El Oxo - Wikipedia
El-Oxo, və ya Göz adası — Argentinanın Buenos-Ayres əyalətindəki Parana deltasında, gölün içərisində yerləşən, yaşayış olmayan, üzən adadır .[1]
El-Oxo | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Uzunluğu |
|
Əhalisi |
|
Yerləşməsi | |
34°15′08″ c. e. 58°49′48″ q. u.HGYO | |
Ölkə | |
|
Təsviri
redaktəAda digər üzən adalara baxdıqda unikaldır, çünki forması demək olar ki, mükəmməl şəkildə dairəvidir.[2][3] Adanın altından çay keçdiyi üçün o daim öz oxu ətrafında fırlanır və bu kənarlarının eroziyaya məruz qalmasına səbəb olur. Beləliklə, bu fırlanma adanı buz disklərinə bənzər şəkildə dairəvi formaya salır.[4][5] Ada təxminən 118 metr (387 ft) diametrində olsa da, zaman keçdikcə eroziyaya məruz qaldığı üçün kiçilir. Adanın ilkin olaraq necə və nə vaxt yarandığı məlum deyil, ilk "Google Earth" təsviri 2003-cü ilə aiddir.[6][7] Ada yuxarıdan baxıldığında gözə bənzədiyi üçün belə adlandırılmışdır. Belə ki, ada gölün içərisində fırlandıqca göz hərəkət edir.[8][9] El-Oxo, Men ştatının Vestbruk şəhəri yaxınlığındakı Presumpskot çayında müşahidə edilən oxşar formalı digər adalarla müqayisə edilmişdir.[10][11]
El-Oxo argentinalı kinorejissor Serxio Neyspiller tərəfindən kəşf edilib və araşdırmalar göstərir ki, ada ən azı 2003-cü ildən mövcud olub. 2016-cı ildə Serxio Neyspiller və hidrotexniki mühəndis Rikardo Petroni adada araşdırmalar aparmaq üçün pul toplamaq istəsələr də, bu cəhdləri uğursuz oldu.[12]
İstinadlar
redaktə- ↑ "El misterio de la isla argentina 'que se mueve'" [The mystery of the Argentinian island 'that moves']. El Observador (ispan). 2016-09-18. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-10.
- ↑ Fernández, Maximiliano. "El Ojo: la isla circular que se mueve sola en el Delta del Paraná" [El Ojo: the circular island that moves on its own in the Paraná Delta]. Infobae (ispan). 2019-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07.
- ↑ Vizzi, Florencia. ""El ojo", la misteriosa isla del Delta que esconde extraños enigmas" ["The eye", the mysterious island of the Delta that hides strange enigmas]. Diario Digital Conclusión (ispan). 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ "La isla del delta que no deber a existir: se llama "El Ojo" y tiene una historia misteriosa" [The island of the Delta that should not exist: named 'El Ojo' and has a mysterious history]. El Cronista (ispan). 2022-03-21. 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ Baños Pozzati, Malena. "A ilha que se move sozinha na Argentina" [The island that moves by itself in Argentina]. Clarin (Portuguese). 2016-09-08. 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ Porjolovski, Alejo. "¿Fin del misterio?" [End of the mystery?]. DIA 32 (ispan). December 2016. March 28, 2023 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ Wiemeyer, Federico. "El ojo misterioso: una isla en el Delta donde suceden cosas extrañas" [The mysterious eye: an island in the Delta where strange things happen]. Todo Noticias (ispan). 2020-01-08. 2023-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-07.
- ↑ "Una isla circular que rota sobre sí misma conmueve a la comunidad científica" [A circular island that rotates on itself moves the scientific community]. www.infofueguina.com (ispan). 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-10.
- ↑ Márquez, Enrique. "El secreto del misterioso círculo del Delta al descubierto" [The secret of the mysterious Delta circle revealed]. InfoVeloz.com (ispan). September 15, 2016. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
- ↑ "El Ojo". ETA BETA Magazine (italyan). 2021-04-30. 2023-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-26.
- ↑ Danielle, Monica. "Incredibly cool, spinning ice disc is back and drawing onlookers again". AccuWeather. January 17, 2022. September 6, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 6, 2023.
- ↑ Guillen, Marina. "El misterio de la isla argentina 'que se mueve', objeto de una investigación" [The mystery of the Argentine island 'that moves', object of investigation]. El Nuevo Herald (ispan). September 18, 2016. October 3, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 7, 2023.