Ekssentrik Komediya - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ekssentrik komediya—Kino komediyanın janrlarından biri.
Ekssentrik komediya haqqında
redaktə"Screwball" (Ekssentrik komediya) komediyanin bir alt janrıdır. Ən populyar və uzun müddətli film janrlarından biri olan "screwball" 1934-cü ildə ərsəyə gələn "Bir gecədə" ("It Happened One Night") filmi ilə məşhurlaşdı. Bir çox tənqidçiyə görə, klassik dövrün 1940-cı illərin sonlarında bitməsinə baxmayaraq , əsas hissələri daima saxlanılıb. "Screwball"ın xarakteristik xüsusiyyətlərini müəyyən edən hər hansı bir qayda-qanunların olmamasına baxmayaraq, bu janrla kateqoriya edilmiş filmlər ümumilikdə gülməli səhnələr, şişirdilmiş hərəkətlər və gülünc vəziyyətlərə düşülmə və vəziyyətdən hazırcavablılıqla çıxma, birini sevib sonluqda evlənmə və yaxud təkrarən başqası ilə evlənmə tipli mövzulardan ibarətdir. Kino tənqidçi Endryu Sarris bu janrı "səhnələrdə seks olmayan seks komediyası" kimi adlandırmışdı.
"Screwball" teatral komediya ilə yaxından əlaqəlidir, ayrıca bəzi komedik əsərlər də "screwball" olaraq tanınır. Janrın bir çox xüsusiyyətinin əsası Şekspirin "Heç bir şeydən çox söz" ("Much Ado About Nothing"), "Sənin sevdiyin kimi" ("As You Like İt") və "Qızmar yay gecəsinin xəyalı" ("A Midsummer Night's Dream") kimi pyesləri və Oskar Uayldın "Ciddi başlanğıcın mahiyyəti" ("The İmportance of Being") adlı əsərinə qədər gedib dayanır. "Screwball" ilə əlaqəli digər janrlar isə belədir: "slapstick", "sitcom" və "romantik komediya". Xüsusiyyətləri. Satirik komediyaya bənzər olaraq "screwball" daha çox səhvən tanınan insanlar və yaxud bir və ya bir neçə obrazın vacib gerçəyi sirr olaraq saxlamağa çalışdıqları vəziyyətləri özündə əks etdirir. Bəzən isə kişi obrazların qadınlara xas geyimləri geyinirəkə səhv başa düşülmələri kimi vəziyyətlər olur. Eyni ilə "Uşağı tərbiyə et" ("Bringing Up Baby"), "Donlu əsgər" ("I Was a Male War Bride") filmlərində olduğu kimi. Eyni zamanda isə mərkəzində əvvəli nizamsız olan, bir-birinə qarşı kobud davranan və sonrasında aralarında isti münasibət yaranan bir cütlüyün romantik eşq hekayəsindən bəhs edir. Bu nizamsızlığın səbəbi çox vaxt kişinin qadının maddi vəziyyətindən çox daha aşağı maddi durumda olmasından irəli gəlir. Sonluqda evlilik ümumilikdə qadın tərəfindən ta başdan planlaşdırılmış olur və kişinin bundan xəbəri olmaz. "Uşağı tərbiyə et" filmində buna nümunə görə bilərsiniz. Qadın başqa birinə gələcək əri haqqında danışarkən bu cümlələrdən istifadə edir: "O, evlənəcəyim adamdı. O, bunu bilməyə bilər, amma mən bilirəm." Sinif fərqlilikləri "screwball"ın ən vacib hissələrindən biridir. Üst sinif boş və şişirdilmiş, gerçək dünyayla ayaqlaşmağa çətinlik çəkən fərdlərə sahib olaraq göstərilir. Bununla müqayisədə nə vaxt aşağı siniflərə aid bir fərd yüksəlməyə çalışsa bunu üst sinfin gerçək dünyayla uyğunlaşmaqda çəkdikləri çətinliklə müqayisədə daha asan edirlər ("Leydi Eva" ("The Lady Eva") filmindəki kimi). Digər bir tez-tez rastlanılan hissə isə ağıllı bir hazırcavablılıqla kombinə edilmiş sürətli danışmaqdı. "Sən onu özünlə apara bilməzsən" ("You Can't Take It With You")," Onun qızı Cümədi" ("His Girl Friday") filmləri buna tipik misaldır. Bu üslubi vasitənin əsası janrda meydana çıxmamışdır, amma tam formalaşması "screwball" ilə baş tutmuşdur. Həmçinin qanqster filmləri və romantik komediyalar kimi bir çox köhnə Hollivud klassik filmlərində də görülə bilər. "Təkrarən evlənmə" komediyası "screwball"ın bir alt janrıdır. Bu janrda obrazların boşanıb bir-birilə yenidən evlənmələri mövzunun məğzini təşkil edir. "Filadelfiya hekayəsi" ("The Philadelphia Story"), "Dəhşətli həqiqət" ("The Awful Truth") kimi filmlərin mövzusu bu janrdadır. Bəzi tənqidçilər bu tip mövzunun bu qədər çox istifadə edilməsinə Amerikan əxlaqi həyatındakı boşluğun (bunun boşanmaya daha meyilli bir yanaşma ilə baxılmasının səbəb olduğu) bir sübutu olaraq baxırlar. Lakin filmlərdə bəhs edilən boşanmanın bir səhv olduğu göstərilir. Frank Kapranın filmlərinin əsasını təşkil edən "screwball" janrının ən əsas təmsilçiləri "qadınların rejissoru" adlandırılan Corc Kyukor, bir çox janrda filmlər çəkmiş Hovard Havks, Billi Uilder, Preston Starqes və Ernst Lubitşdir. Janrın əsas aktyorları Kari Qrant, Ceyms Stüart, Hari Kuper, Klark Qabl, Cin Artur, Barbara Stenvik, Klaudette Kolbert, Katerina Hepbörn, Uilyam Povel, Melvin Duqlas və s. insanları göstərmək olar. Bu janrda olan klassik filmlər arasında "Mister Dids şəhərə gedir" ("Mr. Deeds Goes to Town"), "Mənim sevimli həyat yoldaşım" ("My Favorite Wife"), "Ledi X-in boşanması" ("The Divorce of Lady X"), "Olmaq ya da olmamaq" ("To Be or Not To Be"), "Arsen və köhnə qayış" ("Arsenic and Old Lace") kimi filmləri sadalamaq olar. Alfred Hiçkokun "Mr. və Ms. Smit" ("Mr. and Mrs Smith"), "Gənc və təqsirsiz" ("Young and İnnocent") və "39 addım" ("The 39 Steps") filmləri bu janrda çəkilmişdir. Koen qardaşlarının da bəzi komediya janrında çəkilmiş filmləri bu janrın təmsilçiləridir. Sonrakı dövr filmlərinə baxsam Merlin Monro, Rok Hadson, Doris Dey kimi adlarla, həmçinin Virna Lizi, Laura Antonelli kimi avropalı ulduzlarla "seks komediyası" anlayışının daha çox yayıldığı və başqa subjanrlar üçün imkanların yarandığını görərik. Bu dövrün başlıca filmləri arasında "Marri necə milyoner oldu" (" How to Marry a Millionaire"), "Yeddi il qaşınma" ("The Seven Year İtch"), "Zəng, kitab və şam" ("Bell, Book and Candle") kimi filmləri, sonrakı və yaxın dövrün filmləri arasından "Arthur", "Təmiz adam" ("The Freshman"), "Mari haqqinda nəsə" ("There's Something About Mary"), "Sizə məktub var" ("You've Got Mail"), "Valideynlərlə görüş" ("Meet the Parents"), "MakKulslarda bir gecə" ("One Night at McCool's") kimi filmləri göstərmək olar.