Don Respublikasi - Wikipedia
Don Respublikası — Rusiyada Oktyabr çevrilişindən (1917) sonra Don bölgəsində yaranmış hökumət. Rusiya hökumətinin 1887-ci ildə keçirdiyi inzibati-ərazi bölgüsünə əsasən, Rostov vilayəti ilə Taqanroq şəhəri Don Qoşunu vilayətinə daxil edilməklə, Şimali-qərbi Qafqazın bir hissəsi Don kazaklarının idarəsinə keçdi.[1]
Tarixi dövlət | |||||
Don Respublikası | |||||
---|---|---|---|---|---|
Böyük Don Qoşunu | |||||
|
|||||
Rusiya İmperiyasının himni | |||||
|
|||||
Paytaxt | Novoçerkassk | ||||
Dilləri | rus dili, ukrayn dili | ||||
Rəsmi dilləri | rus dili və Ukrayna dili | ||||
Dövlət dini | pravoslavlıq | ||||
İdarəetmə forması | respublika | ||||
Ataman | |||||
• 1918 – 1919 | Krasnov Pyotr Nikolayeviç | ||||
• 1919 – 1920 | Boqayevskiy Afrikan Petroviç | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Yaradılması
redaktəOktyabr çevrilişindən sonra Sovet hakimiyyətinə tabe olmaqdan boyun qaçıran Don kazakları öz hakimiyyət orqanlarını yaratdılar. 1918-ci il mayın 8-də alman ordusunun köməyilə bolşeviklər Don vilayəti ərazisindən qovuldu, mayın 26-da isə Don kazaklarının dairəsi "Böyük Don Qoşunu" hökuməti yaradılmasını elan etdi. Ataman P.Krasnovun başçılıq etdiyi bu hökumətin 65 minlik ordusu var idi. 1919-cu ilin yanvarında bu ordu general A.Denikinə tabe edildi və həmin ilin payızında Moskva üzərinə yürüşdə iştirak etdi.
Don Respublikası hökuməti Paris sülh konfransında (1919–20) iştirak etmək üçün öz nümayəndə heyətini 1919-cu ilin əvvəlində İstanbula göndərmiş, lakin onlar da Rusiyanın cənubunda yeni yaranmış dövlətlərin nümayəndələri ilə birlikdə bu şəhərdə ləngiməli olmuşdular. Bu nümayəndələrin müttəfiq dövlətlərin İstanbuldakı komandanlığına ünvanladıqları müraciətdə Don əhalisinin həm bolşeviklərin, həm də köhnə rejimi bərpa etmək istəyən bir qrup məsuliyyətsiz adamların yaratdığı qurama təşkilatların təhlükəsi altında qaldığı bildirilirdi.[1]
Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələri
redaktəAzərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1919-cu il iyunun 26-da özünün Kubandakı diplomatik nümayəndəsi Cəfər bəy Rüstəmbəyova əlavə mandat göndərərək, ona Don hökuməti yanında Azərbaycan Xalq Cümhuriyyətini təmsil etmək səlahiyyəti verdi. Həmin il sentyabrın 24-də isə Xosrov bəy Sultanov Azərbaycan Hökumətinin Rostovda konsul-agenti təyin edildi.[1]
Fəaliyyətinə son qoyulması
redaktə1920-ci ilin yanvarında Qırmızı ordu Rostovu və Novoçerkasskı tutdu, martda isə bütün Don vilayətini ələ keçirərək, Don Respublikası hökumətinin varlığına son qoydu.[1]
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Aзepбaйджанская Демократиская Pecnублика (1918–1920),
- Внешняя политика (документы и материалы) , Б., 1998;
- Борьба за власть Собетов на Дону в 1917 – 1920 гг. (сборник документов), Ростов на/ Д., 1957;
- Хмелевский К. А., Лрах красновщины и немецкой интервенции на Дону (апрель 1918 март 1919 года), Ростов на/Д., 1965.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 334. ISBN 9952-417-14-2.
== İstinadlar ==