Fizikalizm - Wikipedia
Fizikalizm — Fəlsəfədə, fizikalizm və ya fizikaliyə çevirmək, var olan hər şeyin maddi olduğunu, fiziksel olanın üzərində bir şey olmadığını və yaxud hər şeyin fiziki olanlardan meydana gəldiyini müdafiə edən metafizik tezisdir.
Fizikalizmin tərəfdarları hər hansı bir elmin istənilən müddəasının həqiqiliyini fizika dilinə çevirmək imkanından asılı vəziyyətdə götürürlər. Üzərində belə əməliyyat aparıla bilməyən təkliflər elmi mənası olmayan təkliflər kimi qiymətləndirilir.
Fizikalizm: İnsanın mahiyyətinə ifrat materialist yanaşma olub, şüurun müstəqil substansiya olduğunu inkar edir. Şüur materiyanın törəməsidir və yalnız fizika və digər təbiət elmlərinin köməyi ilə izah edilə bilər.
İdrak probleminə fizikalist yanaşma çoxsaylı təbii-elmi biliklərə əsaslanır, onlardan bəziləri aşağıdakılardır:
- İnsanın baş beyni gerçəkdən təbiətin mürəkkəb “mexanizmi”, materiyanın ali təşkil səviyyəsidir;
- Konkret insan şüuru beynsiz mövcud ola bilməz, insan beyni isə bioloji orqanizmdir;
- Bəşəriyyət süni intellekt yaratmaq imkanı qazanır, onun da daşıyıcısı maşın (kompüter) – maddi obyektdir;
- İnsan orqnizminə medikamentoz təsirlər insan şüurunda əks edir (məsələn, psixotrop maddələrin qəbulu);
Fizikalizm geniş yayılmışdır və onun bir neçə istiqaməti (nepozitivizm çərçivəsində) mövcuddur:
- “Eyniyyət nəzəriyyəsi” (D.Armstronq, C.Smart) – ruhi prosesləri digər cismani proseslərlə eyniləşdirir – qan dövranı, tənəffüs, beyin prosesləri;
- “Eliminasiya” nəzəriyyəsi (F.Feyerbend) – “ruh”, “mənəvi” anlayışlarının köhnəlmiş və qeyri-elmi olduğunu isbat etməyə çalışır;