Edviq - Wikipedia
Edviq (İdviq; ing. Ēadwiġ; təq. 940[1], Uesseks krallığı[d] – 1 oktyabr 959, Qloster[d][1]) — Uesseks sülaləsindən olan İngiltərə kralı. Kral I Edmundun birinci həyat yoldaşı Elfqitadan olan böyük oğlu.
Edviq | |
---|---|
Ēadwiġ | |
İngiltərə kralı | |
955 23 noyabr – 959 1 oktyabr | |
Əvvəlki | Edred |
Sonrakı | Edqar |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 940[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 1 oktyabr 959 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | monarx |
Atası | I Edmund |
Anası | Elfqita |
Həyat yoldaşı | Elqiva |
Vikianbarda əlaqəli mediafayllar |
Edviq 14 yaşında İngiltərənin kralı elan olunmuş, kral elan olunduqdan sonra dayısı Edredin əsas məsləhətçisi olan Abbat Dunstanı sürgün etdirmişdir.
Dunstanın sürgünü və Edviqın ölümü
redaktəDunstan ilə Edviq arasında mübahisə Edviqın tacqoyma mərasimində baş vermişdi. Belə ki, qonaqlar onun şərəfinə badələr qaldıranda Edviq gələcək həyat yoldaşı Elqiva ilə birlikdə mərasimi tərk etmişdi. Dunstanın əmri ilə Edviq güclə mərasimə gətirilmişdi. Buna cavab olaraq Edviq Dunstanı dövlət maliyyəsini xərcləməkdə təqsirləndirərək sürgün etdirmişdir.
Dunstanı sürgün etməklə Edviq Dunstanın tərəfdaşlarını özünə düşmən etdi. 958-ci ildə Mersiya və Nortumbriya zadəganları Edviqın balaca qardaşı Edqarı kral elan etdilər. Daha sonra Edviqı həyat yoldaşı Elqiva ilə boşanmağa məcbur etdilər və onu İrlandiyaya sürgün etdilər.
Edviq 1 oktyabr 959-cu ildə naməlum səbəblər nəticəsində ölmüşdür.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #1018553002 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.