Emedicine - Wikipedia
eMedicine — açıq tibbi məlumatlar bazası. 1996-cı ildə doktor Skott Plantz və Rixard Laveli tərəfindən əsası qoyulmuşdur. Ekspert qrupları tərəfindən hazırlanmış təxminən 6500 xəstəliyin təsvir edilməsindən ibarətdir.
Strukturu
redaktəTematik bölmədə klinik təbabətin bütün sahələrini əhatə edən 6500 xəstəliyin və patoloji hallar təsvir edilmişdir. Materiallar 59 tibbi ixtisas üzrə nəşr olunur. Bütün nəşrlər 4 səviyyəli resenziyalaşdırmadan və əlavə əczaçılıq — farmoseptik icmallardan keçir. Təxminən dünyanın hər yerindən 10000 həkim, müəlliflər və redaktorlar sözü gedən bazanın tərtibatında iştirak edirlər. Burada bütün məqalələr dövri olaraq daim təzələnir və təkmilləşdirilir. Hər bir bölmədə məqalələrin sonuncu modifikasiya tarixi qeyd olunur. eMedicine — tibbi məlumatlar bazasının auditoriyasına təxminən dünyanın 120 ölkəsindən olan oxucular daxildir.
Korporativ məlumat
redaktə2006-cı ilin yanvarından eMedicine WebMD tərəfindən alınmışdır. eMedicine baş ofisi Nebarska ştatının Omaxa şəhərində, korporasiyanın ofisi isə Nyu-Yorkdadır.