Fesil - Wikipedia
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır:
Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib.
Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür.
Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun).
Təqvim üzrə mövsümlər
redaktəFəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür. Şimal yarımkürəsinin əksər ölkələrində fəsillərin başlama və bitmə vaxtı aşağıdakı kimi qəbul edilib:
- Yaz — 21 mart — 22 iyun
- Yay — 22 iyun — 23 sentyabr
- Payız — 23 sentyabr — 22 dekabr
- Qış — 22 dekabr — 21 mart
Cənub yarımkürəsində isə bu, aşağıdakı kimi qəbul edilir:
- Yaz — 23 sentyabr — 22 dekabr
- Yay — 22 dekabr — 21 mart
- Payız — 21 mart — 22 iyun
- Qış — 22 iyun — 23 sentyabr