Elektron Optik Cevirici - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Elektron-optik çevirici — vakuum fotoelektron cihazı; obyektin gözlə görünməyən təsvirinin (infraqırmızı, ultrabənövşəyi və ya rentgen şüalarında) görünən təsvirə çevrilməsi, yaxud görünən təsvirin parlaqlığının artırılması üçün istifadə edilir. Sadə elektron-optik çevirici elektron dəstəsi yaradan elektrodlar, yarımşəffaf fotokatod və katod-lüminessent ekrandan ibarətdir. Fotokatoddan çıxan elektronlar elektrik sahəsi tərəfindən sürətləndirilir və lüminessensiya yaradaraq ekranda fokuslanır; nəticədə ekranda obyektin görünən (ikinci) təsviri alınır. Optik təsvirin parlaqlığının gücləndirilməsi elektronların əlavə sürətləndirilməsi, yaxud elektron təsvirin sıxılması yolu ilə əldə edilir. Elektron-optik çevirici spektroskopiya, tibb, mikrobiologiya, astronomiya və s. sahələrdə optik və mikroskopik tədqiqatlar zamanı parlaqlığı az olan və zəif işıqlandırılan obyektləri müşahidə etmək, həmçinin qaranlıqda obyektləri infraqırmızı şüalarla işıqlandıraraq görmək üçün tətbiq olunur. Çox sürətlə gedən proseslərin qeydiyyatı üçün də elektron-optik çeviricilər yaradılmışdır.
Mənbə
redaktəAzərbaycan Milli Ensiklopediyası, VII CİLD