Essekibo Cayi - Wikipedia
Essekibo Cayi - Wikipedia - Haqqında Məlumat
Essekibo (ing. Essequibo) — Qayana ərazisindən axan çay. Uzunluğu 1000 km təkil edir. Sipu və Çokidor çaylarının birləşməsindən əmələ gəlir. Mənbə ölkənin cənubunda Akaray silsiləsində yerləşir.
Essekibo çayı | |
---|---|
ing. Essequibo | |
Ölkə | Qayana |
Mənsəbi | Atlantik okeanı |
• Yüksəkliyi | 0 m |
Uzunluğu | 1000 km |
Su sərfi | 2.104 m³/s |
Su hövzəsi | Atlantik okeanı |
Hövzəsinin sahəsi | 155.000 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şimala doğru rütubətli meşə və savannadan axır. Axarı boyunca orta və aşağı hissələrdə adalar əmələ gətirir. Corctaundan 21 km şimalda Atlantik okeana tökülür. mənsəbində eni 20 km olan estuari əmələ gətirir (Xoq, Lequan). Estuariyə Kyuni və Mazarubi çayları tökülür. Venesuela Essekibonun sol sahilini öz ərazisi hesab edir (Qayananın 60 % ərazisi) və bölgəni Qayana-Essekibo ştatı adlandırır.
Mənbə
redaktə- Aerial view of the mouth of the Esequibo River. Arxivləşdirilib 2006-06-29 at the Wayback Machine