Fayton - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Fayton — minik məqsədilə hazırlanmış cütatlı qədim nəqliyyat vasitəsidir.
XIX əsrdə fayton müasir minik avtomobillərini əvəz edirdi. Rahat nəqliyyat növü olduğu üçün Azərbaycanda ondan son zamanlara qədər istifadə olunmuşdur. Şəhər nəqliyyatı hesab olunan fayton bir çox rütbəli adamlar tərəfindən kənd yerlərində işədilmişdir.
XIX əsrin axırlarında Bakıdan müxtəlif istiqamətlərə işləyən 418 fayton qeyd alınmışdı. Qatarların gəldiyi vaxt Bakı dəmir yolunun vağzalının qarşısındakı meydanda sərnişinləri daşımaq üçün faytonlar növbəyə dururdu. Bu dövrdə faytonlarda gediş haqqını göstərən xüsusi qiymət cədəvəli də olurdu. Dəmir lövhə üzərinə yazılmış cədvəl faytonun açıq görünən tərəfində bərkidilirdi.
Hər bir fatonda faytonçudan başqa 3-4 adam otura bilirdi. Faytonun xarici görkəmini gözə çarpdırmaq üçün fayton sahibləri çalıdşırdılar ki, qoşqu üçün xüsusi seçilmişdi. Atların hər ikisi eyni böyüklükdə və eyni rəngdə olsun.
Faytonun hissələri
redaktəFayton yeddi əsas hissədən - dal və qabaq olmaqla ox və təkərlər, dörd ədəd yay, çanaq (faytonun evi), iki ədəd qanaq, çətir və dişlərdən ibarət idi. Fayton çanağının içərisində iki yumşaq oturacaq düzəldilirdi. Qabaq təkəri üstündə- çaxçağın uc hissəsində olan üçüncü oturacaq faytonuçu üçün idi. Faytonçunun ayağını qoyudğu taxtaya şaquli istiqamətdə bərkidilmiş fayton hissəsi “iş-tox” adlanırd. Nazik dəmir lövhədən, yaxud taxtadan hazırlanmış “iş-tox”un əsas vəzifəsi hərəkət vaxtı atların ayaqlarından qalxan tozun qarşısını almaqla faytonçunun rahatlığın təmin etmək idi. Çanağın yanlarına bərkidilmiş. Qanad adlanan hissələr təkərlərin üstünü örtməklə qalxan tozun qarşısını alır, həm də dal və qabaq təkərləri arasından aşağıya tərəf qövs şəklində əyilərək faytona çıxmaq üçün ayaqlıq təşkil edirdi.
Çanağın arxa hissəsinə bərkidilmiş “çətir” adlanan hissə yağışdan, gündən və küləkdən qorunmaq məqsədilə fayton üstünü örtürdü. Yayların köməyilə çətir istənilən vaxt açılıb-yığıla bilirdi. Gecə vaxt yolu işqılandırmaq məqsədilə faytonuçunun əyləşdiyi oturcağın yanlarına neftlə işləyən və ya şamla işıqlandırılan iki ədəd fənər də bərkidilirdi.