Elmira Qasimova Siyasetci - Wikipedia
Elmira Məmməd qızı Qasımova (9 fevral 1951, Yalavac, İmişli rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Elmira Qasımova | |
---|---|
26 noyabr 1995 – 12 noyabr 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 fevral 1951 (73 yaş) |
Doğum yeri | |
Təhsili | |
|
|
Təltifləri |
Həyatı
redaktəElmira Qasımova 1951-ci il fevralın 9-da İmişli rayonunun Yalavac qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunnda dil ədəbiyyatı üzrə ali, Sosial İdarəetmə və Politologiya İnstitutunda isə politologiya üzrə ali təhsil alıb. Rus dilini bilir.
Elmira Qasımova ailəlidir, üç övladı var.
Fəaliyyəti
redaktə1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 68 nömrəli İmişli dairəsindən bitərəf namizədi olan Elmira Qasımova I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Elmira Qasımova Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının və Azərbaycan—Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]
İstinadlar
redaktə- ↑ "I çağırış Azərbaycan Milli Məclisinin Sosial siyasət Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) ( (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
- ↑ "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" ( (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.