Festival - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Festival (fr. festival, lat. festivus — bayram əfval-ruhiyyəli) — kütləvi bayram, musiqi, teatr, estrada, sirk yaxud kino sənətinə aid nailiyyətlərin nümayişi. Amerikada xalq kücə yarmarkaları da festival adı ilə tanınırlar.
Onlar həm iri bağlı məkanlarda, həm də müasir formatda, açıq havada — tarla, meydan, park, qəsr və digər görməli yerlərin tarixi interyerlərində keçirilir. Böyük Britaniyada peyda olan ilk festivallar musiqili olublar. XX-ci əsrdən başlayaraq beynəlxalq festivallar populyarlıq qazanır. Gənclər və tələbələr festivallarının bəziləri "Sülh və dostluq naminə" və "Həmrəylik, sülh və dostluq naminə" şüarları altında təşkil olunur. SSRİ-də ilk musiqili festivallar 1930-u illərdə keçirilib.
Festival növləri:
Kino festivalı, Teatr festivalı, Ədəbiyyat festivalı, Musiqi festivalı, Muğam festivalı, Rok festivalı, Caz festivalı, Rəqs festivalı, Elm festivalı, Kitab festivalı, Kulinariya festivalı, Uşaq festivalı, mədəniyyət festivalı və s.
-
Beynəlxalq muğam festivalı
-
Holi-Festival-Stuttgart