Federal Ehtiyat Sistemi - Wikipedia
Federal Ehtiyat Sistemi (FES) (daha çox FED olaraq da adlandırılır) — 1913-cü il dekabrın 23-də Federal Ehtiyat haqqında qanuna əsasən məxsusi olaraq yaradılan və ABŞ-nin Mərkəzi Bankı səlahiyyətində olan maliyyə strukturu.[2] FES-in kapital formasının şəxsi olmasına baxmayaraq (aksiyaları xüsusi statusa malikdir) onun idarə olunmasında dövlət xüsusi rol oynayır. Mərkəzi bank funksiyasını icra edən müstəqil maliyyəiqtisad institutu.
Federal Ehtiyat Sistemi (ing. Federal Reserve System) | |
---|---|
Federal Ehtiyat Sisteminin möhürü Federal Ehtiyat Sisteminin bayrağı | |
Yerləşməsi | |
Ölkə | |
Ümumi məlumatlar | |
Yaranma tarixi | 23 dekabr 1913 ) |
Sədr | Cerom Pauel |
Baza depozit norması | 1.80%[1] |
Digər məlumatlar | |
Saytı | federalreserve.gov |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktə23 dekabr 1913 ildə "Federal ehtiyatlar haqqında" (Federal Reserve Act) qanuna əsasən yaradılmışdır. Federal Ehtiyat Sistemi ABŞ dollarının rəsmi emissiyasını həyata keçirə bilir; milli pul siyasətini (iqtisadi artımı əks etdirən pul və kredit aqreqatlarının uzunmüddətli artımını qoruyub saxlamaq və maksimum məşğulluğ, qiymət stabilliyinə nail olmaq və uzunmüddətli orta faiz dərəcələrini saxlama məqsədilə) müəyyən edir; özəl kommersiya bank institutlarının fəaliyyətinin nəzarət və tənzimlənməsini həyata keçirir; depozit institutlarına, ABŞ hökumətinə maliyyə xidmətləri göstərir.
Federal Ehtiyat Sisteminin strukturu (1935 ildən): federal hökumət agentliyi – Direktorlar şurası (7 üzvünü ABŞ prezidenti seçir, senat təsdiq edir); 12 regional federal ehtiyat bankı (Atlanta, Boston, Dallas, Kanzas-Siti, Klivlend, Minneapolis, Nyu-York, Riçmond, San-Fransisko, Sent-Luis, Filadelfiya, Çikaqo). FES
FES-in strukturu
redaktə- on iki regional federal rezerv bankı — ABŞ xəzinədarlığının fiskal nümayəndələri
- verdikləri rezerv kapitala görə Federal Ehtiyat Banklarının aksiyalarından gəlir götürən çoxsaylı özəl banklar
FES-in idarəetmə sistemi :
- ABŞ Prezidenti tərəfindən təsdiq edilən və 7 nəfərdən ibarət İdarəetmə Şurası. Hər bir üzv 14 illiyə təyin edilir. ABŞ Prezidentinin Qanuna əsasən İdarəetmə Şurası sədrini vaxtından əvvəl vəzifədən azad etmək hüququ vardır (indiyə qədər bu maddədən istifadə edilməyib).
- Açıq bazar üzrə federal komitə
- müxtəlif məsləhət şuraları
fevral 2018-ci ildən FES İdarəetmə Şurasının sədri Cerom Pauel dir.
FES-in hüququ statusu
redaktəFES-in hüququ statusunu FES haqqında qanun müəyyən edir. Qanuna görə FES xüsusi maliyyə təsisasıdır, həm müstəqil hüquqi şəxsdir, həm də ictimai xarakterli dövlət nümayəndəsidir.
Ali rəhbərlik
redaktəŞuranın hal-hazırda üzvləri aşağıdakılardır:
- Cerom Pauel — sədr;
- Lael Braynard — sədr müavini;
- Maykl Barr — Audit üzrə sədr müavini;
- Mişel Bowman;
- Kristofer Uoller;
- Filip Ceferson;
- Lisa Kuk
FES -in mərkəzi idarəsi Vaşinqton şəhərində yerləşir.
İstinadlar
redaktə- ↑ "Interest on Required Reserve Balances and Excess Balances". Federal Reserve System. October 17, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 31, 2019.
- ↑ Patrick, Sue C. Reform of the Federal Reserve System in the Early 1930s: The Politics of Money and Banking. Garland. 1993. ISBN 978-0-8153-0970-3.
Xarici keçidlər
redaktə ABŞ haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |