Elxan Ceferov - Wikipedia
Elxan Pərviz oğlu Cəfərov (29 aprel 1967, Bakı) — Azərbaycan kino aktyoru və rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2016).[1]
Elxan Cəfərov | |
---|---|
Elxan Pərviz oğlu Cəfərov | |
Doğum tarixi | 29 aprel 1967 (57 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Gülzar Qurbanova |
Anası | Mailə Muradxanlı |
Fəaliyyəti |
aktyor rejissor |
Fəaliyyət illəri | 1977-indiyədək |
Təhsili | Sergey Gerasimov adına Ümum-İttifaq Dövlət Kinematoqrafiya İnstitutu, SSRİ |
Mükafatları | |
IMDb | ID0246094 |
Həyatı
redaktəElxan Pərviz oğlu Cəfərov 29 aprel 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya institutuna daxil olmuşdur.1985-88-ci illərdə SSRİ hərbi dəniz donanması sıralarında hərbi qulluqda olmuşdur. 1990-cı ildə institutu bitirdikdən sonra Dövlət “Yuğ”teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 1995-1997-ci illərdə Dövlət Tele-Radio verilişləri nəzdindəki “Proloq” studiyasınin bədii rəhbəri işləmişdir. Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin üzvüdür.[2]
Ssenarist Mailə Muradxanlının oğlu, aktrisa Gülzar Qurbanova həyat yoldaşıdır.
Fəaliyyəti
redaktəElxan Cəfərov hələ uşaq yaşlarında bir neçə filmə çəkilib. Onun ifa etdiyi çoxsaylı uşaq rolları arasında A. Dovjenko adına kinostudiyanın “Hazır ol, əlahəzrət” (1977) filmində şahzadə rolu da var. Hazırda rejissordur, klip və filmlər çəkir.
Ad və mükafat
redaktəFilmoqrafiya
redaktəAktyor kimi
- Sevinc buxtası (film, 1977) (tammetrajlı bədii film) (rol: Atamoğlan)
- Şir evdən getdi (film, 1977) (tammetrajlı bədii film) (rol: Rüstəm)
- Bağçada rahat yer (film, 1978) (qısametrajlı bədii film) (rol: Fazil)
- Mən mahnı qoşuram (film, 1979) (tammetrajlı bədii film) (rol: Nadir)
- Qəribə adam (film, 1979) (tammetrajlı bədii film) (rol: uşaq)
- Bağ mövsümü (film, 1985) (tammetrajlı bədii film) (rol: Adil)
- Təxribat (film, 1989) (tammetrajlı bədii film) (rol: Zaur)
- Kənar adamlar (film, 1992) (tammetrajlı bədii film) (rol: Ayaz)
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (tammetrajlı bədii film) (rol: Zaur)
- Qonşu qadın (film, 2015) (qısametrajlı bədii film) (rol: qadının əri)
Rejissor kimi
- Məhbus (film, 1995) (qısametrajlı bədii televiziya filmi)
- Əlvida (film, 2007) (tammetrajlı bədii film)
- Qarabağdır Azərbaycan (film, 2009) (sənədli-bədii film)[6]
- Əlavə təsir (film, 2010) (tammetrajlı bədii film)
- Dolu (film, 2012) (tammetrajlı bədii film)
- Yarımçıq xatirələr (film, 2015) (tammetrajlı bədii film)
- Cümhuriyyətin 9 şəkli (film, 2018)
Ssenari müəllifi kimi
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (tammetrajlı bədii film)
Filmi səsləndirən kimi
- Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) (səs: Basat)
- Əbədi ezamiyyət (film, 2016) (sənədli film)
İstinadlar
redaktə- ↑ “Dolu” Qaxda nümayiş olunub: [Qax rayon Mədəniyyət evində quruluşçu rejissor Elxan Cəfərovun eyniadlı filmi nümayiş etdirilmişdir] //Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 12.
- ↑ "İdarə Heyətinin üzvü Elxan Cəfərov". Azərbaycan Professional Kinorejissorlar Gildiyası. Archived from the original on 2024-06-19. İstifadə tarixi: 22.10.2024.
- ↑ Report. ""Qızıl Pəri" mükafatları təqdim olunub" (az.). Report.az. 29 dekabr 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
- ↑ ""Qızıl pəri" mükafatının qalibləri məlum olub". anl.az. Mədəniyyət. 30 dekabr 2015. 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2016.
- ↑ President.az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 29 iyul 2016. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-29.
- ↑ Qəzənfəroğlu, M. "Qarabağdır Azərbaycan" filmi nümayiş etdirildi: [Rejissor Elxan Cəfərovun çəkdiyi eyni adlı film haqqında] //Xalq qəzeti. - 2009.- 27 fevral.- S.7.