Gulustan Goranboy - Wikipedia
Gülüstan — Azərbaycan Respublikasının Goranboy rayonunun Gülüstan kənd inzibati ərazi dairəsində kənd.[1]
Kənd | |
Gülüstan | |
---|---|
40°21′30″ şm. e. 46°34′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Goranboy rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Milli tərkibi | Azərbaycanlı |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Poçt indeksi | AZ5900 |
Nəqliyyat kodu | 22 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1813-cü il Gülüstan müqaviləsi burada imzalanıb.
Birinci Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçiriblər. Lakin 1992-ci ilin iyun ayında hücuma keçən Azərbaycan Silahlı Qüvvələri kəndi erməni işğalından azad edib.[2] Lakin kəndin Azərbaycanın nəzarətində olduğu dövrlərdə erməni ordusu bura bir neçə dəfə həmlə edərək mülki əhalini və hərbçiləri öldürməyə cəhd etmişdir. 19 sentyabr 1992-ci ildə erməni birləşmələrinin Gülüstan kəndinə silahlı basqın nəticəsində 22 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.[3]
Qarabağ müharibəsindən sonra neytral ərazidə qalan Gülüstan kəndi xarabalıqlar içindədir və orada əhali yaşamır.[4] 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan ordusu Gülüstan kəndi istiqamətində bəzi yolları işğaldan azad edərək cəbhə xəttində irəliləyib.[5]
Toponimikası
redaktəGülüstan kəndi Murovdağ silsiləsinin yamacındadır. Kənd İncəçayın sahilindəki qədim Gülüstan qalasının adı ilə adlanmışdır.[6]
Mədəniyyəti
redaktəKəndin ərazisində 12-ci əsrdə tikilmiş Gülüstan qalası yerləşir. Qala tam şəkildə dövrümüzə çatmasa da müəyyən bürcləri qorunmuşdur. Tarixi Gülüstan müqaviləsi bu qalada imzalanmışdır.
Coğrafiyası və iqlimi
redaktəİqlimi yarım səhra, quru və isti, qışı mülayim keçir.
Əhalisi
redaktə1 yanvar 1933-cü il tarixində Gülüstan qəsəbəsində 165 təsərrüfatda 981 nəfər yaşayırdı, onların 99,3%-i (975 nəfər) ermənilər idi.[7]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Goranboydan gəlirəm..." 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
- ↑ Mülki şəxslərə və hərbçilərə qarşı törədilmiş terror aktları[ölü keçid]
- ↑ "Məşhur Gülüstan kəndi bu gün - FOTO". 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-12.
- ↑ Yunus, Büllurə. "Ordumuzun zəfəri: 5 il öncə nələr baş vermişdi?". Axar.Az (az.). 2 aprel 2021. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2022.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan SSR İnzibati bölgüsü. Bakı: Azərbaycan Xalq Təsərrüfatı uçotu İdarəsi. 1933. 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
Xarici keçidlər
redaktə- Məşhur Gülüstan kəndi bu gün - FOTO
- 1992. Goranboy. Gülüstan kəndi. Təslim olan erməni əsgəri öz döyüşçü yoldaşlarını satır
- Ermənilər məşhur Gülüstan kəndi istiqamətindən VİDEO yaydılar
- Goranboy rayonu. Gülüstan kəndi (2007)
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |