Energetika - Wikipedia
Energetika — insanın təsərrüfat-iqtisadi fəaliyyətinin bir sahəsi, bütün növ enerji ehtiyatlarının istifadəsi, paylanması və dəyişilməsi üçün istifadə edilən böyük təbii və süni yarımsistemlərin toplusu ilə bağlı bilik sahəsidir. Onun məqsədi ilkin enerjini ikinci enerjiyə-elektrik enerjisinə çevirməkdir.
"Energetika haqqında" 2023-cü il tarixli Qanunda belə anlayış verilib: "1.1.1. energetika – enerjinin kəşfiyyatı, işlənilməsi, hasilatı, emalı, istehsalı, saxlanılması, alqı-satqısı, idxalı, ixracı, nəqli (ötürülməsi), paylanması və istifadəsini ehtiva edən iqtisadiyyat sahəsi;"[1]. Göründüyü kimi, bu anlayış enerji daşıyıcılarının istehsalından satışınaqədər bütün iqtisadi fəaliyyət zəncirini, habelə istehlakı (istifadəni) əhatə edir.
"Enerji" terminindən fərqli olaraq, "energetika" termini sırf bilik sahəsi, o cümlədən iqtisadiyyat sahəsi və hüquq institutudur.
"Energetika haqqında" 2023-cü il tarixli Qanunda eyni zamanda, energetika sahəsinə aid alt sahələr "sektor" adlandırılıb. Bu yanaşma digər hüquqi sənədlərdə də tətbiq edilib. Bu mənada energetika sahəsinə elektroenergetika sektoru, istilik energetikası sektoru, qaz təchizatı sektoru, neft sənayesi sektoru, kömür sektoru, atom energetikası və sair sektorlar aid edilə bilər.
Azərbaycan Respublikasında energetika sahəsinin tənzimlənməsi Avropa İttifaqının Üçüncü Energetika Paketi adlanan sənədlər toplusuna və dövlətlərarası Energetika Xartiyası Müqaviləsinə[2] əsaslanır.
Elm haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-15.
- ↑ Energetika Xartiyası Müqaviləsi. "Dövlətlərarası beynəlxalq müqavilə" (PDF). 2023-07-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-15.