Elektrikoturucu Xetler - Wikipedia
Elektrikötürücü xətlər — elektrik şəbəkəsinin tərkib hissələrindən biri, elektrik cərəyanından elektrik ötürmək üçün nəzərdə tutulmuş enerji avadanlığı sistemi. Həm də elektrik stansiyasından kənara çıxan belə bir sistemin tərkibində olan elektrik xətti. Hava və kabel elektrik xətləri var.
Son illərdə qaz izolyasiya edilmiş xətlər populyarlaşmışdır.
Elektrikötürücü xətlərlə yüksəktezlikli siqnallar vasitəsilə informasiya ötürülməsi də mümkündür. Mütəxəssislərin rəyinə görə, təkcə MDB dövlətlərində 60 min yüksəktezlikli məlumat ötürmə kanalı istifadə edilir. Onlar dispetçer idarəetməsi, telemetrik məlumatların ötürülməsi, rele mühafizə və qəza əleyhinə avtomat sistemlərə siqnalların ötürülməsi üçün istifadə edilir.
Elektrikötürücü xətlərin tikilməsi özündə layihələndirmə, istehsal, quraşdırma, işəsalma və xidməti əhatə edən mürəkkəb prosesdir.
Keçiricilik qabiliyyəti
redaktəElektrik keçiricilik qabiliyyəti dedikdə rejim-texniki məhdudiyyətlər nəzərə alınmaqla üç elektrikötürücü fazanın uzunmüddətli sabit rejimdə ötürməsi mümkün olan ən yüksək aktiv gücü başa düşülür. Ötürüləbilən ən yüksək aktiv elektrik gücü elektrik stansiyalarının generatorlarının, elektroenergetika sisteminin ötürücü və qəbuledici hissələrinin statik dayanıqlılığından və yol verilən cərəyanla xətlərin naqillərinin yol verilən qızma gücündən asılıdır. Elektroenergetika sistemlərinin istismar təcrübəsindən görünür ki, elektrik ötürücü xətlərin keçiricilik qabiliyyəti 500 kV və daha yüksək hallar üçün adətən statik dayanıqlılıq, 220-330 kV üçün həm dayanıqlılıq, həm yol verilən qızma, 110 kV və daha aşağı hallar üçün isə yalnız qızma faktoru ilə müəyyən edilir.
Hava elektrikötürücü xətlərinin keçiricilik qabiliyyətinin xarakteristikası[1][2]
Unom,
kV |
Xəttin
uzunluğu, km |
Maksimal uzunluq (FİƏ = 0.9) |
Xətlərin en kəsiyinin sayı və sahəsi, mm2 |
Natural
gücü Р nat MVt |
Keçiricilik qabiliyyəti | |||
---|---|---|---|---|---|---|---|---|
Dözümlülüyə görə | Qızmaya görə | |||||||
MVt | hissələrlə
Рnat |
MVt | hissələrlə
Рnat | |||||
10(6) | 5 | 1 | 2,1 | |||||
20 | 8 | 1 | 7,5 | |||||
35 | 20 | 1 | 15 | |||||
110 | 80 | 1 | 30 | 50 | 1,67 | |||
220 | 150-250 | 400 | 1х300 | 120-135 | 350 | 2,9 | 280 | 2,3 |
330 | 200-300 | 700 | 2х300 | 350-360 | 800 | 2,3 | 760 | 2,2 |
500 | 300-400 | 1200 | 3х300 | 900 | 1350 | 1,5 | 1740 | 1,9 |
750 | 400-500 | 2200 | 5х300 | 2100 | 2500 | 1,2 | 4600 | 2,1 |
1150 | 400-500 | 3000 | 8х300 | 5300 | 4500 | 0,85 | 11000 | 2,1 |
Ədəbiyyat
redaktə- Электромонтажные работы. В 11 кн. Кн. 8. Ч. 1. Воздушные линии электропередачи: Учеб. пособие для ПТУ / Магидин Ф. А.; Под ред. А. Н. Трифонова. — М.: Высшая школа, 1991. — 208 с. — ISBN 5-06-001074-0
- Рожкова Л. Д., Козулин В. С. Электрооборудование станций и подстанций: Учебник для техникумов. — 3-е изд., перераб. и доп. — М.: Энергоатомиздат, 1987. — 648 с.: ил. ББК 31.277.1 Р63
- Проектирование электрической части станций и подстанций: Учеб. пособие / Петрова С. С.; Под ред. С. А. Мартынова. — Л.: ЛПИ им. М. И. Калинина, 1980. — 76 с. — УДК 621.311.2(0.75.8)
- Федоров А. А., Попов Ю. П. Эксплуатация электрооборудования промышленных предприятий. — М.: Энергоатомиздат, 1986. — 280 с.
İstinadlar
redaktə- ↑ "Характеристика системы передачи электрической энергии". 2019-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-10.
- ↑ Министерство промышленности и энергетики Российской Федерации. "Приказ № 216 Об утверждении Методических рекомендаций по определению предварительных параметров выдачи мощности строящихся (реконструируемых) генерирующих объектов в условиях нормальных режимов функционирования энергосистемы, учитываемых при определении платы за технологическое присоединение таких генерирующих объектов к объектам электросетевого хозяйства". от 30 апреля 2008 г. 2015-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-10.