Faiq Qarayev - Wikipedia
Faiq Əli oğlu Qarayev (d. 11 yanvar 1959, Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan voleybol oyunçusu və məşqçisi.
Faiq Qarayev | |
---|---|
Faiq Əli oğlu Qarayev | |
Doğum tarixi | 25 avqust 1959 (65 yaş) |
Doğum yeri | Ağstafa, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Əli Qarayev |
Fəaliyyəti | voleybol məşqçisi |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəErkən illəri
redaktəVoleybolla Bakı şəhəri 70 nömrəli məktəb-liseyində yeddinci sinifdən məşğul olmağa başlayıb.[1] Öz məktəbi ilə Bakı və Azərbaycan çempionu olub. İlk voleybol məşqçisi Yuri Alekseyeviç Qlotkov olub.
Məşqçi fəaliyyəti
redaktə1984-cü ildən məşqçi fəaliyyətinə başlayıb.[1] 1987-ci ildə Faiq Qarayevin baş məşqçilik etdiyi BMKZ (keçmiş "Neftçi") SSRİ 1-ci liqasından elitaya vəsiqə qazanıb, 1989/90-cı mövsümdə bürünc mükafata yiyələnib.[2]
1991-ci ildə Türkiyədə olsa da, vətən üçün darıxan Qarayev 1992-ci ildə Bakıya qayıtdı.[1] 1991-ci ildə komanda SSRİ kubokuna yiyələnib, 1993-cü ildə CEV kuboklar kubokunda 2-ci yer tutub.[2] Onun məşqçiliyi altında Azərreyl QVK 2002-ci ildə Top-Komanda Kubokunu, 2011-ci ildə isə Avropa Qadınlar CEV Çağırış Kubokunu qazanıb.
2015-ci ildə Azərbaycan qadın milli voleybol komandasının məşqçisi təyin olunub.[3] Daha sonra o, komandadan ayrıldı. Lakin komanda onun yoxluğunu hiss etdi. Əvvəlki ardıcıl uğurlar əldə edilməməyə başlandı. Ən son 2023-cü ildə Azərbaycan qadın milli voleybol komandasına türkiyəli mütəxəssis Ataman Güneyligil təyin edilsə də, yenə də gözlənilən nəticəni vermədi. Milli 2023 Avropa Çempionatında qrupdan çıxa bilmədi. 2024-cü ildə Faiq Qarayev yenidən millinin məşqçisi təyin edildi.
Şəxsi həyatı
redaktə1989-cu ildə anasının 46 yaşında rəhmətə getməsi və ardınca Azərbaycanda siyasi qarışıqlıq onda xəstəliklərin əmələ gəlməsinə səbəb oldu.[1]
Qara Yanvar hadisələrinin ən fəal iştirakçılarından biri olub.[1] 1990-cı il yanvarın 19-u axşam saat 9-un yarısında sürücü onu "Salyanski kazarma" adlanan yerə müalicə üçün apardı. 1 saat 45 dəqiqə müalicədən sonra ayılan Faiq Qarayev nə sürücüsünü, nə də maşın tapa bilmədi.[1] Yolda "Volqa" avtomobilinin sürücüsü ilə köhnə İnturist otelində məskunlaşan komandasının yanına yollandılar.[1] Telestudiyanın yanına çatanda rus əsgərləri onları saxladı.[1] Rus əsgərlər onları maşından düşürüb, üstlərini yoxlayıb buraxdılar. Onlar maşına oturanda telestudiya Qarayevin gözünün qabağında partladı.[1] Ondan sonra otelə gələnən Qarayev, oteldə heç kəsin olmadığını gördü. Həmin gecəni səhərə qədər oteldə qaldı.[1]
2014-cü ildə Qarabağ müharibəsinə aid verdiyi müsahibədən:
O vaxt Ankarada yeni məhəllədə yaşayırdım. Məşq prosesimi elə qurmuşdum ki, 8-in yarısı qurtarırdı. Hər axşam saat 8-də TRT-1 də xəbərləri səbirsizliklə gözləyirdim. Çünki Qarabağla bağlı xəbərlər gedirdi. Hər Qarabağdan xəbərlər gedəndə oturub ağlayırdım. İndiki kimi mobil telefon da yox idi. Gedib kart alırdım, iki qəpiklik telefonla evə zəng edib soruşurdum ki, salamatçılıqdır? Bunu tək mən yox, qürbətdə yaşayan hər kəs edib. Çünki vətən sevgisi insanın içində olur. O sevgi insanın içində yoxdursa, deməli insan yaşamır. Qərib ölkədə Azərbaycan kimsəsiz görünürdü.[1] |
Subaydır.
Uğurları
redaktə
Məşqçilik karyerasıredaktə
Şəxsiredaktə
İstinadlarredaktə
Xarici keçidlərredaktə |