Eldar Qehremanov - Wikipedia
Eldar Əvəz oğlu Qəhrəmanov (30 yanvar 1948, Vartaşen) — Azərbaycan Universitetinin keçmiş rektoru. Azərbaycan Respublikası Milli Məclisinin II çağırış[1] deputatı, Azərbaycan Universitetinin İnzibati idaerəetmə kafedrasının müdiri.
Eldar Qəhrəmanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Eldar Əvəz oğlu Qəhrəmanov |
Doğum tarixi | 30 yanvar 1948 (76 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəEldar Qəhrəmanov 1948-ci ildə Oğuz rayonunda anadan olmuşdur. 1966–1970-ci illərdə M. Qorki adına Türkmənistan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində ali təhsil almış, Türkmənistan SSR-in Mərkəzi Statistika sistemində fəhlə, daha sonra sənaye, nəqliyyat və rabitə statistikası şöbələrində iqtisadçı vəzifəsində çalışmışdır. 1970–1974-cü illərdə Azərbaycana qayıdaraq Oğuz rayonunun kolxozlararası tikinti idarəsində inşaat texniki, mühasib və iqtisadçı vəzifələrində çalışmışdır.
1974–1978-ci illərdə Oğuz rayon məlumat hesablama stansiyasının rəisi vəzifəsinə, 1978-ci ildən Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinə dəvət edilərək Kənd təsərrüfatı statistikası şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, kollegiya üzvü seçilmişdir. Eldar Qəhramnov, 1981–1989-cu illərdə Azərbaycan KP MK-nın aparatında Kənd təsərrüfatı və yeyinti sənayesi şöbəsində təlimatçı, daha sonra Kənd təsərrüfatı elmi və iqtisadiyyatı sektorunun müdiri işləmişdir. 1990-cı ildə Bakı Politologiya İnstitutundakı təhsilini başa vuraraq politoloq ixtisasına yiyələnmişdir.
1989–1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışan Eldar Qəhrəmanov əski statistika sisteminin transformasiyasına, milli statistika konsepsiyasının hüquqi və metodiki bazasının yaradılmasına, onun rəsmi və etibarlı beynəlxalq ünsiyyət vasitəsinə çevrilməsi prosesinə rəhbərlik etmişdir. Bazar iqtisadiyyatının keçid mərhələsinə dair təhlili məruzələri, aqrar islahatın istiqamətləri haqqındakı təklifləri yüksək qiymətləndirilən Eldar Qəhrəmanov 1994-cü ildən Azərbaycan Respublikasın Ali Sovetinin (Milli Məclisin) ekspert işçi qrupunun üzvü təyin edilmişdir. Qrupun üzvü kimi o, Aqrar islahatın əsasları, Sovxoz və kolxozların islahatı haqqında, Kooperasiya haqqında və çoxsaylı digər layihələrin hazırlanmasında bilavasitə iştirak etmiş, Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının üzvü olmuşdur.
Eldar Qəhrəmanov 1996-cı ildə Dövlət Statistika Komitəsinin sədrinin I müavini vəzifəsindən istefa vermiş və 57 saylı Bərdə-Ağcabədi seçki dairəsindən I çağırış Milli Məclisin deputatı seçilmişdir. 2000-ci ildə İkinci çağırış Milli Məclisin deputat mandatını 80 saylı Oğuz-Şəki-Qəbələ seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq qazanmışdır. 1996–2005-ci illərdə Milli Məclisin fəal üzvlərindən olan Eldar Qəhrəmanov Aqrar siyasət daimi komissiyasının sədr müavini seçilmiş, ölkə parlamentini MDB-nin Parlamentlərarası Assambleyasında Sosial siyasət və insan hüquqları Komitəsinin sədri vəzifəsində çalışmışdır. Azərbaycan-Rusiya ikitərəfli parlamentlərarası komissiyasının həmsədrinin müavini və Azərbaycan-Rusiya və Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri olmuşdur. Onun təşəbbüsü ilə Milli Məclisdə Yoxsulluqla mübarizə Dövlət Proqramına parlament dəstəyini təmin edən xüsusi işçi qrupu fəaliyyət göstərmişdir.
2000-ci ildə AR AAK qərarı ilə Qəhrəmanova iqtisad elmləri namizədi alimlik dərəcəsi verilmişdir. O, 20-dən çox elmi məqalənin, metodiki vəsaitin müəllifidir. Eldar Qəhrəmanov 2007–2012-ci illərdə Azərbaycan Universitetinin dosenti, İnzibati idarəetmə kafedrasının müdiri vəzifəsində çalışmış, 1 may 2012-ci il tarixindən Azərbaycan Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. 26 yanvar 2014-cü il tarixdə Eldar Qəhrəmanov səhhətində yaranan problemlər səbəbiylə öz ərizəsi ilə vəzifəsindən istefa edib. Eldar Qəhrəmanov hazırda İnzibati idarəetmə kafedrasının müdiridir[2]. Fədakar əməyinə görə Uçot əlaçısı döş nişanı, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin bürünc medalı, Əməkdə fərqlənməyə görə medalı, MDB Parlamentlərarası Asambleyanın Birlik ordeni və çoxsaylı fəxri fərmanlarla təltif edilmişdir. Ailəlidir, üç övladı və dörd nəvəsi var.
İstinadlar
redaktə- ↑ İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-06-29 at the Wayback Machine (az.)
- ↑ http://au.edu.az/az/news/38/199 Arxivləşdirilib 2015-02-02 at the Wayback Machine Yeni rektor Fərid Əhmədov vəzifəsinin icrasına başladı