Gulzar Qurbanova - Wikipedia
Gülzar Qurbanova (24 iyul 1970) — Azərbaycan teatr və kino aktrisası,[1] Azərbaycan Respublikasının əməkdar artisti.
Gülzar Qurbanova | |
---|---|
Doğum tarixi | 24 iyul 1970 (54 yaş) |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Həyat yoldaşı | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1986-cı ildən |
Təhsili | Sergey Gerasimov adına Ümum-İttifaq Dövlət Kinematoqrafiya İnstitutu, SSRİ |
Mükafatları |
Həyatı
redaktəGülzar Qurbanova 24 iyul 1970-ci ildə anadan olmuşdur. 1986-cı ildə Moskvada yerləşən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) tanınmış rus aktyoru və rejissoru Aleksey Batalovun teatr və kino aktyorluğu ixtisası sinifinə qəbul olunur. Azərbaycanlı aktyor və rejissor Elxan Cəfərovun həyat yoldaşıdır. Ssenarist Mailə Muradxanlının gəlinidir.
Fəaliyyəti
redaktə1990-cı ildən Yuğ Dövlət Teatrında çalışır. Gülzar Qurbanova “Oğul” (Banu Çiçək, “Kitabi Dədə Qorqud”), “Salam” (Şəhriyarın həyat yoldaşı, M.Şəhriyar), “Səma” (Səda, Ş.İ.Xətainin), “Açar” (Tülkü, G.Nizami), “Ümid” (Qadın), “Dad” (Şıltaq qız, M.Füzuli), “Sentemental vals” (Nataşa, A.P.Çexov), “Arabir görüşməyə kişi axtarıram” (Qadın, R.İbrahimbəyov), “Can üstə” (Yazıçı, A.Məsud), “Vəsl” (Qadın, M.Füzuli), “Yar” (Qadın, M.Füzuli), “Naməlum Axundzadə” (Şəhrəbanu, Xacə Məsud, M.F.Axundzadə), “Medeya” (Medeya, V.Klim), “Səsimi unutma” (Qadın, K.Abdulla) və s. tamaşalarında uğurla çıxış edib.
Kinoda 20-dən çox obraz yaradıb. Aktrisa “Qəm pəncərəsi” (1986), “İmtahan” (1987), “Ölsəm, bağışla” (1989),“Beşmərtəbəli evin altıncı mərtəbəsi” (1996),“Ərazi” (2005),“Dovşanın ölümü” (2008),“Bir addım” (2009),“Əlavə təsir” (2010),“Qardaşımdan yaxşısı yox idi” (2010),“Kabusun gözüylə” (2010),“Dolu” (2012),“Mayak” (2-12),“Sübhün səfiri” (2012), “Çaqqal nəfəsi” (2013),“Yarımçıq xatirələr” (2015),“Qırmızı bağ” (2016) və s. filmlərdə yaratdığı maraqlı obrazlarla tamaşaçıların sevgisini qazanıb.[2]
2015-ci ildə “Yarımçıq xatirələr” filminə görə “Ən yaxşı qadın rolunun ifası” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb.
2024-cü ildə Vyetnam Kino Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində Vyetnam-Azərbaycan kino əlaqələrinin gücləndirilməsi məqsədilə ilk dəfə olaraq, Azərbaycan kino heyətinin nümayəndələri, Azərbaycan Kinematoqrafçılar İttifaqının təmsilçiləri Əməkdar artist, aktrisa Gülzar Qurbanova və Əməkdar artist, aktyor Cavanşir Hadıyev Vyetnam Sosialist Respublikasınında 9-14 sentyabr tarixlərində Vyetnam kinoassosiyasının təşkil etdiyi "Qızıl Çərpələng 2024" mükafat mərasimində rəsmi səfərdə olublar.[3][4][5]
Ad və mükafat
redaktə- "Yarımçıq xatirələr" filminə görə "Ən yaxşı qadın rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015-ci il)[6]
- Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycanın Əməkdar Artisti (2011)
- 9 may 2018-ci ildə[7], 10 may 2019-cu ildə[8], 7 may 2020-ci ildə[9] və 6 may 2023-cü ildə[10] Prezident Mükafatına layiq görülmüşdür.
Filmoqrafiya
redaktə- Qəm pəncərəsi (film, 1986)(tammetrajlı bədii film)(rol:Xudayarın qızı)
- İmtahan (film, 1987)(tammetrajlı bədii film)(rol: Qumru)
- Ölsəm... bağışla (film, 1989)(tammetrajlı bədii film)(rol: Gülya)
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)(tammetrajlı bədii film)(rol: Mədinə)
- "Ağ-qara" gecələr (film, 2013)(tammetrajlı bədii film)(rol: qadın)
- Ərazi (film, 2005)(qısammetrajlı bədii film)
- İtkin pay[11]
- Dovşanın ölümü (film, 2008)(qısammetrajlı bədii film)
- Bir addım (film, 2009)(qısammetrajlı bədii film)
- Əlavə təsir (film, 2010)(tammetrajlı bədii film)(rol: Xədicə)
- Qardaşımdan yaxşısı yox idi (film, 2010)(tammetrajlı bədii film)
- Kabusun gözüylə (film, 2010)(tammetrajlı bədii film)
- Dolu (film, 2012)(tammetrajlı bədii film)(rol: Pələngin anası)
- Mayak (film, 2012)(qısammetrajlı bədii film)(rol: Akifin anası)
- Sübhün səfiri (film, 2012)(tammetrajlı bədii film)(rol: Nanə)
- Çaqqal nəfəsi (film, 2013)(bədii serial)
- Qonşu qadın (film, 2015) (qısammetrajlı bədii film) (rol: qadın)
- Yarımçıq xatirələr (film, 2015)(tammetrajlı bədii film)(rol: Janna)
- Qırmızı bağ (film, 2016)(tammetrajlı bədii film)
İstinadlar
redaktə- ↑ Günay. “Ölsəm, bağışla” filmi aktrisalıq həyatıma uğur gətirib”: Gülzar Qurbanovanın fikrincə, hazırda tamaşaçının sadə və saf filmlərə ehtiyacı var //Paritet.- 2011.- 10-11 fevral.- S.16.
- ↑ Rəhimli, Şəhanə. ""Ölsəm, bağışla"nın ulduzu 47 yaşında". Azvision.az. 22.10.2024. İstifadə tarixi: 22.10.2024.
- ↑ "Azərbaycanın kino heyəti Vyetnamda". Azərbaycan Kinematoqrafçılar İttifaqı. 18.09.2024. Archived from the original on 2024-09-18. İstifadə tarixi: 2024-09-18.
- ↑ Gia, Anh. "Đồng nghiệp quốc tế đánh giá cao bộ phim 'Đóa hoa mong manh' của Đạo diễn Mai Thu Huyền". 18.09.2024. Archived from the original on 2024-09-18. İstifadə tarixi: 2024-09-18.
- ↑ Lê, Gia. "Mai Thu Huyền và đoàn phim 'Đóa hoa mong manh' giao lưu cùng khán giả Nha Trang". Hoa Hau. 18.09.2024. Archived from the original on 2024-09-18. İstifadə tarixi: 2024-09-18.
- ↑ Report. ""Qızıl Pəri" mükafatları təqdim olunub" (az.). Report.az. 29 dekabr 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ "Cinema Stop-Kadr: İtirilmiş pay". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 58.