Venesuela - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Venesuela Bolivar Respublikası (isl. República Bolivariana de Venezuela) — Cənubi Amerika qitəsinin şimalında yerləşir. Qərb və cənub-qərbdən Kolumbiya, cənub və cənub-şərqdən Braziliya, şərqdən Qayana ilə həmsərhəddir. Şimal sahillərini Karib dənizi və Atlantik okeanı yuyur. Paytaxtı Karakas şəhəridir. Karib dənizindəki 70-ə yaxın ada Venesuelaya aiddir. Ən böyüyü keçmişdə mirvariləriylə məşhur olan Marqarita adasıdır. Materikdən 32 km aralı yerləşir. Ərazisi təxminən 916.000 km², əhalisi 28 milyon nəfərdir. Ən hündür zirvəsi Piko Bolivardır (5007 m). Təbii sərvətlərinə neft, qızıl, almaz daxildir. Ən böyük şəhərləri Marakaybo, Kumana, Valensiya, Barkisimeto, Maturin, Barselonadır. Əhalinin 91%-ni venesuelalılar, 3%-ni kolumbiyalılar, 2% italyanlar, ispanlar, hindular təşkil edir. Əhalinin 96%-i katoliklərdir. Rəsmi dili ispan dilidir. Bəzi yerlərdə Hindu dialektlərində danışılır. Pul vahidi Venesuela bolivarıdır. Ölkə subekvatorial iqlim qurşağında yerləşir. Orta illik temperatur +21–26 dərəcə arasında dəyişir. Orta illik yağıntının miqdarı şimal sahillərində 300 mm, dağlıq ərazilərdə 2000–3000 mm arası olur.
Venesuela | |||||
---|---|---|---|---|---|
República Bolivariana de Venezuela | |||||
| |||||
Himn: Gloria al Bravo Pueblo |
|||||
Tarixi | |||||
• İspaniyadan müstəqillik | 5 iyul 1811 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Karakas | ||||
İdarəetmə forması | Prezident Respublikası | ||||
Prezident | Nikolas Maduro | ||||
Sahəsi | Dünyada 32-ci | ||||
• Ümumi | 916445 km² | ||||
• Su sahəsi (%) | 0,3 | ||||
Əhalisi | |||||
• Əhali | 29 335 489 nəfər (45-ci) | ||||
• Sıxlıq | 32 nəf./km² | ||||
İnternet domeni | .ve | ||||
ISO kodu | VE | ||||
BOK kodu | VEN | ||||
Telefon kodu | +58 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][1] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəVenesuelanın iqlimi yayda sakit havalarda rütubətli ekvatorial hava kütlələrinin və qışda quru küləklərin dəyişməsi ilə müəyyən edilir. İstiliklər il ərzində az dəyişir və əsasən ərazinin yüksəkliyindən asılıdır. Sahil əraziləri tükənən istilik və yüksək hava rütubəti ilə xarakterizə olunur; yüksək yüksəkliklərdə temperatur daha aşağı olur və insanların yaşaması üçün şərait daha rahatdır. Bu səbəbdən bütün böyük şəhərlər dəniz səviyyəsindən 600–1850 metr yüksəklikdə yerləşir. 1800 m -dən yuxarı iqlim daha soyuqdur və mülayim enliklərin iqliminə yaxındır. 3000 m -dən çox yüksəkliklərdə o qədər soyuqdur ki, əkinçilik demək olar ki, mümkün deyil və qoyunçuluq əsas əkinçilik fəaliyyətidir. Ölkə ərazisinin dörddə üçündən çoxu maydan noyabr ayına qədər davam edən yağışlı mövsümlə xarakterizə olunur. Maracaibo və dağların külək yamaclarında və Qviana yaylasında . Quru mövsüm dekabrdan aprelə qədər davam edir.
Venesuela ərazisi, Cənubi Amerikanın əksər ölkələri kimi, mütləq yüksəkliklərdə, yağıntıların miqdarında və digər ətraf mühit şəraitində də müxtəlifdir. Bu, bitki örtüyünün heterojenliyini və ölkənin florasının zənginliyini izah edir.
Bir neçə floristik sahəni ayırmaq olar. Şimal sahilində flora adətən Karib dənizidir, müxtəlif baklagiller, çoxsaylı kaktuslar, Capparia, Jacquinia və Ziziphus növləri ilə. Venesuela Andları, Qərbi Cənubi Amerikanın And bölgəsinin davamıdır. Paramo (alp çəmənlikləri) və Kolumbiyanın mülayim meşələri, xüsusən Espeletia, Geranium, Ceroxylon, Cinchona, Miconia və Gentiana bitkiləri ilə xarakterizə olunur. Bitki örtüyü baxımından müxtəlif olan Orinoko hövzəsinin florası daha çox cənub təpələri və yağış meşələri ilə əlaqələndirilir. Burada şəkər qamışı və qəhvə ağacı kimi ekzotik plantasiyalar geniş yayılmışdır. Bir çox ailə yaxşı təmsil olunur, lakin ən çox diqqət çəkənlər dənli bitkilərin fonunda fərqlənən baklagiller və xurmalardır.
Tarix
redaktəGörməli yerlər
redaktəOrinoko çayının deltası, Kanayma milli parkı, Anhel şəlaləsi, Kumana, Karakas, Valensiya, Los Rokvs şəhərləri və Marqarita adası Venesuelanın ən çox turist cəlb edən yerləridir. And dağlarından tökülən Orinoko çayı mövsümdən asılı olaraq müxtəlif rənglərə, naxışlara bürünür. Çayın deltasında minlərlə bitki növünə və yüzlərlə bataqlıq quşlarına rast gəlmək mümkündür. Əsrarəngiz gözəlliyə malik Kanama milli parkı planetin ən qədim hissəsi olan Quayanda yerləşir. Anhel şəlaləsi dünyanın ən hündür şəlaləsidir. Şəlalənin hündürlüyü 1054 metrdir. Şəlalənin ətrafa səpələnən su damcılarında göy qurşağı rəngdən-rəngə çalır, çox hündürdən töküldüyündən qulaqbatırıcı səsi aləmə yayılır. Karib dənizinin sahilində yerləşən, gözəl çimərlikləri, mirvari qumluqları ilə məşhur olan Kumana kurort şəhəri turistlərə müxtəlif əyləncələr təklif edir. Bunlardan ən maraqlısı suyun altında xəzinə axtarışıdır. Paytaxt Karakas turistləri arxitektura rəngarəngliyi ilə heyrətə salır. Toxunulmaz təbiətə malik Valensiyanın bitki və heyvanat aləmi canlı ensiklopediyadır. Venesuelanın mirvarisi sayılan Marqarita adasındakı əlvan tutuquşular, flaminqolar göz oxşayır.
Əhali
redaktə21.000.900 nəfər 98% Venezuelalılar
Mədəniyyət
redaktəBayramlar
redaktəVenesuelanın ən məşhur bayramı Tövbə günü münasibətilə keçirilən karnavaldır. Bütün ölkədə təmtəraqlı tədbirlər keçirilir. Hər region bayramı özünəməxsus qeyd edir. Bir yerdə körpə İsanın yatdığı yalançı beşiyi oğurlayırlar ki, sonra onun qaytarılmasını qeyd etsinlər, birində təntənəli yürüşlər və maskaradlar keçirirlər, başqa bir yerdə çoxlu musiqili tamaşalar təşkil edirlər. Venesuelada katoliklər çox olduğundan milli bayramların əksəriyyəti xristianların qeyd etdikləri bayramlarla eynidir. Dini bayramlar ərəfəsində İsanın iztirablarını əks etdirən tamaşalar göstərilir, xaç yürüşləri təşkil edilir, "şeytanın rəqsi" adlı tədbir keçirilir. Milad günü ərəfəsində ("La-noçe-buena") geridə qalan ilin problemlərini təmsil edən iri kuklalar düzəldilir. Yeni il gecəsi yeni başlanğıcın başlanması kimi həmin kuklaları yandırırlar. Karakas hər il iyulun 21-dən 29-a kimi təməlinin qoyulduğu günü qeyd edir. Bu günlər ərzində teatr tamaşaları, heykəl və şəkil sərgiləri, konsertlər və küçə nümayişləri olur. Bundan başqa, ölkədə Müstəqillik günü (5 iyul), Əmək günü (1 may), Simon Bolivarın anadan olduğu gün (24 iyul), Kolumb günü (12 oktyabr) qeyd edilir.
Mətbəx
redaktəVenesuela mətbəxi Amerika qitəsinin xalqları, Avropadan gələnlərin adətləri və Afrika, Asiya mətbəxinin bəzi elementləri əsasında formalaşıb. Bir çox Latın Amerikası ölkələri kimi burada da mətbəxin əsasını ət, qarğıdalı, düyü, kartof, xüsusi bananlar və müxtəlif kombinasiyalarda istifadə olunan bir çox ərzaqlar və ədviyyatlar tutur.
Həmçinin bax
redaktəMənbə
redaktə- Dünyanın ən hündür şəlaləsinin vətəni Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine