Gurcustan Imeretiya Quberniyasi - Wikipedia
Gurcustan Imeretiya Quberniyasi - Wikipedia - Haqqında Məlumat
Gürcüstan – İmeretiya quberniyası — Rusiya imperiyasının tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. İnzibati mərkəzi Tiflis şəhəri idi. 10 aprel 1840-cı ildə təşkil edilmiş, 14 dekbar 1846-cı ildə ləğv edilmişdir.
Gürcüstan – İmeretiya quberniyası | |||||
---|---|---|---|---|---|
Ölkə | Rusiya İmperiyası | ||||
İnzibati mərkəz | Tiflis | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1840 | ||||
Ləğv edilib | 1846 | ||||
Əhalisi | |||||
Əhalisi | 979 021 nəfər (1843) | ||||
Etnik tərkib |
Kartveldilli xalqlar, Ermənilər, Azərbaycanlılar, Yunanlar, Axısqa türkləri, Osetinlər, Almanlar, Ruslar və s. |
||||
Rəsmi dili |
Kartvel dilləri, Erməni dili, Azərbaycan dili, Osetin dili, Alman dili, Yunan dili və s. |
||||
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati-ərazi bölgüsü
redaktə1843-cü ilə olan məlumata əsasən quberniya inzibati cəhətdən 10 qəzaya (Tiflis, Telavi, Qori, Kutaisi, Quri, Axalsıx, Aleksandropol, Yelizavetpol, İrəvan və Naxçıvan) və 4 dairəyə (Balakən, Tuş-Pşav-Xevsur, Dağ və Osetin) bölünürdü.