Fikret Mualla - Wikipedia
Fikrət Mualla Sayqı (türk. Fikret Muallâ Saygı; 1903, Kadıköy, İstanbul ili – 20 iyul 1967[1], Reyan) — XX əsrin Türkyə avanqard rəssamı. Paris küçə həyatına fokuslaşan ekspressionizm və fovizm onun işlərinə çox təsir etmişdir.
Fikrət Mualla | |
---|---|
türk. Fikret Muallâ Saygı | |
Doğum tarixi | 1903 |
Doğum yeri | |
Vəfat tarixi | 20 iyul 1967[1] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Gənc yaşları
redaktəFikrət Mualla İstanbulun Kadiköy ilçəsində anadan olsa da, 1939-cu ildən başlayaraq uzun müddət Parisdə yaşayıb sənətçi kimi fəaliyyət göstərirdi.
Fikrət Mualla anasını çox sevirdi. Bu münasibətlər onun sonrakı həyatında mühüm rol oynadı.12 yaşında dayısı olan Fənərbaxça futbolçusu Hikmət Topuzerdən ibrət götürüb, futbol oynayarkən sağ ayağını zədələdi. Bir qədər sonra anası qrip epidemiyası zamanı öldü. Atası çox gənc bir qadınla evləndi, lakin Fikrət ögey anasını qəbul etmədi.[2]
Avropa həyatı
redaktəMəktəbi bitirdikdən sonra atası onu mühəndislik təhsili almaq üçün Sürixə (İsveçrə) göndərdi. Fikrət Mualla tezliklə İsveçrəni tərk edərək Berlinə (Almaniya) köçdü. Uşaq vaxtı aldığı fiziki zədə Muallanın yetkin həyatında şəxsiyyətinin qeyri-sabitliyi və psixi pozğunluğa səbəb oldu. Bir neçə dəfə xəstəxanaya yerləşdirilmişdir, alkoqol asılılığı və ifrat paranoyadan müalicə alırdı. 1928-ci ildə, sayıqlama səbəbiylə Berlində xəstəxanaya yerləşdirildi. Daha sonra incəsənət paytaxtı və onun üçün məhdudiyyətsiz azadlıq mərkəzi olan Parisə yollandı. Ancaq Mualla atasından daha pul almadığı üçün evə qayıtmağa məcbur oldu.[2]
Türkiyəyə qayıdışı
redaktəMualla İstanbulun Bakırköy Ruh Xəstəxanasında üç günlük qaldıqdan sonra ruhi sağlam elan olundu. Fikrət Mualla Ayvalık məktəblərinin birində rəsm müəllimi kimi işə düzəldi. Ancaq bu vəzifədə çox qalmadı və İstanbulun Bəyoğlu ilçəsinə köçdü. Bir müddət ədəbiyyat və rəsm sahəsində məşğul olurdu. Sopranoçu Semiha Berksoy, yazıçı Nazım Hikmət və rəssam Abidin Dino ilə dostlaşmışdır. Onun ilk sərgisi 1934-cü ildə təşkil edildi, burada rəsmlər, akvarellər və dizayn layihələri təqdim olunsa da, lazımi diqqət ala bilmədi. 1936-cı ildə bir il ərzində ikinci dəfə xəstəxanaya yerləşdirildi. Buraxıldıqdan sonra Mualla vətənində əsərlərinin anlayış qazanmadığını hiss edərək, Türkiyəni tərk etmək qərarına gəldi. 1939-cu ildə Parisə getməzdən əvvəl, yaxın dostu Abidin Dinonun xahişi ilə Nyu Yorkda Dünya Sərgisinin Türkiyə pavilyonu üçün 30-a yaxın yağlı boya rəsm əsərlərini çəkmişdir.[3]
Fransada həyatı və işi
redaktəParisdəki həyatı alkoqol asılılığı, dəlilik və koqnitiv dissonans müşayiət olundu. O, Hale Asafa aşiq olsa da, ondan qarışıqlıq almadı. Mualla iki ayılıq təkrar xəstəxanaya yerləşdirildi, ancaq bu müddət ərzində rəsm çəkməyi dayandırmadı. Fransız model Dina Verni onu deportasiyadan xilas etdi. 1954-cü ildə Fikrət Mualla Parisdə ilk sərgisini açdı. Pablo Pikasso da daxil olmaqla bir çox məşhur sənətçi ilə dostlaşdı. Növbəti illərdə o, Pikassonun avtoqrafı olan şəkli bir şüşə şəraba satacaq. İkinci sərgisindən sonra yenidən xəstəxanaya yerləşdirildi.
Mualla sərxoş və dəli kimi tanınsa da, sənətkar kimi hörmət qazanmışdır. Kolleksiyaçı madam Anqle onu himayəsi altına götürdü və Mualla əsərlərini çəkib satmaqla pul qazanmağa imkan qazandı. Lakin 1962-ci ildə talesiz rəssam iflic oldu. Sirroz səbəbiylə Fransanın cənub-şərqindəki Reyan kəndinə köçdü. 1967-ci ilin may ayından sinir pozulmasının kəskinləşməsi səbəbiylə xəstəxanaya qəbul edildi. İyulun 20-də səhər saatlarında Fikrət Mualla yatağında ölü tapıldı. Onun vəsiyyətinə görə, qalıqları Türkiyəyə göndərildi və İstanbulun Qaracaəhməd qəbiristanlığında dəfn edildi.[2]
Fikrət Mualla Abidin Dino ilə yanaşı, 20-ci əsr türk incəsənətinin ən parlaq nümayəndələrindən biri hesab olunur.
İstinadlar
redaktə- ↑ 1 2 Fikret Mualla // Mualla, Fikret (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2017. doi:10.1093/GAO/9781884446054.ARTICLE.T060122
- ↑ 1 2 3 "Fikret Mualla (1903—1967)". 2018-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-13.
- ↑ "Fikret Muallâ". 2016-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.
Xarici keçidlər
redaktə- Fikret Muallâ Saygı biyografi.info saytında
- Fikrət Mualla Saygı Kayzen saytında