Eldar Quliyev Kinorejissor - Wikipedia
Eldar Tofiq oğlu Quliyev (18 yanvar 1941, Bakı – 16 aprel 2021[1], Bakı[2]) — Azərbaycan kinorejissoru, ssenaristi, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), "Debüt" studiyasının bədii rəhbəri (1987-ci ildən), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru.
Eldar Quliyev | |
---|---|
Doğum tarixi | 18 yanvar 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 16 aprel 2021[1] (80 yaşında) |
Vəfat yeri | |
Atası | Tofiq Quliyev |
Fəaliyyəti | kinorejissor, aktyor, ssenarist |
Fəaliyyət illəri | 1966–2021 |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0474593 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəEldar Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub.[3] 1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil təhsil alıb.[4] 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. "Biri vardı, biri yoxdu…" adlı ilk qısametrajlı filmini çəkib. Kifayət qədər bədii və sənədli filmin müəllifidir. 1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.[5]
1979-cu ildə "Babək" filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı.[6] Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib.
Həmçinin bir neçə filmin ssenari müəllifi olmuşdur. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülmüşdür. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü olmuşdur.[7]
Eldar Quliyev 1987-ci ildən "Debüt" Eksperimental Gənclik yaradıcılıq studiyasının rəhbəri kimi fəaliyyət göstərmişdir.[8]
Azərbaycan Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan Eldar Quliyev Gildiya yaradılan gündən qurumun prezidenti olmuşdur.
Bəstəkar Tofiq Quliyevin oğlu, ssenarist Nərminə Quliyevanın atasıdır.
Eldar Quliyev 18 yanvar 2021-ci ildə infarkt keçirmişdir. Bir müddət müalicə almışdır. Xalq artisti 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat etmişdir.[9] Yasamal qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 dekabr 1976
- Azərbaycan SSR Dövlət mükafatı — 1978 ("Sevinc buxtası" bədii filminə görə)
- "İstiqlal" ordeni — 23 yanvar 2021[10]
- "Şərəf" ordeni — 14 yanvar 2011
- "Şöhrət" ordeni — 17 yanvar 2001
- "Qırmızı əmək bayrağı" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 14 yanvar 2016[11]
- "Qızıl çinar" beynəlxalq mükafatı — 10 may 2018[12]
- Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının "Milli kino" mükafatı — 14 yanvar 2016[13]
Filmoqrafiya
redaktəRejissoru olduğu filmlər
- Səməd Vurğun (film, 1966)
- Biri vardı, biri yoxdu... (film, 1967)
- Bir cənub şəhərində (film, 1969)
- Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili film)
- Ən vacib müsahibə (film, 1971)
- Var olun, qızlar... (film, 1972)
- Səmt küləyi (film, 1973)
- Ürək... Ürək... (film, 1976)
- Sevinc buxtası (film, 1977)
- Babək (film, 1979)
- Yalançını evinəcən qovarlar (film, 1981)
- Nizami (film, 1982)
- Gümüşgöl əfsanəsi (film, 1984)
- Burulğan (film, 1986)
- Təxribat (film, 1989)
- Dostuma məktub (film, 1992)
- Elegiya (film, 1997)
- Nə gözəldir bu dünya... (film, 1999)
- Girov (film, 2005)
- Unudulmuş qəhrəman (film, 2005)
- Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006)
- İstanbul reysi (film, 2010)
- Dərvişin qeydləri (film, 2013)
Bədii rəhbəri olduğu filmlər
- Qızıl uçurum (film, 1980)
- Bəyin oğurlanması (film, 1985)
- Ata (film, 1988)
- Dəvətnamə (film, 1989)
- Bəxtəvər (film, 1990)
- Güzgü (film, 1990)(II)
- "Yapon" və yaponiyalı (film, 1990)
- Lal (film, 1992)
- Təbəssüm (film, 1992)
- Vahimə (film, 1998)
- Əsirin qayıtması (film, 2002)
- Odla qol-boyun (film, 2002)
- Ümid (film, 2002)
- Güllələnmə təxirə salınır!... (film, 2002)
- Alo, mənəm (bədii rəhbər)
- Vəsiyyət (bədii rəhbər)
- Yol ayrıcında qalmış taksi (2017)
İştirak etdiyi filmlər
- Cənub buxtası (film, 1977)
- Azərbaycan kinosu-80 (film, 1996)
- Azərbaycan naminə (film, 2005)
- Yaşadım ki, yaşadam (film, 2008)
- Yaşadan, yaşayan Yaşar (film, 2012)
Ssenari müəllifi olduğu filmlər
- Biri vardı, biri yoxdu... (film, 1967)
- Sevinc buxtası (film, 1977)
- Yalançını evinəcən qovarlar (film, 1981)
- Nizami (film, 1982)
- Gümüşgöl əfsanəsi (film, 1984)
- Burulğan (film, 1986)
- Çat (film, 1988)
- Dünən, bu gün və... (film, 1989)
- Təxribat (film, 1989)
- Bizim Nəsibə xanım... (film, 1991)
- Özüm və zaman haqqında (film, 1991)
- Nə gözəldir bu dünya... (film, 1999)
- Şəhidlik zirvəsi (film, 2001)
- Girov (film, 2005)
- Unudulmuş qəhrəman (film, 2005)
- Monoloq (film, 2007)
- İstanbul reysi (film, 2010)
- Dərvişin qeydləri (film, 2013)
Çəkildiyi filmlər
Haqqında çəkilən film
Rejissor köməkçisi olduğu film
İdeya müəllifi olduğu film
Çəkilişinə köməklik etdiyi film
Diplom rəhbəri olduğu film
- Kəsişməyən yollar (film, 2002)
İstinadlar
redaktə- ↑ 1 2 Xalq artisti Eldar Quliyev vəfat etdi - VİDEO. 2021.
- ↑ 1 2 Eldar Quliyev vəfat etdi. 2021.
- ↑ Quliyev, E. 70 yaş, sadəcə, doğum günü deyil, yolayrıcıdır: [Kinorejissor Eldar Quliyev] //Ekspress.- 2011.- 5–7 fevral.- S. 19–20.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ↑ "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
- ↑ "Bu gün Eldar Quliyev`in 70 illik yubileyidir". Big.az. 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-03.
- ↑ "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-19.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 318.
- ↑ "kinorejissor Eldar Quliyev vəfat etdi". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-16.
- ↑ "E.T.Quliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 23 yanvar 2021. 2021-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2021.
- ↑ "E.T.Quliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
- ↑ APA TV. "3 şəxsiyyətə "Qızıl Çinar" mükafatı verildi" (az.). Youtube.com. 11.05.2018. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
- ↑ "Eldar Quliyev mükafata layiq görülüb". 2016-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-14.
Mənbə
redaktə- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.