Dubrovnik - Wikipedia
Dubrovnik — Dalmaçiya regionunda, Adriatik dənizinin sahilində yerləşən Xorvatiya şəhəri. Bu şəhər Dubrovnik–Neretva qraflığının mərkəzi və dəniz limanı, Aralıq dənizi sahilində məşhur turizm mərkəzlərindən biridir. Şəhərin ümumi əhalisi 2011-ci il siyahıyaalmasına əsasən, 42,615 nəfərdir. 1979-cu ildə Dubrovnik şəhəri YUNESKO-nun Ümumdünya irsi siyahısına əlavə edilib.
Şəhər | |
Dubrovnik | |
---|---|
xorv. Dubrovnik | |
42°39′ şm. e. 18°04′ ş. u.HGYO | |
Ölkə | Xorvatiya |
Region | Dubrovnik-Neretva Qraflığı |
Başçı |
Andro Vlaxuşiç (xorv. Andro Vlahušić) |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | VII əsr |
Əvvəlki adı | 1918-сi ilə qədər Raquza |
Sahəsi | |
Mərkəzin hündürlüyü | 10 m[2] |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi | 43 770 nəfər (2001) |
Milli tərkibi | Xorvatlar - 88,39% |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +385 20 |
Poçt indeksi | 20 000 |
Nəqliyyat kodu | DU |
Digər | |
dubrovnik.hr | |
Vikianbarda əlaqəli mediafayllar |
Dubrovnik şəhərinin inkişafı tarixən dəniz ticarəti əsasənda qurulub. Dəniz respublikası Raqusanın paytaxtı kimi bu şəhər xüsusilə XV və XVI əsrlər ərzində inkişafının ən yüksək səviyyəsinə çatıb. Dubrovnik öz zənginliyi və bacarıqlı diplomatiyası ilə tanınıb.
Dubrovnikdə müasir turizmin başlanğıcı 1897-ci ildə burada İmperial otelinin tikintisi ilə bağlıdır. CNNGo[ing.]-ya görə Dubrovnik dünyada orta əsr şəhər divarlarının qorunub saxlanıldığı 10 ən yaxşı şəhərlər sırasına daxildir. Dubrovnik Yuqoslaviyanın dağılmasından sonra 1991-ci ildə müharibədən qorunmaq üçün hərbisizləşdirilməsinə baxmayaraq, top atəşi nəticəsində ciddi dağıntılara məruz qalıb.
Adı
redaktəDubrovnikin daha qədim adı tarixən Latın və Dalmatin dilində Raqusa və Raqusiumdur. Bu ad Alban dilində üzüm mənasını verən rrush sözü ilə bağlı ola bilər. Hazırkı ad Avstriya-Macarıstan imperiyasının süqutundan sonra 1918-ci ildə qəbul edilib, lakin bu ad orta əsrlərdən istifadə olunurdu. Şəhər həmçinin 1189-cu ilə aid Ban Kulin Nizamnaməsində Dubrovnik kimi adlandırılır.
Dubrovnikin adı bir "palıd meşəsi" mənasını verən dubrava sözündəndir. Dub bir çox Slavyan dillərində palıd mənasını verir.
İrsi
redaktəİllik olaraq təşkil olunan Dubrovnik Yay festivalı zamanı 45 gün müddətində canlı tamaşalar, konsertlər və oyunlar keçirilir. Qədim Dubrovnik şəhəri 1993 və 2002-ci illərdə buraxılmış Xorvatiyanın 50 kuna kağız əsginaslarının əks tərəfində təsvir olunub.[3]
Trsteno kimi şəhərin bir çox qədim binaları dünyada ən qədim dendraridir. Həmçinin Avropanın üçüncü ən qədim apteki bu şəhərdə yerləşirdi. Bu aptek Dubrovnikdə Fransiskan monastırında yerləşirdi.[4]
Dubrovnikin bir çox turizm marşrutları arasında bir neçə çimərlik də var. Şəhərin əsas ictimai çimərliyi Bane Şərq-qərb çimərlik klubuna daxildir. Şəhərdə həmçinin Lapad yarımadasında yerləşən daşlı Kopakabana[ing.] çimərliyi var. Bu çimərlik Rio de Janeyrodakı çimərliyin şərəfinə adlandırılıb.
Dubrovnikin adı həmçinin məşhur film və tamaşalarda da çəkilir. 20 000 lye su altında filmində filmin qəhrəmanlarından birini canlandıran Maykl Keyn yuxusunda Dubrovnikdən olan pərini gördüyünü bildirib (Motiv yerli əfsanə və ədəbiyyatdan məlumdur).
Mühüm abidələri
redaktəDubrovnikin İntibah dövrü binalarının az bir qismi 1667-ci il zəlzələsindən dağıntısız xilas ola bilib, lakin şəhərin memarlıq irsinin ideyasını vermək üçün bu kifayət edib.[5] Ən gözəl intibah nümunəsi 16-cı əsrə aid olan və hal-hazırda Milli Arxiv binası kimi istifadə olunan Sponza sarayıdır.[6] Knyaz sarayı bəzədilmiş pilləkənlər və gözəl naxışlı xalçaların sərgiləndiyi Qotik-İntibah tikilisidir. Sarayda indi muzey yerləşir.[7][8] Onun fasadı 1993 və 2002-ci illərdə buraxılan Xorvatiyanın 50 kuna kağız əsginasının əks tərəfində təsvir olunub.[3] Müqəddəs Xilaskar kilsəsi ən çox ziyarət olunan Fransiskan monastırının yaxınlığın da olan daha bir intibah dövrünün qalıqlarındandır.[4][9][10] Fransiskan monastırının kitabxanasında 30,000 cild, 216 inkunabula və 1,500 qiymətli əlyazma sənədləri var.
Dubrovnikin ən sevimli kilsəsi Dubrovnikin müqəddəs himayədarının şərəfinə XVIII əsrdə tikilmiş Müqəddəs Blez kilsəsidir. Şəhərin Dominikan monastırı kənardan istehkamı xatırlatsa da, interyeri Qotik-roman kilsəsi və incəsənət muzeyini özündə ehtiva edir.[11][12] Dominikan monastırın xüsusi sərvətinə 220-dən çox inkunabula, çoxsaylı illüstrasiyalı əlyazmalar, qiymətli əlyazmalar, sənədlər və geniş incəsənət kolleksiyası olan zəngin arxivli kitabxana daxildir.[13][14][15]
Təhsil
redaktəDubrovnikdə bir neçə təhsil müəssisəsi də fəaliyyət göstərir. Bunlara Dubrovnik Beynəlxalq Universiteti , Dubrovnik Universiteti, Dəniz Kolleci, Turizm kolleci, Zaqreb Universitetinin Aspirantura üçün Universitet Mərkəzi, Xorvatiya Roçester Texnologiya İnstitutu, Ruder Başkoviç adına Yeparxiya Klassik Gimnaziyası, Xorvativa Elm və İncəsənət Akademiyasının Tarix İnstitutu daxildir.
İqlim
redaktəDubrovnikdə Keppenin iqlimlər təsnifatına görə rütubətli subtropik və Aralıq dənizi iqlimi mövcuddur, çünki yalnız iki yay ayında yağıntı 40 mm-dən az düşür. Şəhərin yayı quru və mülayim, qışı isə rütubətli keçir. Oktyabr və aprel ayları arasında Adriatik dənizinin sahili boyu güclənən Bora küləyi əsir. Havanın temperaturu ərazi və ya regiondan asılı olaraq, bir qədər dəyişə bilər. Adətən İyul və Avqust aylarında gündüz vatı havanın temperaturu 28 °C çatdığı halda, gecələr temperatur 23 °C-yə kimi düşür. Yaz və payız aylarında isə maksimum temperatur 20 °C və 28 °C arasında dəyişir.
- 1,020.8 mm
- orta illik yağıntılı günlərin sayı
- 109.2
- Günəşli günlər
- orta illik
- 2629 saat
- Orta sutkalıq
- 7.2 saat
Dubrovnik şəhərinin iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | 12,2 | 12,3 | 14,4 | 16,9 | 21,3 | 25,2 | 28,3 | 28,7 | 25,4 | 21,4 | 16,6 | 13,3 | 19,7 |
Orta temperatur, °C | 9,0 | 9,5 | 11,5 | 14,5 | 17,5 | 23,0 | 26,0 | 26,0 | 20,5 | 17,5 | 13,0 | 10,0 | 16,6 |
Minimum orta, °C | 6,5 | 6,4 | 8,5 | 10,9 | 15,2 | 18,8 | 21,5 | 21,7 | 18,7 | 15,2 | 10,8 | 7,8 | 13,5 |
Yağıntı norması, mm | 95 | 89 | 98 | 91 | 76 | 49 | 24 | 59 | 79 | 110 | 142 | 125 | 1.037 |
Suyun temperaturu, °C | 16 | 15 | 15 | 16 | 18 | 22 | 25 | 26 | 25 | 23 | 20 | 18 | 20 |
Mənbə: worldweather.org, Turizm portalı |
Qardaşlaşmış şəhərlər
redaktə
|
|
Qalereya
redaktəPanorama
redaktə
İstinadlar
redaktə- ↑ 1 2 Register of spatial units of the State Geodetic Administration of the Republic of Croatia.
- ↑ https://it-ch.topographic-map.com/map-n6ps51/Citt%C3%A0-di-Ragusa/?zoom=19¢er=42.64044%2C18.11032&popup=42.64049%2C18.11017.
- ↑ 1 2 Croatian National Bank Arxivləşdirilib 2009-05-06 at the Wayback Machine. Kuna əsginaslarının xüsusiyyətləri Arxivləşdirilib 2009-05-06 at the Wayback Machine: 50 kuna Arxivləşdirilib 2011-06-04 at the Wayback Machine (1993 buraxılışı) & 50 kuna Arxivləşdirilib 2011-06-04 at the Wayback Machine (2002 buraxılışı). –Yoxlanılıb: 20 aprel, 2015.
- ↑ 1 2 "Abidələr (1 to 5)". Dubrovnik Online. 2010-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel, 2015.
- ↑ Oliver, Jeanne. "Dubrovnik Sights". Croatia Traveller. 2010-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel, 2015.
- ↑ "Sponza Palace". DubrovnikCity.com. 2010-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel, 2015.
- ↑ "The Rector's Palace". DubrovnikCity.com. 2010-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel, 2015.
- ↑ "The Rector's Palace". Dubrovnik Guide. 2010-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel, 2015.
- ↑ "Franciscan monastery". Dubrovnik Guide. 2010-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel, 2015.
- ↑ "Franciscan Friary, Dubrovnik". Sacred Destinations. 2010-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel, 2015.
- ↑ "Church of St. Blaise, Dubrovnik". Sacred Destinations. 2010-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel, 2015.
- ↑ "Monuments (16 to 20)". Dubrovnik Online. 2010-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 aprel, 2015.
- ↑ "Dominican Friary, Dubrovnik". Sacred Destinations. 2010-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel, 2015.
- ↑ Oliver, Jeanne. "Dominican Monastery". Croatia Traveller. 2010-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel, 2015.
- ↑ "Monuments (21 To 22)". Dubrovnik Online. 2010-02-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 aprel, 2015.
- ↑ "Twin Towns - Graz Online - English Version". www.graz.at. 2015-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 aprel, 2015.
- ↑ 29.01.2011. 20:45. "Dubrovnik se pobratimio s francuskim Rueil-Malmaisonom – Grad Dubrovnik — Dubrovački vjesnik". Dubrovacki.hr. 2011-01-29. 2011-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 aprel, 2015.
- ↑ "Vancouver and Dubrovnik to establish a sister-city relationship". Croatian Times. 13 Fevral, 2013. 2013-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-22.
Xarici keçidlər
redaktə- VikiSəyahətdə Dubrovnik haqqında səyahət məlumatları var. (ing.)
- Dubrovnik Turizm Arxivləşdirilib 2015-04-26 at the Wayback Machine
- YUNESKO-nun Dünya İrsi Mərkəzi
- Dubrovnik — Adriatik dənizinin incisi Arxivləşdirilib 2015-04-27 at the Wayback Machine
- Dubrovnik, Encyclopædia Britannica
- Dubrovnikin xəritəsi