları İranda Yaxın və Orta Şərqi lərzəyə gətirən babilər hərəkatına səbəb olur. Bir sıra Qərb tədqiqatçılarının fikrinə görə Babın sosial ideyaları öz qabaqcıllığına görə XIX əsr Avropa ictimai fikrini dəfələrlə arxada qoyurdu (bax: Fransa səfirliyinin məmuru L. M. Nikola və Avstriyanın hərbi atteşesi Alfred fon Qumensin əsərləri).[16] Babilər hərəkatının geniş vüsət almasından qorxuya düşmüş şah hökuməti və ruhanilər Babı məhv etmək qərarını verirlər. Bab Təbrizə gətirilir və 1850-ci il 9 iyulda camaat qarşısında edam edilir. — əlavə -
Bəhailərin Beynəlxalq Birliyi – planetdə sülhü, qlobal ekologiyanı və insan haqlarını qorumaq, xalqların iqtisadi, sosial və mədəni inkişafına nail olmaq yollarında BMT-nin bir sıra orqanları – EKOSOS, YUNİSEF, BMT-in Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, YUNİFEM ilə əməkdaşlıq edir. Birlik hər il dünyanın müxtəlif yerlərində təhsil, səhiyyə, ekologiya, insan hüquqları sahəsində minlərlə layihə həyata keçirir. ABŞ, Kanada, Avstraliya və bəzi Avropa, Asiya və Afrika ölkələrində Bəhai İcmaları nüfuzlu dini azlıq sayılırlar.
Əsas prinsipləri
redaktəAllahın birliyi – Allah – mütləq başlanğıc və mütləq ilkin səbəbdir, əzəli varlıq, insan şüuruna sığmayan, Kainatın Öz-özünə var olan və Özü özünə kifayət olan Yaradanı, bu dünyanın məkan və zaman çərçivələrindən azad olan bir Varlıqdır.[17]
Dinlərin birliyi – Bu dünyanı yaradarkən, Allah insan nəzərinə tam açıqlana bilməyən bir məqsəd qoymuşdur, lakin Öz məqsədlərini həyata keçirmək üçün Allah vaxtaşırı Elçiləri vasitəsilə bəşəriyyətə Öz idarə edici prinsiplərini – Vəhyini çatdırır ki, mədəni-tarixi xüsusiyyətlərlə məhdudlaşan insan qavrama qabiliyyəti dairəsində Allahın məqsədinin pərdələrini açsın. Əslində bütün İlahi dinlər eyni İlahi Həqiqəti gətirmişlər, onlar arasında olan fərq isə bəşəriyyətin müxtəlif səviyyə hazırlığında və mədəniyyət ənənələrinin müxtəlifliyindən irəli gəlmişdir.[18] Bəhailər bütün əvvəlki İlahi Zühurları – Musa (peyğəmbər)i, Krişnanı, Buddanı, Zərdüştü, İsanı, Məhəmmədi – və eləcə də onların gətirdiyi Müqəddəs Yazıları qəbul edir və onların hər birinə ehtiramla yanaşırlar, lakin bəhailər müxtəlif dinləri eklektik birləşdirmək fikrindən uzaqdırlar. Bəhailər müxtəlif dinlərə eyni İlahi həqiqətin tədrici açılışı kimi baxırlar. Bəhailər eləcə də hesab edir ki, Babın gəlişilə Adəm dövrü və ya Peyğəmbərlik dövrü sona yetmişdir və bu müddət ərzində bəşəriyyət öz inkişafının müəyyən mərhələsinin sonuna çatmışdır, və həmin dövrün sonuncu Peyğəmbəri Məhəmməddir. Bəhaullahın isə gəlişi ilə əvvəlki Yazılarda "Qiyamət Günü", "Gecəsiz Gündüz" kimi qeyd edilən yeni dövr başlanmışdır. Bu dövrdə bəşəriyyət üçün topladığı imkanlarını reallaşdırmaq və bundan sonra müharibə və münaqişələri uşaq xəstəlikləri kimi unudaraq daha da inkişaf etmək və təkmilləşmək təyin olunmuşdur.
Bəşəriyyətin birliyi – Öncə göstərilən imkanları əldə etmək üçün bəşəriyyətin indiki inkişaf mərhələsində onu vahid, harmonik fəaliyyət göstərən orqanizm kimi birləşdirmək vaxtıdır. Bu məqsədin həyata keçirilmə proqramı, bəhailərin fikrincə, bəşəriyyətə Bəhaullahın Vəhyi vasitəsilə gətirilmişdir. Bəhaullahın əli ilə yazılmış, sonralar Yazıların yeganə səlahiyyətli şərhçisi olan[19] Əbdül-Bəhanın şərh etdiyi Bəhai Dininin Müqəddəs Yazılarında bu İlahi Planın bir çox təfsilatları və idarəedici prinsipləri göstərilmişdir.
Müxtəliflikdə birlik – Bütün insanların anadangəlmə bərabər olmasını qəbul etmək və bütün irqi, milli, sinfi, siyasi, dini, cinsi və s. mövhumatlardan qəti imtina etmək və bununla insanları qarşı-qarşıya duran qruplara ayıran səbəbləri aradan götürmək.[20]
Hüquq və imkan baxımından kişi və qadınların bərabərliyi – Allahın gözündə qadın və kişi bərabər olduğu kimi, dünya həyatında yaradılan şərait də funksional fərqləri nəzərə almaq kişi və qadın arasında eyni olmalıdır.[21][22]
Mövhumatın, xurafatın, təəssübün bütün formalarından imtina[23]
Dünya sülhü və dünyanın yeni nizama ehtiyacı – Bununla dünyada ümumbəşəri sülh və razılığa nail olmaq və onu qorumaq olar.[24]
Din və elmin ziddiyətdə yox, harmoniyada olması – Bəhai Yazılarına görə elm və din təməldə ziddiyət təşkil etmir.[25] Elmsiz din – mövhumatdan başqa heç bir şey deyildir. Dinsiz elm – bir korluqdur ki, bəşəriyyətin imkanlarını boşa xərcləməklə onu birlik əvəzinə çarpışma vasitələrinin istehsalına və qarşılıqlı tələfat uçurumuna aparır. Din bir yerdə qalmamalıdır, əksinə, elmlə birlikdə və onun qabaqcıl nailiyyətləri ilə harmoniyada inkişaf etməlidir.
Həqiqətin müstəqil axtarışı – hər bir bəhainin haqqı və borcudur. Yalan çoxüzlüdür, həqiqət isə tək və bölünməzdir. Ona görə də insanlar həqiqəti axtarsalar, onlar mütləq birliyə gələcəklər. Bəhai dövrünün gəlişi ilə ruhanilər təbəqəsinin (mollalığın, keşişliyin) bir təsisat kimi ləğv olunması bu prinsiplə əlaqədardır.
Sivilizasiyanın daimi inkişaf prinsipi – Bəşər həyatı Allahın Planına uyğun olaraq sosial-ictimai təkamül prosesindən keçir və Bəhaullahın da dediyi kimi "bütün insanlar daim inkişaf edən sivilizasiyanı irəlilətmək üçün yaradılmışlar".
Ümumi icbari təhsil – Ümumi təhsilin vacibliyi və zəruriliyi hər bir insana ayrıca olaraq və ümumilikdə bütün bəşəriyyətə verilən qiymətsiz istedadların və imkanların təzahürünün əsas vasitəsidir. Bəşəriyyəti birləşdirmək məsələsi hər bir insan tərəfindən bəşəri biliklərin toplusuna qovuşmağı və öz imkanlarını və insan hüquqlarını dərk etməyi nəzərdə tutur.
Vahid beynəlxalq köməkçi dilin labüdlüyü – Dünyanın bütün məktəblərində şagirdlərə öz ana dilindən əlavə beynəlxalq səviyyədə qəbul olunmuş köməkçi dilin öyrədilməsi. Beləliklə, hər bir insan özünü hara getsə öz vətənində kimi hiss edə bilər.[26]
Siyasətə qarışmamaq prinsipi – Siyasi fəaliyyət hər zaman bir qrupun digər qrupa qarşı mübarizəsini nəzərdə tutur. Ona görə də siyasətə qarışmaq istər-istəməz qarşıdurmaya gətirib çıxarır və birlik işinə mane olur.[27]
İqtisadi problemlərin ruhani həlli – Bütün insanların müəyyən minimum xoş güzarana malik olmağa haqqları var. Əlbəttə, söhbət bərabərləşdirmədən yox, ifrat fərqlərin məhdudlaşdırılmasından gedir.[28]
Bəhailərin sayları
redaktəBəhailər iddia edirlər ki, 1963-cü ilin statistikasına görə, onların dünyada 6151 Yerli Ruhani Məclisi və 56 Milli Ruhani Məclisi var və 253 ölkə, bölgə və ya adada Bəhailər var. Belə əhatəli və bənzərsiz bir təşkilata malik olan bəhailər Bab Mirzənin irəli sürdüyü fikirləri tam qəbul etməklə yanaşı, ona bəzi yeni əlavələr də etmişlər.[29]
Bəhailər bu inanc və baxışları hələ də dünyanın yeddi hissədə olan Məşriku'l-əzkar adlı doqquz cəbhəli məbədləri ətrafında qurduqları məktəblər, xəstəxanalar, uşaq evləri, uşaq bağçaları, turizm dərnəkləri və bu kimi sosial yardım qurumları vasitəsilə yaymağa çalışırlar.[29]
Bizim dövrümüzdə bəhailərin ən çox rast gəlindiyi yer İrandır. Burada onların sayı ilə bağlı irəli sürülən rəqəmlər 300.000 ilə 1.000.000 arasında dəyişir. Onların ikinci ən böyük mərkəzi ABŞ-də təxminən 10.000 bəhai, Avropada bir neçə yüz, Pakistanda isə bir neçə min bəhai vardır. İraq, Suriya, Livan və İsraildə bəhailərin sayı cüzidir. Bəzi Afrika ölkələrində, xüsusən də Uqandada nəzərəçarpacaq irəliləyiş əldə etmişlər. 1986-cı ildə Hayfadakı Bəhai Dünya Mərkəzinin dərc etdiyi statistikada dünyada bəhailərin sayı 4 milyon 739 min nəfər göstərilib.[29]
Azərbaycanda Bəhai dininin tarixi
redaktəAzərbaycanda bu hərəkata Babın ən yaxın ardıcılı, azərbaycanlı şairə-qadın Tahirə Qürrətüleyn başçılıq edirdi. Tahirə Babın gətirdiyi yeni qanunlara uyğun olaraq İslam şərqində çadrasını atmış ilk müsəlman qadını idi.[30] Hərəkat yatırılarkən Tahirə Qürrətüleyn öldürülmüşdür.[31]
Zəncanda 1850-ci il babi üsyanı zamanı üsyançılar arasında Zeynəb adlı gənc azərbaycanlı qız da olmuşdur. Tarix elmləri doktoru, professor Zülfəli İbrahimov bu qız haqqında yazmışdır: "Son dərəcə şücaətli olduğuna görə zəncanlılar bu qıza "Şahnamə"nin qəhrəmanı Rüstəmin adını vermişdi. Xalq ona Rüstəmə deyirdi". Başqa tədqiqatçı, tarix elmləri doktoru, professor Sabir Gəncəli yazır: "Şah qoşunları dəfələrlə hücum edib, Rüstəmənin müdafiə etdiyi istehkamı tutmağa cəhd göstərmişdilərsə də buna müvəffəq ola bilməmişdilər. Rüstəmə döyüşdə deyil, yatdığı yerdə cəsus əliylə öldürülmüşdür".
Həmin vaxtlarda babilik hərəkatı Şimali Azərbaycanda da öz ardıcıllarını tapırdı. Bab öz missiyasını elan etdiyi vaxt onun şagirdlərindən biri Molla Sadıq Vənəndli Ordubadın Vənənd kəndinin və ətraf kəndlərin adamlarını öz ətrafına toplayaraq bu təlimi onlara çatdırır. Qısa vaxt ərzində bütün Naxçıvan və Zəngəzur mahalında on min nəfərə qədər onun tərəfdarı yaranır.[32] Rus hökuməti general Behbudovu beş min nəfərlik ordu ilə Molla Sadiq Vənəndliyə qarşı göndərir. O zaman artıq həkimiyyətdən salınmış Naxçıvan xanı və onun naibi Şeyxəli bəy də bu təlimin tərəfdarlarından idilər.[33]
XIX əsrin ikinci yarısında Bəhai İcmaları Şimali Azərbaycanın Bakı, Balaxanı, Gəncə, Bərdə, Şəki və digər yerlərində fəaliyyət göstərirdi. Qeyd edək Bakı və Balaxanı İcmaları, ümumiyyətlə, dünyanın ən qədim Bəhai İcmalarından hesab olunurlar.[34] 1860–70-ci illərdə Bakı İcmasının yaradılmasında Azərbaycanın xalq şairi Mikayıl Müşfiqin babası Xızılı Mirzə Əbdülqədir İsmayılzadə böyük rol oynamışdır. Artıq 80-ci illərin əvvəllərində bu icmalarda yüzlərlə insan var idi. Bakı İcmasının arxivində həmin İcmanın adına 1887-ci ildə alınmış Çadrovu küçəsi (indiki Mirzağa Əliyev) 216 nömrəli evin mülkiyyət hüququna dair sənəd vardır.[35]
Bəhai İcmaları Azərbaycanda dini fanatizmi, mövhumat və cəhaləti pisləmiş, maarifçiliyi, uşaqlara, xüsusən də qızlara dünyəvi təhsilin verilməsini, qadınların cəmiyyətdə və ailədə hüquqlarının qorunmasını təbliğ etmiş, dinlər və xalqlar arası dialoq və əməkdaşlığa can atmışlar. İlk dəfə azərbaycanlı qızlara təhsil verilməsində bəhailərin rolu böyük olmuşdur. Bu cür fəaliyyətlər ruhanilərin xoşuna gəlməmiş, nəticədə Bakı, Mərdəkan, Balaxanı, Bərdə və Şamaxıda bəhailərə qarşı ciddi təzyiqlər olmuşdur. Mərdəkan məscidinin axundu İbrahimxəlil biləndə ki, yeganə oğlu Molla Sadiq Bəhai dinini qəbul edib və onun ən fəal təbliğatçısı olub, qəzəblənərək onun ölümünə fətva verir. 1901-ci ildə Bakı qoçuları Molla Sadiqi neft quyusuna ataraq qətlə yetirirlər. Hazırda Molla Sadiqin qəbri Mərdəkan qəbirstanlığındadır.[36]
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Hutter, Manfred (2005). "Bahā'īs". In Jones, Lindsay. Encyclopedia of Religion 2 (2nd ed.). Detroit, Michigan: Macmillan Reference US. pp. 737–740.
- ↑ "The Life of Bahá'u'lláh: Banishment from Iran". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- ↑ "'Abdu'l-Bahá's travel to west". 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- ↑ "Affolter, Friedrich W. (January 2005). The Specter of Ideological Genocide: The Bahá'ís of Iran" (PDF). 2012-07-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- ↑ "Bahá'í statistics". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- ↑ "Quran, 78:2". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- ↑ Smith, Peter (2008). An Introduction to the Baha'i Faith. Cambridge: Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine Cambridge University Press.
- ↑ "The Dawn-Breakers: Nabíl's Narrative of the Early Days of the Bahá'í Revelation, CHAPTER I: THE MISSION OF SHAYKH AHMAD-I-AHSÁ'Í". 2017-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- ↑ "Individualism and the Spiritual Path in Shaykh Ahmad al-Ahsa'i by Juan R. I. Cole". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- ↑ "The World as Text: Cosmologies of Shaykh Ahmad al-Ahsa'i by Juan R.I. Cole, Department of History, University of Michigan Studia Islamica 80 (1994):1-23". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- ↑ "The Dawn-Breakers: Nabíl's Narrative of the Early Days of the Bahá'í Revelation, CHAPTER II: THE MISSION OF SIYYID KÁZIM-I-RASHTÍ, page 45". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- ↑ "Wikipedia:Joseph Wolff". 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- ↑ "Wikipedia: Edward Irving". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- ↑ "Wikipedia: William Miller (preacher)". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- ↑ "The Dawn-Breakers: Nabíl's Narrative of the Early Days of the Bahá'í Revelation, CHAPTER III: THE DECLARATION OF THE BÁB'S MISSION". 2017-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- ↑ "'Abdu'l-Bahá and Mírzá Ghaffár Zanúzí: ALM Nicolas's 'Abdoul-Béha et la situation', 1912". 2021-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- ↑ "Hatcher, William; Martin, Douglas (1985). The Bahá'í Faith". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
- ↑ "Smith, Peter (2008). An Introduction to the Baha'i Faith. Cambridge: Cambridge University Press". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
- ↑ "Tablets of Bahá'u'lláh: Kitáb-i-'Ahd (Book of the Covenant)". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
- ↑ "Roxanne Lalonde, Unity in Diversity: Acceptance and Integration in an Era of Intolerance and Fragmentation, 2004". 2014-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
- ↑ "Buck, Christopher (1999). Paradise and Paradigm: Key Symbols in Persian Christianity and the Baha'i Faith". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
- ↑ [Hatcher, W. S.; Martin, J. D. (1998). The Bahá'í Faith: The Emerging Global Religion. San Francisco: Harper & Row.]
- ↑ "Stockman, Robert (2000). "The Baha'i Faith". In Beversluis, Joel. Sourcebook of the World's Religions". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
- ↑ [Smith, P. (1999). A Concise Encyclopedia of the Bahá'í Faith. Oxford, UK: Oneworld Publications. pp. 363–364.]
- ↑ "Letter written on behalf of the Universal House of Justice. Research Department of the Universal House of Justice, Bahá'í World Centre (published December 1995). Retrieved 2007-12-01". 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
- ↑ [For an annotated compilation of excerpts from the Bahá'í writings regarding the principle of International or Universal Auxiliary Language, see "The Greatest Instrument for Promoting Harmony and Civilization: Excerpts from the Bahá'í Writings and Related Sources on the Question of an International Auxiliary Language." Oxford: George Ronald Publisher. 2015. ]
- ↑ "See for example: Political Non-involvement and Obedience to Government – A compilation of some of the Messages of the Guardian and the Universal House of Justice (compiled by Dr. Peter J. Khan)". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
- ↑ "Bryan Graham, Baha'i Faith and economics: a review and synthesis". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
- ↑ 1 2 3 "Bahailik". islamansiklopedisi.org.tr. 1991. 3 may 2023 tarixində arxivləşdirilib.
- ↑ Ə. Cəfərzadə "Azərbaycanın aşıq və şair qadınları", Bakı, "Gənclik" nəşriyyatı, 1991; Ə. Cəfərzadə "Zərintac Tahirə", Bakı, Göytürk, 1996
- ↑ "Martha L. Root "Tahirih, The Pure, Iran's Greatest Woman" Copyright, 1938". 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
- ↑ bahai.az — İcmanın tarixi [ölü keçid]
- ↑ "M. S. Ordubadi "Həyatım və mühitim", Əcəmi nəşriyyat-poliqrafiya birliyi, Naxçıvan, 2012". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
- ↑ "The Baha'is of the Caucasus: From Russian Tolerance to Soviet Repression {2/3}". 2011-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-24.
- ↑ "Səlahəddin Əyyubov, Bəhai Dini Azərbaycanda və ya bütün dinlərdə Vəd Olunmuş Kəsin zühuru. Bakı, "Elm və təhsil", 2013" (PDF). 2022-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-12-07.
- ↑ [Əzizə Cəfərzadə, "İşığa doru", Bakı, Şirvannəşr, 1998]
Xarici keçidlər
redaktə- bahai.az Arxivləşdirilib 2016-10-25 at the Wayback Machine
- Türk dillerinde Bəhai duaları
- Bahá’í International Community
Din haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |