Feodalizm - Wikipedia
Feodalizm və ya Dərəbəylik (lat. feudum) – torpaq mülkiyyəti.
Feodalizmin mahiyyəti
redaktə18-ci əsrin əvvəllərindən başlayaraq tarixşünaslıq elmi "feodalizm" terminindən geniş istifadə etsə də, bu anlayışı vahid elmi tərifini verə bilməmişdi. Tarixçilər daha çox onun ikinci dərəcəli, başlıca olaraq, siyasi və hüquqi əlamətlərinə görə tərif verirdilər. Bir qrup tarixçi siyasi pərakəndəliyi, dərəbəyliyi, başqaları feodal nərdivanı, üçüncü qrup isə siyasi hakimiyyətin torpaq sahibliyi ilə birləşməsini, bəziləri isə şəxsi əlqələrin hökmranlığını və sairəni onun başlıca əlaməti hesab edirdi.
Ş. Monteskyö feodalizmin əsas şərti kimi şərti torpaq mülkiyyətini, feodlar sistemini və onun əsasında artan hərbi-len iyerarxiyasını hesab edirdi.[1] Lakin çağdaş tarix elmi həm də feodalizmin mahiyətini, ikinci dərəcəli, subyektiv, təsadüfi əlamətlərdə deyil, onun obyektiv, mahiyətinə xas olan, və təkrar olunaraq, sistemli səciyə daşıyan əlamətlərinə görə fərləndirirdi. Məhz istehsal münasibətləri bütövlükdə feodalizm ictimai formasiyası üçün xas olan siyasi və ictimai xüsusiyyətləri müəyyən edir. Feodalizm quruluşunu bir tərəfdən quldarlıq, digər tərəfdən isə kapitalizmdən fərqləndirən başqa mühüm xüsusiyyət iri torpaq mülkiyətinin bilavasitə istehsalçıların - kəndililərin xırda fərdi təsərrüfatları ilə əlaqədar olması idi.
Feodallar öz torpaqlarının çox hissəsini istifadə üçün kəndlilərə paylayırdılar. Kəndlilər feodalizm cəmiyətində çox nadir hallarda becərdikləri torpaqların mülkiyətçisi olurdular. Onlar torpaqları bu və ya digər şərtlə istifadə edirdilər. Kəndlilər bu torpaqlardan bəzən irsən istifadə etmək hüququna malik idilər. Həmin torpaqlarda kəndlilər öz xırda təsərrüfatlarını müstəqil idarə edirdilər.Sinifli cəmiyətlərdə istehsalçıların iqtisadi maraqlandırılması hesabına istismar olunması üsulu ilk dəfə feodalizm ictimai-iqtisadi formasiyasında geniş istifadə olunmağa başlayıb. Quldarlıqdan fərqli olaraq feodalizmdə istehsalçılar bilavasitə zorla istismar olunmurdular, dolayısı ilə, torpaqdan istifadənin müqabilində müəyyən qədər məhsuldan özlərinə saxlamaq şərti ilə həvəsləndirilirdilər. Bu sinifli cəmiyətdə istehsalçının istismarının təkamülü idi. Feodalizm həm də natural təsərrüfatın və mübadilənin üstünlük təşkil etdiyi formasiyadır. Şəhərlərin yaranması,pul və bazar münasibətlərinin məhz feodalizm dövründə inkişaf etməsi sonrakı kapitalist cəmiyəti üçün zəmin yaratdı.Sonraki kapitalizm quruluşunda istehsalçının həvəsləndirilməsi, bazar və pul münasibətlərinin inkişaf etməsi nəticəsində, natural deyil, pul ilə həyata keçirilməyə başladı, yəni onlar muzdlu oldu.
Hər cür istehsal vasitəsindən məhrum olan və əməyin nəticəsində marağı olmağan əntiq quldan fərqli olaraq, feodalizmdəki kəndli öz təsərrüfatının müstəqil sahibi kimi əməyin məhsuldarlığının artırılmasında maraqlı idi. Feodalizmə keçid zamanı qeyri-iqtisadi məcburiyyət formaları da asanlaşdı: Avropa ölkələrində kəndlilərin hələ erkən Orta Əsrlərdə geniş yayılmış ən ağır şəxsi asılılıq formaları da köləliyə nisbətən xeyli asan idi. Bu zaman kəndlilərin əsas kütləsi şəxsən azad idi. Bəzi xalqlar feodalizmə quldarlıqdan deyil, birbaşa ibtidai-icma quruluşundan keçirdilər.
Məhsuldar qüvvələrin daha da inkişafı zəminində baş verən bu keçid fərdi istehsalın genişlənməsini, icma quruluşunun onun üzərinə qoyduğu məhdudiyyətləri aradan qaldırılması və ya asanlaşdırılmasını tələb edirdi. Bu keçid dövründə əmək məhsuldarlığının son dərəcə aşağı olduğu şəraitdə kiçik təsərrüfatın (parsella təsərrüfatının) inkişafı labüd olaraq torpaq üzərində xüsusi mülkiyyətin yaranmasına, içtimai əmək bölgüsü isə sinifləri və istismarı meydana gətirsə də, hər halda feodalizm quruluşu ibtidai-icma cəmiyyətinə nisbətən fərdi istehsalın möhkəmlənməsi və xırda kəndli təsərrüfatının məhsuldarlığın artması üçün imkanlar açırdı. Məhz buna görə də, kəndlilərin qəddarcasına istismar olunmasına və istehsalın xırda səciyyə daşıması səbəbi ilə texnikanın aşağı səviyyədə olmasına baxmayaraq, feodalizm cəmiyyətində məhsuldar qüvvələr inkişaf edirdi. Kənd təsərrüfatında mütərəqqi inkişaf sahəsi ilk növbədə kəndli təsərrüfatları idi. Kəndlilər burada biyara nisbətən daha intensiv və məhsuldar işləyirdilər.
Artıq Orta Əsrlərdə biyar sistemi çərçivəsində kənd təsərrüfatında əmək məhsuldarlığının artması sənətkarlığın əkinçilikdən ayrılması və əmtəə təsərrüfatının inkişafı üşün zəmin yaratdı. Bu zəmin üzərində Orta Əsrlərin ikinci mərhələsində sənətkarlıq və ticarət mərkəzləri olan şəhərlər inkişaf etdilər. Bu şəhərlər feodalizm cəmiyyətində məhsuldar qüvvələrin inkişafını sürətləndirdi.[2]