Dmitri Medvedev - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Dmitri Anatolyeviç Medvedyev (rus. Дмитрий Анатольевич Медведев; 14 sentyabr 1965[1][2][…], Leninqrad, SSRİ[4]) — Rusiya Federasiyasının Dövlət və Siyasi Xadimi, Rusiya Federasiyasının 3-cü Prezidenti (7 may 2008 – 7 may 2012), Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Sədri.
Dmitri Medvedev | |
---|---|
rus. Дмитрий Анатольевич Медведев | |
8 may 2012 – 16 yanvar 2020 | |
Əvvəlki | Vladimir Putin |
Sonrakı | Mixail Mişustin |
7 may 2008 – 7 may 2012 | |
Əvvəlki | Vladimir Putin |
Sonrakı | Vladimir Putin |
Rusiya Federasiyası Baş nazirinin birinci müavini[d] | |
14 noyabr 2005 – 12 may 2008 | |
Birləşmiş Rusiya Partiyasının rəhbəri[d] | |
Vəzifədədir | |
30 may 2012-ci ildən | |
Əvvəlki | Vladimir Putin |
Rusiya Federasiyası Prezident Adminstrasiyasının rəhbəri[d] | |
30 oktyabr 2003 – 14 noyabr 2005 | |
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini[d] | |
Vəzifədədir | |
16 yanvar 2020-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 sentyabr 1965[1][2][…] (59 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | hüquqşünas, siyasətçi, iş adamı |
Atası | Anatoli Medvedev[d] |
Anası | Yulia Medvedeva[d] |
Həyat yoldaşı |
|
Uşağı |
|
Dini | şərqi ortodoks xristianlıq |
Hərbi xidmət | |
Qoşun növü | Rusiya Silahlı Qüvvələri |
Döyüşlər | |
Rütbəsi | polkovnik |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət, təhsil |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
da-medvedev.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Dmitri Medvedyev hüquq elmləri namizədi, dosent, Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin fəxri doktorudur.
Həyatı
redaktəDmitri Medvedyev 1965-ci il sentyabr ayının 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ziyalı ailəsində anadan olub. Atası Anatoli Medvedyev Leninqrad Texnologiya İnstitutunun professoru, anası Yuliya Venyaminova isə Leninqrad Pedoqoji İnstitutunun müəllimi olub. Dmitri ailənin yeganə övladıdır. Dmitri Medvedyev Sankt-Peterburqun Frunze rayonundakı 305 nömrəli fəxri məktəbi bitirib.[5]
Dmitri Medvedyev 1987-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini, 1990-cı ildə isə həmin universitetin aspiranturasını bitirir.
Tələbəlik illərində rok musiqisinə maraq göstərən Dmitri, (onun sevimli rok qrupları "Black Sabbath" və "Ossi Osborn" idi) bununla yanaşı, idmanın ağır atletika növündə də özünü sınayıb.
Dmitri Medvedyev 1990-cı ildən 1999-cu ilə qədər Sankt-Peterburq Dövlət Universitetində pedaqoq kimi fəaliyyət göstərir. Digər tərəfdən, Sankt-Peterburq Şəhər Sovetinin sədri Anatoli Sobçakın müavini, Sankt-Peterburq meriyasının xarici əlaqələr komissiyasının sədri Vladimir Putinin rəhbərlik etdiyi komissiyanın eksperti olur.
Fəaliyyəti
redaktəDmitri Medvedyev 1993-cü ildə meşə sənayesi bazarında Rusiyanın nəhəng şirkətlərindən hesab edilən "İLİM PALP İNTERPRİCE" şirkətinin qurucularındandır. Bu şirkətdə hüquqi məsələlər üzrə direktor vəzifəsini icra edən D. Medvedyev səhmlərin 20%-ə malik idi.
O, 1999-cu ildə Rusiya Federasiyası Hökumət Aparatının Rəhbəri Dmitri Kozakın müavini təyin olunur.
1999–2000-ci illərdə o, Rusiya Federasiyasının-nin prezident administrasiyası rəhbərinin müavini postuna təyin olunur. D. Medvedyev prezident seçkiləri zamanı V. Putinin seçkiqabağı qərargahına rəhbərlik edir.
2000–2003-cü illərdə Rusiya Federasiyasının Prezident administrasiyası rəhbərinin birinci müavini olan D. Medvedyev 2003-cü ilin noyabr ayından 2005-ci ilədək Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edib.
2005-ci ilin noyabrında D. Medvedyev baş nazirin birinci müavini təyin olunur və Rusiya milli proqramlarına rəhbərlik edir.
2007-ci il dekabr ayının 10-da "Yedinaya Rossiya" partiyasından prezidentliyə namizədliyini irəli sürülən Dmitri Medvedyevin namizədliyini digər bir neçə partiya da dəstəkləyib. Bundan sonra Prezident V. Putin də onun namizədliyini dəstəklədiyini bildirir.
D. Medvedyevin prezidentliyə namizədliyi keçmiş Yeltsin komandasının üzvlərinin və Putinin maraqları ilə üst-üstə düşürdü.
2008-ci ilin mart ayında keçirilən prezident seçkilərində Rusiya Federasiyasının növbəti, 3-cü Prezidenti seçilir. 7 may 2008-ci ildə onun andiçmə mərasimi keçirilir.
Dmitri Medvedyev 2012-ci il Rusiya Federasiyası Prezidenti seçkilərində iştirak etməyəcəyini və bu vəzifəyə Vladimir Putinin namizədliyini irəli sürdüyünü elan edib.
Dinə münasibəti: Qərb mətbuatında yer alan bir xəbərdə V. Putin Yunanıstanda pravoslav kilsəsinin restavrasiyası üçün Dmitrinin köməyi ilə Kovalçuk qardaşlarına məxsus "Rusiya" bankı vasitəsilə bir neçə milyon dollarlıq əməliyyat aparıb. Dmitrinin həyat yoldaşı Svetlana da xeyriyyə təşkilatının sədridir.
2007-ci ildə Dmitri Medvedyev Kazanda olarkən bildirib: "Dini maariflənmənin səviyyəsinin inkişaf etdirilməsi hökumətin, dini icmaların və milli təhsil sisteminin vəzifəsidir". Bununla yanaşı, Medvedyev çıxışında dini təhsil müəssisələrinin öz təhsil proqramlarını dövlət standartlarına uyğun təyin etməsi hüququnun bu müəssisələrə həvalə edilməsi istiqamətindəki təkliflərinə də müsbət yanaşdığını vurğulamışdır.
Medvedyev Kazanda sözügedən çıxışında müsəlman təşkilatlarının nümayəndələrinin Rusiyanın ənənəvi müsəlman dini liderlərinin federal telekanallarda çıxışına dair təkliflərini də dəstəkləmişdi.
Maraqlıdır ki, Medvedyev dini fəaliyyətin orduda da mövcudluğuna nəinki müsbət yanaşır, eləcə də bunun məqsədəuyğun olacağını düşünür.
Məhz, bu səbəbdən Dmitirinin namizədliyini Rusiya Pravoslav Kilsəsi, Rusiyanın Avropa hissəsi Müsəlmanlarının Ruhani İşlər İdarəsi, habelə Rusiyadakı Yəhudi Dini Konqresi də dəstəkləmişdi.
İstinadlar
redaktə- ↑ 1 2 http://www.nytimes.com/2007/12/11/world/europe/11medvedev.html.
- ↑ 1 2 Dmitri Medwedjew // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 4 5 6 http://kremlin.ru/catalog/persons/37/biography.
- ↑ 1 2 http://www.nytimes.com/2007/12/11/world/europe/11russia.html?pagewanted=all.
- ↑ "У школы президента Медведева в Купчино откроют новый стадион". 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.