Drastamat Kanayan - Wikipedia
Drastamat Kanayan (və ya General Dro) (erm. Դրաստամատ Մարտիրոսի Կանայան) (1 (13) may 1883[1][2], İğdır, İrəvan quberniyası[1][2] – 8 mart 1956[1][2], Boston[1][2]) — erməni dövlət xadimi, terrorçu, hərbi cinayətkar.
Drastamat Kanayan | |
---|---|
erm. Դրաստամատ Մարտիրոսի Կանայան | |
Ermənistan Respublikasının müdafiə naziri[d] | |
24 noyabr 1920 – 2 dekabr 1920 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 (13) may 1883[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 8 mart 1956[1][2] (72 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xəstəlik |
Partiya | |
Fəaliyyəti | hərbi qulluqçu, siyasətçi |
Hərbi xidmət | |
Qoşun növü | Erməni quldur dəstələri, Ermənistan Quru Qoşunları |
Döyüşlər | |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəDrastamat Kanayan Gimnaziyada təhsilini bitirdikdən sonra Pyatiqorsk şəhərində hərbi təhsil alır, 1903-cü ildə Daşnaksütun partiyasına qoşulur.
1905-ci ildə Bakıda meydana gələn erməni-müsəlman qarşıdurması zamanı şəhər meri, ermənilərin ölümünə görə günahkar saydığı Nakaşidzeyə qarşı sui-qəsddə iştirak edir və onun faytonuna bomba atır. Partlayış nəticəsində qubernator həlak olur.[3] Bundan sonra Kanayan Qafqazdan qaçır, İranda və Türkiyədə yaşayır, Türkiyədəki erməni dəstələri üçün silah qaçaqmalçılığı ilə məşğul olur.
Birinci dünya müharibəsi
redaktəDrastamat Kanayan I dünya müharibəsi zamanı türklərə qarşı vuruşan və dinc əhaliyə qarşı kütləvi qırğınlar törədən erməni dəstələrindən birinə başçılıq edir. 1918-ci ildə Erməni Milli Məclisi "Dro"nun qarşısında Ağrını tutmaq vəzifəsi qoyub, həmin ilin aprelində qurulan Ermənistan Demokratik Respublikası onu "Qərbi Ermənistanın hərbi komissarı" təyin edib. Qars və Ərzurum cəbhələrində Osmanlı ordusuna qarşı döyüşüb, həmin il Ermənistan Müdafiə Nazirliyinə nazir təyin edilib. 1918-ci ildə "Dro"nun qüvvələri İğdıra hücuma keçir, amma Mələkli-Taşburun arasında gedən döyüşlərdə İğdır Milli Cümhuriyyəti başqanı, İrəvan gimnaziyasında tələbə yoldaşı və dostu olmuş Əli Əkbər Tufanın komandanlıq etdiyi qüvvələrə məğlub olur. Əsir düşməkdən son anda canını qurtarır.[3] O, 1920-ci ildə Qarabağda Azərbaycan ordusuna qarşı döyüşlərdə iştrak edir və məğlubiyyətə uğrayaraq geri çəkilir.
Daşnak hökuməti süquta uğrayandan sonra, 1921-ci ilə qədər Sosialist Ermənistanının ordusuna rəhbərlik edir. Bolşeviklərə qarşı daşnakların 1921-ci ilin fevralında qaldırdığı üsyanda aktiv iştrak edir, üsyan yatırıldıqdan sonra Ermənistandan qaçır.
İkinci dünya müharibəsi
redaktəII dünya müharibəsi zamanı Kanayan Qareqin Njde ilə birlikdə, faşistlərin tərəfində döyüşür və erməni hərbi birləşmələrinin təşkilində fəal iştirak edir. O, kəşfiyyat və diversiya məqsədləri üçün ermənilərdən ibarət və fəaliyyəti Simferopolda yerləşən "Dromedar" təşkilatı tərəfindən koordinasiya edilən qruplar yaradır, bu təşkilata rəhbərliyi bilavasitə, həyata keçirir.
1942-ci ilin dekabrında General Dro və erməni yazıçısı Qaro Gevorkyan, Henrix Himmlerin qəbulunda olur və ona pastor Lepsiusun "Erməni xalqının ölümcül yürüşü" kitabını təqdim edirlər. Himmlerin və General Dronun çağırışı ilə 30 minə qədər erməni alman ordusuna qatılır və döyüşlərdə iştirak edir. Müharibənin sonuna yaxın Qareqin Njde Stalinə ünvanladığı məktubda General Dro barədə bu sözləri yazır:
"Mən vətən xaini Dronun Ermənistana yönəlmiş planlarını mümkünsüz etdim."
Mühacirət
redaktəFaşist Almaniyası müharibədə məğlub olduqdan sonra "Dro" Avropanı tərk edir. SSRİ onu amansız vətən xaini hesab edirdi, KQB-nin hazırladığı siyahıda ən önəmli hərbi canilər arasında yer alırdı, bu səbəbdən Ermənistana gedə bilmədi. ABŞ, İsrail və SSRİ müharibə canilərinin ovuna başladığından "Dro" yaxalanmamaq üçün Beyruta gedir, orada bir müddət gizlənir. Bir müddət sonra livanlı erməni diasporunun yardımları sayəsində "mühacir" statusunda ABŞ-yə yerləşir, özü ilə bütün ömrü boyu rahat yaşamağ bəs edəcək qədər sərvət də götürərək Massaçusets ştatının Boston şəhərində yaşamağa başlayır. ABŞ-də yaşadığı dövrdə yəhudi agentləri bir dəfə də olsun onu narahat etmir. 1956-cı ildə 72 yaşında ölür və Massaçustesdə basdırılır.
Nəhayət 1990-cı illərdə Ermənistanda "Dro"nun qalıqlarının Ermənistana gətirilib dəfn olunması məsələsi qalxır. Onun qalıqlarının Ermənistana gətirilməsi üçün diaspora yardım çağırışı edilir. Qısa müddət ərzində-iki günə diaspor bu işə 1 milyon dollar toplayır və Yerevana göndərir. 2000-ci prezident Robert Köçəryan "Dro"nun sümüklərinin Ermənistana gətirilib Aparan şəhərində, piramida şəkilli abidə-məzarda dəfn edilməsini təşkil edib.[3]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Ով ով է. հայեր (erm.). / red. Հ. Այվազյան Երևան: Հայկական հանրագիտարան հրատարակչություն, 2005.
- ↑ 1 2 3 "Türklərin, azərbaycanlıların və yəhudilərin qanına susamış iğdırlı "Dro"". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-18.