Ecco2k - Wikipedia
Ecco2K (tam adı: Zak Arogundade Gaterud; 23 oktyabr 1994, London) — İsveç dizayneri, vizual artisti, müğənnisi, repçisi.
Ecco2K | |
---|---|
Ümumi məlumatlar | |
Ləqəbi | Ecco2k[1] |
Doğum tarixi | 23 oktyabr 1994 (30 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqi prodüseri, müğənni, repçi, model[d], dəb dizayneri |
Fəaliyyət illəri | 2013-cü ildən |
Albom şirkəti | YEAR0001 |
O, yeniyetmə yaşlarında qrafik dizaynerlik sənətini öyrənib. 2004-cü ildə dostu və sinif yoldaşı Bladee ilə Krossad adlı musiqi qrupu yaradıb. Bundan üç il sonra o, Alaska adlı öz moda brendinin əsasını qoymuş və daha sonra İsveçin Eytys adlı ayaqqabı markasında dizayner kimi işə düzəlmişdir. 2013-cü ildə uşaqlıq dostları Bladee, Thaiboy Digital və Whitearmor ilə birlikdə Drain Gang musiqi kollektivini formalaşdırıb. O, "Peroxide" mahnısına olan klipi Öresund boğazında yerləşən Lilqrund külək fermasında lentə aldırıb.
Həyatı
redaktəEcco2K Stokholmda və ya Londonda anadan olub. Əslən Nigeriyadan olan britaniyalı atası arxitext, İsveçdən olan anası isə makiyaj artistidir.
Diskoqrafiya
redaktəStudiya albomlar
- E (2019)
Mini-albomlar
- Crush Resist (2015)
- PXE (2021)
Kollaborativ albomlar
- D&G (2017) (Bladee və Thaiboy Digital ilə)
- Trash Island (2019) (Bladee və Thaiboy Digital ilə)
- Crest (2022) (Bladee ilə)