Fuad Aslanov - Wikipedia
Fuad Alxan oğlu Aslanov (28 iyun 1976; Sumqayıt, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən boksçu və referi. 1995-2004-cü illərdə Azərbaycan yığmasının heyətində çıxış edib.
Fuad Aslanov | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Fuad Alxan oğlu Aslanov | ||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR | ||||||||||
Boyu | 175 sm. (5 ft 6 in) | ||||||||||
İdman növü | Boks | ||||||||||
Karyera illəri | 1995—2004 | ||||||||||
Medallar
|
Fuad Aslanov 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub.
Fuad Aslanov Azərbaycan idmanında xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.[1]
Həyatı
redaktəFuad Aslanov 1976-cı il iyunun 28-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb.
Karyerası
redaktə1995-1996-cı illər: Dünya və Avropa Çempionatlarında uğursuzluqlar
redaktəFuad Aslanovun birinci beynəlxalq turniri 1995-ci ilin 6-14 mayında Almaniyanın Berlin şəhərində baş tutan Dünya Çempionatı oldu.[2] Fuad Aslanovun turnirin 1/16 final mərhələsində rəqibi Çexiya nümayəndəsi Qabriel Hencz oldu.[2] Həmin görüşdə 18 yaşlı Fuad Aslanov rəqibinə 2:12 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu.[2]
Fuad Aslanovun növbəti turniri 1996-cı ilin 30 mart-6 aprelində Danimarkanın Vejle şəhərində baş tutan Avropa Çempionatı oldu.[3] Bu turnirdə də Fuad Aslanov uğursuzluqla üzləşdi.[3] Fuad Aslanov turnirin 1/16 final mərhələsində İtaliya nümayəndəsi Sercio Spataforaya 4:5 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu.[3]
2004-cü il: Afina Olimpiadasında bürünc
redaktəUzun müddət beynəlxalq turnirlərdə, Dünya və Avropa Çempionatlarında mübarizə aparmayan Fuad Aslanov 2004-cü ilin 18-28 fevralında Xorvatiyanın Pula şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[4] Turnirin 1/8 final mərhələsində Fuad Aslanovun rəqibi İrlandiya nümayəndəsi Paul Hiland oldu.[4] Həmin görüşdə Fuad Aslanov rəqibi üzərində 28:18 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[4] Bu mərhələdə isə onun rəqibi Polşa nümayəndəsi Andrey Rzani oldu.[4] Həmin görüşdə Fuad Aslanov rəqibinə 18:38 hesabı ilə məğlub oldu və Avropa Çempionatını beşinci pillədə başa vurdu.[4]
2004-cü ilin əsas turniri avqustda baş tutacaq Olimpiya Oyunları idi. Afina Olimpiadasına lisenziya 2. AIBA Avropa Olimpiya Təsnifat Turnirinin finalçılarına verildi. 20-25 apreldə İsveçin Göteborq şəhərində baş tutan turnirdə Fuad Aslanov da mübarizə apardı. Nəticədə finala gedən yolda bütün rəqiblərinə qalib gələn Fuad Aslanov olimpiya lisenziyasının sahibi oldu. Formal final görüşündə isə o, Moldova nümayəndəsi İqor Samoilencoya məğlub oldu və turniri gümüş medalla başa vurdu.
XXVIII Yay Olimpiya Oyunları 12-30 avqustda Yunanıstanın Afina şəhərində baş tutdu.[5] Olimpiadalarda debüt edən 28 yaşlı Fuad Aslanovun təsnifat mərhələsində rəqibi Madaqaskar nümayəndəsi George Raxotoarimbelo oldu.[5] Avqustun 17-də baş tutan həmin görüşdə Fuad Aslanov rəqibi üzərində təmiz qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[5] Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi Nixoloz İzoriya oldu.[5] Nixoloz İzoriya fevralda baş tutan Avropa Çempionatının finalçısı idi.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Fuad Aslanov rəqibinə 28:22 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[5] Bu mərhələdə isə onun rəqibi Polşa nümayəndəsi Andrey Rzani oldu.[5] Fuad Aslanov Andrey Rzani ilə fevralda baş tutan Avropa Çempionatında üz-üzə gəlmişdi və rəqibinə məğlub oldu.[4] Avqustun 25-də baş tutan görüş gərgin idman mübarizəsi şəraitində baş tutdu.[5] Nəticədə Fuad Aslanov rəqibi üzərində 25:24 hesabı ilə qələbə qazandı və olimpiadanın yarım-final mərhələsinə adladı.[5] Finala gedən yolda onun rəqibi Fransa nümayəndəsi Cerome Tomas oldu.[5] Cerome Tomas 2001-ci il Dünya Çempionatının qalibi, 2000-ci il Sidney Olimpiadasının isə bürünc medalına sahib olan təcrübəli idmançı idi. Bununla belə Fuad Aslanov təcrübəli rəqibi ilə başa-baş mübarizə apardı, amma nəticədə rəqibinə 18:22 hesabı ilə məğlub oldu.[5] Bu minvalla da Fuad Aslanov Afina Olimpiadasının bürünc medalına sahib oldu.[5]
Azərbaycan Prezidenti İlham Əliyevin 4 sentyabr 2004-cü il tarixli 380 nömrəli Fərmanına əsasən XXVIII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Fuad Alxan oğlu Aslanov "Tərəqqi" medalı ilə təltif edildi.[1]
İdman sonra
redaktəFuad Aslanov 2006-cı ildən referi olaraq fəaliyyət göstərir. AIBA-nın beynəlxalq dərəcəli referisidir.
Nəticələri
redaktəDünya Çempionatı | Almaniya | |||
Avropa Çempionatı | Danimarka | |||
Avropa Çempionatı | Xorvatiya | |||
Avropa Olimpiya Təsnifat Turniri | İsveç | |||
Olimpiya Oyunları | Yunanıstan |
Dövlət təltifləri
redaktə- "Tərəqqi" medalı — Azərbaycan Prezidenti İlham Əliyevin 4 sentyabr 2004-cü il tarixli 380 nömrəli Fərmanına əsasən XXVIII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Fuad Alxan oğlu Aslanov "Tərəqqi" medalı ilə təltif edildi.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan idmançılarının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 4 sentyabr 2004-cü il tarixli 380 nömrəli Sərəncamı". www.e-qanun.az (az.). 22.08.2022. 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 Amateur-boxing.strefa.pl idman portalı. "1995 World Boxing Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 Amateur-boxing.strefa.pl idman portalı. "1996 European Boxing Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 4 5 6 7 Amateur-boxing.strefa.pl idman portalı. "2004 European Boxing Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Amateur-boxing.strefa.pl idman portalı. "2004 Summer Olympic Games — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.