Gelir Vergisi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Fiziki şəxslərin gəlir vergisi müəyyən şəxsin ümumi gəlirindən götürülür. Əsasən vergi ödəyən gəliri əldə etdikcə bu öhdəliyi yerinə yetirir. Vergi ilindən sonra isə kiçik dəyişikliklər baş verə bilər. Bu dəyişikliklər dövlətə ya verginin ödəyiciyinə köçürmələr, kim ki kifayət qədər pul ödəməyib; ya da artıq pulun verginin ödəyiciyinə qaytarılması ola bilər. Vergi sistemlər tez-tez vergi qoyula bilən ümumi gəliri azaltdıran güzəştlərə malikdilər. Bu bir gəlir mənbəsində itkiləri digər gəlir mənbəsində vergi güzəştlər ilə əvəz edə bilər. Misal üçün fond birjasında itkilər maaşlar üzrə vergilərin azaldılması ilə əvəz oluna bilər.
Azərbaycanda gəlir vergisi
redaktəRezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir.
Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir — əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Aylıq gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:
Vergi tutulan aylıq gəlirin məbləği | Verginin məbləği |
---|---|
2500 manatadək | 14 faiz |
2500 manatdan çox olduqda | 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi |
Vergi muzdlu işə aid olmayan qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə dэ qoyulur, o cümlədən aşağıdakılara:
- faiz gəliri;
- dividend;
- əmlakın icarəyə verilməsindən gəlir;
- royalti;
- vergi ödəyicisinə bağışlanmış borcun məbləği;
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir;
- təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla;
- vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə) — əmək haqqından başqa;
- həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq.
Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:
Vergi tutulan illik gəlirin məbləği | Verginin məbləği |
---|---|
30000 manatadək | 14 faiz |
30000 manatdan çox olduqda | 4200 manat + 30000 manatdan çox olan məbləğin 25 faizi |
İstinadlar
redaktə"Azərbaycan Respublikasının Vergi Məcəlləsi" (PDF). 2012-cu il 21 dekabr tarixinə edilmiş əlavələr və dəyişikliklərlə.[ölü keçid]