Fitch Ratings - Wikipedia
Fitch Ratings — reytinq agentliyi kimi tanınan beynəlxalq korporasiya[2].
Fitch Ratings | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Maliyyə xidmətləri |
Məhsulu | kredir qabiliyyətinin qiymətləndirilməsinə görə analitik tədqiqatlar |
Təsis tarixi | 1913 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | $732.5 milyon (2011) [1] |
Struktur | |
İşçi sayı |
|
Fitch Ratings | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsas fəaliyyəti dünya kredit bazarlarına kredit qabiliyyətinin qiymətləndirilməsinə görə analitik tədqiqatların nəticələrini və məlumatları hazırlamaqdır.
Fitch
redaktəFitch qrupunun tərkibinə aşağıdakılar daxildir:
- Fitch Ratings
- Fitch Solutions — Fitch Ratings məhsullarını və xidmətlərini yayan xidmət
- Algorithmics — şirkətlərin risklərinin idarə edilməsi qərarının verilməsi sahəsində dünya lideri
- FitchTraining - kredit qabiliyyəti və korporativ maliyyələşmə üzrə treninqlərdə ixtisaslaşıb[3].
Mülkiyyətçilər və rəhbərlik
redaktəFitch qrupunun səhmlərinin majoritar zərfi Fimalac S.A. şirkətinə məxsusdur (qərargahı Parisdədir)[2].
Tarixi
redaktəFitch Ratings Nyu-Yorkda Con Noulz Fitç tərəfindən 24 dekabr 1913-cü ildə Fitch Publishing Company nəşriyyatı kimi yaradılıb.
1924-cü ildə Fitch «AAA»-dan «D»-ya qədər reytinq şkalası dövriyyəyə buraxdı.
1997-ci ildə Fitch ilə IBCA Limited şirkətinin (qərargahı Londondadır) birləşməsi baş verdi və Fitch sahibi Fimalac S.A. holdinq şirkəti oldu.
2000-ci ilin aprelində Fitch qərargahı Çikaqoda olan Duff & Phelps Credit Rating Co-nı aldı. Fitch həmin il Thomson BankWatch şirkətini aldı.
2006-cı ilin oktyabrında Fitch Ratings brinci ixtisaslaşmış Derivative Fitch reytinq şirkətini təsis etdi. Şirkət kredit derivativləri bazarında reytinqlərin verilməsi, analitik tədqiqatların keçirlməsi və bu bazarın ehtiyaclarını ödəmək üçün reytinqlərin verilməsi ilə məşğupl olur.
Kredit reytinqləri şkalası
redaktə- AAA — kredit qabiliyyətinin ən yüksək səviyyəsi
- AA — kredit qabiliyyətinin çox yüksək səviyyəsi
- A — kredit qabiliyyətinin yüksək səviyyəsi
- BBB — kredit qabiliyyətinin kifayət qədər səviyyəsi
- BB — kredit qabiliyyətinin kifayət etməyəcək səviyyəsi
- B — kredit qabiliyyətinin çox kifayət etməyəcək səviyyəsi
- CCC — defolt mümkün olan səviyyə
- CC — defoltun mükünlüyünün yüksək səviyyəsi
- C — defolt qaçılmazdır
- D — defolt
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Group, Fitch. "2011 Fiscal". FIMALAC. 27 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2012.
- ↑ 1 2 "Fitch Ratings". 2010-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-21.
- ↑ "Fitch Ratings". 2013-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-21.