Fatca - Wikipedia
Fatca - Wikipedia - Haqqında Məlumat
FATCA (ing. Foreign Account Tax Compliance Act — Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı) — xarici bank hesablarının vergiyə cəlb olunması ilə bağlı amerikan qanunudur. ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu ildə qəbul edilmiş və 1 yanvar 2013-cü il tarixindən qüvvəyə minmişdir. Əsas məqsəd digər ölkələrdə işləyən və yaşayan Amerika vətəndaşlarının vergidən yayınmasının qarşısını almaqdır.
Qanun ABŞ Vergi xidmətinin (İRS) qeydiyyatında olan fiziki şəxslər barədə banklardan və digər maliyyə qurumlarından məlumatların verilməsini tələb edir.
FATCA ilə bağlı Azərbaycanda Nazirlər Kabinetinin 22 aprel 2014-cü il 103 saylı sərəncamı var.