Eskimos - Wikipedia
Eskimoslar və ya İnuitlər və Yupiklər — Arktika bölgədəki dörd ölkəyə yayılmış olaraq, Şərq Sibir, Alyaska, Kanada və Qrenlandiyada yaşayan və Eskimos-Aleut dil ailəsinin Eskimos dilləri ilə danışan Eskimos-Aleut xalqlarının ən böyük qrupu olan şimal qütb xalqı. Digər qohum xalq Aleutlar hesab olunur.
İnyupik eskimos ailəsi
| ||||||||||||
Ümumi sayı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
150.000 | ||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||
| ||||||||||||
Dili | ||||||||||||
Dini | ||||||||||||
Qohum xalqlar | ||||||||||||
Eskomoslar özlərini "iunit" adlandırırlar. "Eskomos" sözü (eskimansiq — "çiy yiyən") hindi qəbilələrindən olanabenaklara və atabasklara aiddir. Eskimoslar Yupik və İnuit olmaq üzere iki ana qrupa ayrılar. Sirenik Yupiklərinin dilləri digər Yupik dillərindən diqqətə çarpan şəkildə fərqlidir və bu fərqliliyə əsasında Menovşçikov (Меновщиков) kimi mütəxəssis dilçilər Sirenik Yupikçəsini Yupik dilləri xaricində dutaraq Sirenik Eskimoscası adı altında Eskimos dillərinin üçüncü ana qolu olaraq təsnif edər.
Ümumi məlumat
redaktəEskimoslar, eskimolar – ABŞ-də (Alyaskada – 47 min 783 nәfәr; 2000), Kanadanın şimalında (50 min 480 nәfәr; 2006), Danimarkada (18 min 563 nәfәr; Qrenlandiya adalarında – tәqribət 50 min nәfәr; 2007) vә RF-dә (Çukot Muxtar Mahalında –1529 nәfәr; 2010) yaşayan etnik birlik. Ümumi sayları tәqribən 170 min nәfәrdir. Eskimos-aleut dil ailәsinә aid dillәri iki qrupa bölünür: inupik (Berinq boğazında Diomid adalarının, Alyaskanın vә Kanadanın, Labrador vә Qrenlandiyanın şimalında qohum dialektlәri) vә Alyaskanın qərb vә cənub - qərbindә, Müqəddəs Lavrenti vә Çukot yarım-adalarında yaşayan әhalinin danışdığı dialektlәrlә birlikdә yupik – üç dildәn ibarәt qrup (mәrkәzi yupik, Sibir yupiki vә suqpiak, yaxud alutiik).
Etnos kimi e.ә. 2-ci minilliyin sonlarında Berinq dәnizi rayonunda tәşәkkül tapmışlar. Eramızın 1-ci minilliyindә Eskimosların әcdadları – Tule mәdәniyyәtinin daşıyıcıları
Çukotda vә Amerikadan Qrenlandiyaya qәdәr Arktika sahillәri boyunca mәkunlaşmışlar.
Eskimoslar 15 etnomәdәni qrupa bölünürlәr: Cәnubi Alyaska -ı (Prins Uilyam körfәzinin sahillәri vә Kadyak a.); dillәrini vә әnәnәvi hәyat tәrzlәrini әn çox qoruyub saxlayan Qәrbi Alyaska Eskimosları; Müqəddəs Lavrenti vә Diomid adalarındakı Eskimoslarda daxil olmaqla Sibir Eskimosları; Norton körfәzindәn ABŞ–Kanada sәrhәdinәdәk olan sahilyanı torpaqlarda vә Alyaskanın şimaldakı daxili rayonlarda yaşayan Şimal- Qәrbi Alyaska Eskimosları; 14-cü әsrin sonu -15-ci әsrin әvvәlindә Kanadanın şimal sahillәrindәki yerli әhali ilә Alyaskanın şimalından gәlmiş nunaliit eskimoslarla qarışıq qrupu olan vә Makenzi çayı mәnsәbindә yaşayan Makenzilər; Kanadanın şimal sahillәrindә, Koroneyşn körfәzi boyu, Banks vә Viktoriya adalarında yaşayan mis Eskimosları (soyuq döymә üsulu ilә xalis misdәn hazırladıqları әmәk alәtlәrinә görә belә adlandırırlar); Şimali Kanadadakı Butiya vә Adeleyd yarım-adalarının sahillәrindә, Kinq Uilyam adalarında vә Bak çayının aşağı axarlarında yaşayan netsilik Eskimosları; onlara yaxın olan Melvill yarım-adada, Baffin Torpağı adalarının bir hissәsindә vә Sauthempton adada yaşayan iqlulik Eskimosları; Hudzon körfәzindәn qərbdә Kanadanın daxili tundrasında yaşayan karibu Eskimosları; Baffin Torpağı adalarının mәrkәzi vә cәnubi hissәsindә yaşayan Baffin Torpağı Eskimosları; 19-cu әsrdә “settlerlәr” (eskimos qadınların ağ dәrili ovçular vә gәlmәlәrlә nikahlarından törәmәlәr) metis qrupunun yaranmasında iştirak etmiş Kvebek Eskimosları vә Lab rador Eskimosları; 17-ci әsrin әvvәllәrindәn Danimarka tәrәfindәn müstәmlәkәlәşmәyә vә xristianlaşdırmaya mәruz qalan Eskimosların әn çoxsaylı qrupu – Qәrbi Qrenlan diya Eskimosları; Yerin әn şimal tәrәfinin aborigenlәri – Qrenlandiyanın şimal-qərbindә yaşayan qütb zonası Eskimosları; digәr Eskimoslardan fәrqli olaraq avropalıların tәsirinә әn gec (19,20-ci әsrlәr) mәruz qalan Şәrqi Qrenlandiya Eskimosları.
Öz tarixlәri boyu Arktikada yaşayış üçün münasib mәdәniyyәt formaları yaratmışlar: dönmә ucluğu olan qarmaq, ov qayığı – kayak, bütöv xәz geyim, yarımqazma vә iqlu (günbәzvarı qar daxma), xörәk bişirmәk, evi işıqlandırmaq vә qızdırmaq, xörәk bişirmәk üçün piylә yanan çıraq vә s. Eskimoslar üçün tayfa tәşkilatının formalaşmaması, 19-cu әsrdә qәbilәlәrin olmaması (ehtimal ki, Berinq dәnizi sahillәrindә yaşayan Eskimoslar istisna olmaqla) sәciyyәvidir. 18-ci әsrdә bir neçә eskimos qrupunun xristianlaşdırılmasına baxmayaraq, Eskimoslar faktiki olaraq animistik tәsәvvürlәrini vә şamanizmi qoruyub saxlamışlar.
Eskimoslarda 5 tәsәrrüfat-mәdәni kompleks müәyyәnlәşdirilir: morj vә balina ovu (Çukot, Müq. Lavrenti a., Alyaskanın şimal-qərb sahillәri, Qәrbi Qrenlandiyanın qәdim әhalisi); suiti ovu (Şimal-Qәrbi vә Şәrqi Qrenlandiya, Kanadanın Arktika arxipelaqı); balıqçılıq (Cәnubi vә Qәrbi Alyaska -ı); karibu maralı ovu (karibu Eskimosları, Alyaskanın şimalında yaşayan Eskimosların bir hissәsi); karibu ovu ilә yanaşı, dәniz ovu (Kanada Eskimoslarının çoxu, Alyaskanın şimalındakı Eskimosların bir qismi). Eskimoslar bazar münasibәtlәrinә cәlb olunduqdan sonra onların әksәriyyәti satış üçün xәzli heyvanların ovuna, Qrenlandiyada isә balıq ovuna keçdilәr. Bir çoxu inşaatda, dәmir filizi vә neft mәdәnlәrindә, Arktika faktoriyalarında vә s. yerlәrdә işlәyirlәr. Qrenlandiyalılarda vә Alyaska Eskimoslarında varlı tәbәqә vә milli ziyalılar meydana gәlmişdir.
20-ci әsrin ortalarında Eskimosların 4 müstәqil etnosiyasi birliyi formalaşdı:
1) Qrenlandiya Eskimosları;
2) Kanada Eskimosları (özlәrini inuit adlandırırlar). 1950-ci illәrdәn Kanada hökumәti yerli әhalinin bir yerә toplanılmasına vә iri qәsәbәlәrin tikintisinә başladı. Dillәrini qoruyub saxlamışlar, ingilis vә fransız dillәri dә yayılmışdır (Kvebek Eskimosları). 19-cu әsrin sonlarından sillabik әlifbaya әsaslanan yazı sisteminә malikdirlәr;
3) Alyaska Eskimoslarının çoxu ingilis dilindә danışırlar, xristianlaşdırılmışlar. 1960-cı illәrdәn iqtisadi vә siyasi hüquqları uğrunda mübarizә aparırlar. Milli-mәdәni birlәşmә meyillәri güclüdür;
4) Asiya (Sibir) Eskimosları – yupiqıt, yaxud yuqıt (özlәrini “insanlar”, “hәqiqi insanlar” adlandırırlar; 1930-cu illәrdәn rәsmi adları “yuitlәr”dir). Dillәri yüpik qrupuna aiddir; Sireniki (Siqinık), Mәrkәzi Sibir (Novoye Çaplino) vә Naukan (Nıvukak) dialektlәri var. Rus dili dә yayılmışdır. 1932-ci ildә Mәrkәzi Sibir dialekti әsasında yazı sistemi tәrtib olunmuşdur. Şimalda Berinq boğazından qərbdә Xaç körfәzinәdәk uzanan Çukot yarım-adalarının sahilyanı әrazilәrindә mәskunlaşmışlar. Əsas qrupları: nıvukakmit (“naukanlılar”), unqaziqmit (“çaplinolular”) vә sireniqmit (“sirenikililәr”).
Əsas әnәnәvi mәşğuliyyәtlәri dәniz heyvanlarının (әsasәn morj vә suiti) ovudur. 19-cu әsrin ortalarınadәk inkişaf etmiş balina ovu sonralar azaldı. Balinaları yataq yerlәrindә, buzun üstündә, yaxud qayıqdan mizraq, nizә vә qarmaqla vururdular. Eskimoslar hәmçinin şimal maralı vә dağ qoçu da ovlayırdılar. 19-cu әsrin ortalarından odlu silahdan istifadә geniş yayılmışdı, tülkü (xüsusilә ağ tülkü) xәzinin satışı artmışdı. Quşovlama üsulları çukot üsullarına (mizraq vә boladan istifadә) oxşar idi. Balıqçılıq vә yığıcılıqla da mәşğul olurdular. Qoşqu itlәri yetişdirirdilәr. Maralçı çukçalar vә ABŞ Eskimosları ilә natural mübadilә aparırlar, müntәzәm olaraq Alyaska vә Müqəddəs Lavrenti adalarına ticari sәfәrlәr edirdilәr. Əsas yemәklәri morj, suiti vә balina әtindәn hazırlanırdı. Maral әti yüksәk qiymәtlәndirilirdi. Ətin yanında bitki yemәyi, dәniz kәlәmi, molyusk verilirdi. 19-cu әsrin ortalarınadәk iri yaşayış mәskәnlәrini tәşkil edәn yarımqazmalarda (nın¢lyu) yaşayırdılar. 17,18-ci әsrlәrdә çukçaların tәsiri ilә әsas qış mәnzillәri maral dәrisi ilә örtülmüş karkaslı yaranqalar (mın¢tıq¢ak) oldu. Onların divarlarını daş vә ya taxtadan hazırlayır, çimlә örtürdülәr. Yay evlәri morj dәrilәri ilә örtülmüş ağac karkaslı, maili dam örtüklü dördbucaqlı evlәrdir. 19-cu әsrin әvvәlinәdәk icma evlәri (bir neçә ailәnin yaşadığı, hәmçinin yığıncaq vә bayramların keçirildiyi böyük yarımqazmalar) qorunub saxlanılmışdı. Əsas nәql. vasitәlәri qışda itlәr qoşulmuş nartalar vә xizәklәr, buz bağlamamış sularda dәridәn qayıqlardır (kaya¢k). Çukot tipli baydaralardan da istifadә edilirdi.
19-cu әsrin sonlarınadәk әnәnәvi bütöv geyim növlәrindәn biri lәlәklәri astar tәrәfindә olan quş dәrilәrindәn tikilmiş kuxlyanka idi. Maralçı çukçalarla aparılan mübadilә nәticәsindә geyimlәr maral xәzindәn dә tikilirdi. Qadın geyiminә çukçalarda olduğu kimi ikiqat xәzdәn kombinezon (k¢alıvaqan) aiddir. Kişi vә qadın yay geyimi nerpa bağırsaqlarından, sonralar isә alınma parçalardan tikilmiş bütöv kamleykadır. Ənәnәvi ayaqqabı kişilәrdә baldıra, qadınlarda isә dizә qәdәr olan xәz untalardır (kamqık). Qadınlar iki hörük hörürdülәr, kişilәr kiçik dairә vә ya bir neçә tel saxlamaqla saçlarını qırxırdılar. Şәkildöydürmә (tatuirlәmә) yayılmışdır. Xәstәlikdәn qorunmaq mәqsәdilә üzlәrinә oxra vә qrafit çәkirdilәr. Eskimosların әnәnәvi dekorativ incәsәnәtinә xәzdәn mozaika, rәngli vәtәri saplarla zamşa üzәrindә tikmә, muncuqla işlәmә, morj dişi üzәrindә oyma aiddir.
Eskimoslarda ata xәtti ilә hesablanan qohumluq, gәlin üçün işlәyib ödәmә ilә patrilokal nikah üstünlük tәşkil edirdi. Baydara sahibindәn vә ona 3–5 yaxın qohumundan ibarәt “baydara artellәri” (anyam ima) mövcud idi. Ovlanmış balıq vә heyvanlar “artelin” üzvlәri arasında bölüşdürülürdü. Əmlak bәrabәrsizliyi yaranmış, bәzәn yaşayış mәskәnlәrinin başçısı (“torpaq sahibi”) olan iri tacirlәr meydana gәlmişlәr.
Eskimoslar xeyirxah vә zәrәrverici ruhlara inanırdılar. Qaranquş dәniz ovunun himayәçisi hesab olunurdu. Kosmoqonik rәvayәtlәrin әsas personajı Quzğundur. Nağılların әsas süjetlәri balina ilә bağlıdır. Əsas mәrasimlәri morj vә balina ovuna hәsr olunmuş bayramlardır. Şamanizm geniş yayılmışdır. 1930-cu illәrdәn -da ovçuluq tәsәrrüfatları tәşkil edilmişdir. Ənәnәvi inancları, şamanlıq, sümük üzәrindә oyma, mahnı vә rәqslәri qorunub saxlanılır. Yazı sisteminin yaranması ilә ziyalılar yetişir. Müasir Eskimoslarda milli özünüdәrkin inkişafı müşahidә olunur.
Təsnifatı
redaktə- Eskimos-Aleut xalqları
- Aleut xalqı
- Eskimoslar
- Sirenik eskimosları
- Yupik xalqları
- İnuit xalqları
- İnyupiklər və ya Alyaska inuitləri
- İnuitlər və ya Kanada inuitləri
- Qərbi Kanada inuitləri
- Şərqi Kanada inuitləri
- Qrenlandiya inuitləri
Maraqlı faktlar
redaktə- Eskimoslar soyuduculardan öz qidalarını soyuqdan donmamaq üçün istifadə edirlər.