Fatma Ulviye Sultan - Wikipedia
Fatma Ülviyyə Sultan və ya Fatma Ülviyyə Gərmiyanoğlu (11 sentyabr 1892, Vahidəddin köşkü, İstanbul, Osmanlı imperiyası – 25 yanvar 1967, İzmir) — son Osmanlı sultanı Sultan Vahidəddinin qızı.[1]
Fatma Ülviyyə Sultan | |
---|---|
osman. فاطمه علویه سلطان türk. Fatma Ulviye Sultan | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 sentyabr 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 25 yanvar 1967 (74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Atası | VI Mehmed |
Anası | Əminə Nazikəda Qadınəfəndi |
Həyat yoldaşları |
İsmayıl Haqqı Oktay Əli Heydər Gərmiyanoğlu |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəÜlviyyə Sultan 11 sentyabr 1892-ci ildə atasına məxsus Vahidəddin köşkündə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Vahidəddin Əfəndi, anası isə onun ilk xanımı Əminə Nazikəda Qadınəfəndidir. Adını uşaq yaşda qəza nəticəsində yanaraq ölən əmisi qızı Ülviyyə Sultandan almışdır. Uşaq yaşlarında mükəmməl saray tərbiyəsi alan Ülviyə Sultan bacısı Sabiha Sultanla birlikdə babasının xidmətçilərindən Mihrifələk xanımın oğlu Rəfiq bəy nəzarətində saray təhsilini tamamlamışdır. Ənənəvi Osmanlı tərbiyəsiylə yanaşı, Mile Voçino adlı bir italyan musiqiçidən piano dərsləri də almışdır.
1 fevral 1916-cı ildə müəmmalı şəkildə vəfat edən İzzəddin Əfəndinin vəfatıyla, atası Vahidəddin Əfəndi taxt varisi elan olundu. Bu səbəblə vəliəhdin ən böyük övladı olaraq Ülviyyə Sultanın evləndirilməsi müzakirə edildi. Nəhayət, Ülviyə Sultan 10 avqust 1916-cı ildə son Osmanlı sədrəzəmi Əhməd Tofiq Paşanın oğlu İsmayıl Haqqı bəylə nikahlandı. Nikah dövrün şeyxülislamı Ürgüplü Mustafa Əfəndi tərəfindən bağlandı və mərasimin ardından cütlük Beşiktaş sarayında yaşamağa başladı. Bu nikahdan bir qızı dünyaya gələn cütlük 1920-ci ilin oktyabrında Sultan Vahidəddinin qızına hədiyyə etdiyi Nişantaşındakı köşkə köçdü. Ancaq İsmayıl Haqqı bəyin Anadoludakı İstiqlaliyyət hərəkatına qoşulmasının ardından Sultan Vahidəddin 21 iyun 1922-ci ildə qızını zorla boşadı.
Ancaq bir neçə ay sonra atası Sultan Vahidəddin səltənətdən çəkildi və ölkədən qaçmağa məcbur oldu. O əsnada saraydan çıxarılan anası Əminə Nazikəda xanımı və bəzi saray mənsublarını öz sarayında qonaq etdi. 1 noyabr 1923-cü ildə Nişantaşı köşkündə dayısı Zülüflü İsmayıl Paşanın oğlu Əli Heydər bəylə (d. 20 sentyabr 1889, İstanbul — ö. 1970, İstanbul) evləndi. Bu evlilikdən övladı olmayan Ülviyyə Sultan 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündə İtaliyanın San-Remo qəsəbəsində yaşayan atasının yanında məskunlaşan Ülviyə Sultan, 1926-cı ildə onun vəfatının ardından anasıyla birlikdə Monte-Karloya köçdü. 1939-cu ildə ilk əri İsmayıl Haqqı Oktayın siyasi nüfuzundan istifadə edərək qızı Hümeyra xanımla, Naciyə Sultanın övladları Mahpeykər xanım, Türkan xanım və Sultanzadə Əli bəyə Türkiyə vətəndaşlığı verildi. Oktay soyadı alan qızı Hümeyra xanımı Türkiyəyə göndərən Ülviyə Sultan bir müddət sonra İsgəndəriyyəyə köçdü və anası Əminə Nazikəda xanım 1941-ci ildə burada vəfat etdi.
1952-ci ildə çıxan və Osmanlı sülaləsinin yalnız xanım üzvlərinə aid edilən əfv qanunuyla Türkiyəyə qayıdan Ülviyə Sultan və əri Soyadı qanunuyla Gərmiyanoğlu soyadını aldılar və İzmirdəki qızının yanında məskunlaşdı. 25 yanvar 1967-ci ildə vəfat edən Ülviyə Sultanın cənazəsi İstanbula gətirilərək Aşiyan məzarlığına dəfn olundu.
Övladı
redaktəMənbə
redaktə- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
- Bardakçı, Murat (2017). Neslishah: The Last Ottoman Princess. Oxford University Press. pp. 99–100. ISBN 978-9-774-16837-6
- Açba, Leyla (2004). Bir Çerkes prensesinin harem hatıraları. L & M. pp. 66, 77. ISBN 978-9-756-49131-7
- Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. Ankara: Ötüken. ISBN 978-9-754-37840-5
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6