Genceye Raket Hucumu - Wikipedia
Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları — 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması. Bombalanmalar 2020-ci il Qarabağ döyüşləri dövründə baş vermişdir.
Gəncənin bombalanması | |
---|---|
| |
Tarix |
|
Yeri | Gəncə, Azərbaycan |
Qurbanlar | |
Ölənlərin sayı | 27 |
Zədəlilər | 125 |
Vikianbarda əlaqəli mediafayllar |
İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi.[1][2] İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır.[3] Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir.[4] Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş vermişdir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər Şəhid olmuş, 55 nəfər isə yaralanmışdır. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir.
Ermənistanın mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da vardır.[5] Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hücumu "Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktı" adlandırıb.[6]
Ortada olan sübutlara baxmayaraq, Ermənistan tərəfi hücumların onun tərəfindən edilməsini inkar etmişdir.[7] Qondarma Dağlıq Qarabağ rəhbərliyi isə yalnız birinci hücumun məsuliyyətini öz üzərinə götürmüşdür.
Raket hücumları BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanmışdır.
Zəmin
redaktə9 oktyabr 2020-ci ildə Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı üçtərəfli danışıqlar başladı. Müzakirələrdə Sergey Lavrov, Ceyhun Bayramov və Zohrab Mnatsakanyan iştirak etdi. Görüş Rusiya Xarici İşlər Nazirliyinin "Qəbullar Evində" keçirildi. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıqların nəticələrinə əsasən, birgə bəyanatı elan olundu.
Bəyanatda deyilirdi: "Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın razılaşmasına əsasən, tərəflər aşağıdakı addımların atılması barədə razılığa gəldilər:[8]
1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər".
Atəşə tutulma
redaktəBu hadisədən sonra işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutdu. Saat 07:00-da Baş Prokurorluğun yaydığı açıqlamada qeyd olunub ki, düşmənin silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.[9] Açıqlamada Ermənistan silahlı qüvvələrinin "Toçka-U" raket sistemindən istifadə edərək Gəncədə insanların sıx yaşadığı məntəqəni atəşə tutduğu bildirilmişdir.[10]
Erməni tərəfinin iddialarına görə raket atəşləri yalnız hərbi obyektlərə qarşı yönəlmişdi. Ermənistan hərbi rəhbərliyi Gəncədə 10 hərbi obyektin olduğunu bildirmiş (bunlara Gəncə Beynəlxalq Hava Limanı, radiotexniki batalyon, helikopter bazası, hərbi əməliyyatların idarə olunması mərkəzi, motoatıcı briqada, DİN Xüsusi Təyinatlı briqadası, aviasiya təmiri zavodu, artilleriya sistemləri təmiri zavodu və avtomobil zavodu daxil idi) və raket hücumlarının məhz onları hədəfə aldığını bildirmişdi.[11] Ermənistan tərəfindən hərbi iddia olunan obyektlərin hansısa birinin raket hücumlarında ziyan görməsinə dair heç bir sübut yoxdur.[12]
Hücumlar
redaktə1-ci hücum
redaktəOktyabrın 4-də birinci dəfə OTR-21 TOÇKA ballistik raketindən Gəncə şəhəri birinci dəfə vuruldu.[1][2] Azərbaycan tərəfi hücuma görə məsuliyyəti Ermənistanın daşıdığını bildirsə də, Ermənistan tərəfi isə ittihamaları rədd elədi.[13] Hücuma görə məsuliyyəti rəsmi olaraq Dağlıq Qarabağın rəsmiləri üzərinə götürdülər. Onlar hədəfin mülki insanlar yox, şəhərdə olan hərbi təyinatlı binalar, habelə Gəncə Beynəlxalq Aeroportu olduğu bildirdilər.[14] Azərbaycan tərəfi isə Gəncədə ümumiyyətlə hərbi təyinatlı binaların olmadığını bildirdi.[15] Hadisə yerində olan rus jurnalist və hava limanının direktoru Kovid-19 pandemiyasına görə martdan bəri çalışmayan hava limanının vurulması xəbərini yalanladı.[16]
Hücum nəticəsində bir nəfər öldü, 30 nəfər isə yaralandı.[17]
2-ci hücum
redaktəOktyabrın 5-də Gəncəyə növbəti raket hücumu reallaşıb. Bu zaman Ermənistan ərazisindən atılan raket Gəncənin "Grand Qafqaz" Ticarət Kompleksinə düşüb. Nəticədə 3 mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.
3-cü hücum
redaktəOktyabrın 8-də Gəncəyə növbəti dəfə hücum oldu. Bu gecə saatlarında Gəncəyə endirilən ilk raket zərbəsi idi. Nəticədə ölən və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəydi.[18]
4-cü hücum
redaktə10 oktyabrda imzalanmış atəşkəsdən sonra, yerli vaxtla 02:00-da Azərbaycan Müdafiə Nazirliyi bildirdi ki, Ermənistanın Berd rayonunda[19] yerləşən Erməni Silahlı Qüvvələri Gəncəni[20] Skad ballistik raketlərindən[21] atəşə tutmuşdur. Raket insanlar yaşayan binaya tuş gəlmiş və onu tamamilə dağıtmışdır.[22][23] Qısa müddət sonra axtarış və xilasetmə komandaları hadisə yerinə çatmışdır.[24] Hücum nəticəsində şəhərdəki infrastruktura mühüm ziyan dəymişdir.[25][26] Ümumilikdə, 31 mənzil tamamilə dağıdılmış, hadisə yerində və onun yaxınlığındakı obyektlərə və avtomobillərə ciddi ziyan dəymişdir.[27] Hücumdan ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil təsirlənmişdir.[28] Ermənistan hücum üçün məsuliyyəti inkar etmişdir.[29] Hücum nəticəsində 10 nəfər həlak olmuş[30] və 40 nəfər yaralanmışdır. Qurbanlar arasında qadınlar və uşaqlar da var idi.[31]
5-ci hücum
redaktə17 oktyabrda, təxminən yerli vaxtla 01:00-da Azərbaycanın rəsmi dairələri bildirdilər ki, Erməni Silahlı Qüvvələri Skat ballistik raketləri[32] ilə Gəncəni atəşə tutmuşdurlar.[33][34] Jurnalistlər şəhərdə 3 güclü partlayış səsinin eşidildiyini bildirmişdirlər.[35] RİA Novosti agentliyinin müxbirinə görə, ballistik raketlər əhalinin sıx yaşadığı əraziyə düşmüşdürlər. Bu zaman xeyli sayda müxtəlif yaşayış evləri və digər tikililər ziyan görmüşdür.[36][37] İlk raket şəhər binasından cəmi 2 km uzaqlığa düşmüş,[38] ikinci raket isə şəhərin qərbində olan Kəpəz bölgəsinə düşmüşdür.[39] "Dojd" kanalının müxbiri Vasili Polonski raketlərin düşdüyü yerlərin yaxınlığında heç bir hərbi, o cümlədən hər hansısa vacib obyektlərin olmadığını bildirmişdir.[40] Yerli səlahiyyətli şəxslərin bildirdiklərinə görə, 20 ev dağıdılmış[41] və xeyli sayda mülki şəxs bu dağıntıların altında qalmışdır.[42] Azərbaycan Respublikasının axtarış və xilasetmə komandaları, Azərbaycan Müdafiə Nazirliyinin işçiləri hadisə yerinə gəlmiş[43] və dağıntılar altında qalan şəxsləri olduqları yerdən çıxarmağa başlamışdırlar.[44] Ermənistan hücumun onun tərəfindən edildiyini inkar etmişdir.[45]
Hücum nəticəsində 15 nəfər həlak olmuş, 55 nəfər yaralanmışdır.[46][47]
Azərbaycanın cavabı
redaktə14 oktyabr tarixində Azərbaycan bildirdi ki, 3-cü hücuma cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Kəlbəcər bölgəsində yerləşən 3 R-17 Elbrus taktiki raketini məhv etmişdir.[48] İddiaya görə, bu raketlər Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini hədəfə almışdır. Ermənistan tərəfi Ermənistan daxilindəki bölgələrin vurulmasını qəbul etsə də, Azərbaycana edilən hücumları özünün etməsini inkar etdi.[49]
3 gün sonra Azərbaycan prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan qüvvələri 4-cü hücuma cavab olaraq Füzuli şəhərini və onun bir çox kəndini işğaldan azad etmişdir.[50]
Reaksiyalar
redaktəÖlkədaxili
redaktəHücumlar Azərbaycan hökuməti tərəfindən güclü formada qınanmışdır və üçüncü hücum Azərbaycan xalqına qarşı soyqırım aktı kimi qiymətləndirilmişdir.[51] Azərbaycan prezidenti İlham Əliyev üçüncü hücumu müharibə cinayəti adlandırmış, atəşkəsin pozulması kimi qiymətləndirmiş və uyğun cavabın veriləcəyini bildirmişdir.[52] O, həmçinin dördüncü hücumu da müharibə cinayəti adlandırmış və uyğun cavabın veriləcəyinə söz vermişdir.[53] Əliyev əlavə etmişdir ki, beynəlxalq icmanın reaksiya göstərməyəcəyi təqdirdə, Azərbaycan Ermənistanı cəzalandıracaqdır.[54] Azərbaycanın ombudsmanı Səbinə Əliyeva Ermənistanı terrorizmi dəstəkləməkdə ittiham etmişdir.[55]
- Prezidentin köməkçisi Hikmət Hacıyev tvitterdə işğalçı Ermənistan tərəfindən atəşə məruz qalmış Gəncədən fotolar paylaşmışdır. Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir:
Ermənistanın cəzasız qalması onu müharibə və hərbi cinayətlərə təşviq edir. Humanitar atəşkəsdən sui-istifadə edərək, Ermənistan Gəncə-nin əhalisi sıx olan yaşayış hissəsini seçmədən atəşə tutdu.[56] |
- Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı:[57]
Rusiya Federasiyasının vasitəçiliyi ilə baş tutmuş Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində 10 oktyabr 2020-ci il tarixi saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmağa davam edir.
Humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Bir neçə saat sonra isə Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdi göstərib. Suqovuşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibbi xidmət qulluqçusu ağır yaralanıb. 11 oktyabr gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb. Bu hücum nəticəsində 7 mülki şəxs həlak olub, aralarında azyaşlı uşaqlar olmaqla, 34 nəfər yaralanıb. Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarçılığın növbəti bariz nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərir. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir. Ermənistanın bu təcavüzkar əməllərini qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti işğalçı Ermənistanı beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırırıq. Bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərindədir. |
Beynəlxalq səviyyədə
redaktəBeynəlxalq səviyyədə, 3-cü və 4-cü hücumlar Türkiyə tərəfindən qınandı[58] və sonuncusu müharibə cinayəti adlandırıldı.[59] Azərbaycandakı Qətər[60], İsveçrə[61], Malayziya[62] və Britaniya[63] səfirləri 3-cü hücuma görə, təəssüf etdiklərini ifadə etdilər və başsağlığı verdilər. Avropa İttifaqı 4-cü hücumu qınamışdır[64] və BMT-nin baş katibi Antoniu Quterreş bunu qəbuledilməz adlandırdı.[65]
16 oktyabr tarixində Birləşmiş Krallıqda yaşayan azərbaycanlılar, İran azərbaycanlıları və türklər Amnesty International-ın Londondakı mərkəzi qarşısında toplaşaraq Erməni Silahlı Qüvvələrin Gəncə, Mingəçevir, Tərtər və digər mülki şəxslər yaşayan şəhərlərə raket hücumlarını qınayan etiraz yürüşü etdilər.[66] Növbəti gün ABŞ azərbaycanlıları Çikaqoda etiraz yürüşü edərək raket hücumlarını qınadılar.[67] Sonrakı günlərdə Britaniya azərbaycanlıları Londondakı Azərbaycan səfirliyinin qarşısında hücumlar zamanı həyatını itirənləri anarkən[68], Gürcüstan azərbaycanlıları Tiflisdəki parlament binasının qarşısında yürüş etdilər.[69] Eyni gündə Rusiya azərbaycanlıları Moskvadakı Azərbaycan səfirliyinin giriş qapısının bir hissəsini 17 oktyabr hücumunda həyatını itirən şəxslərin xatirəsinə həsr etdilər.[70]
İstinadlar
redaktə- ↑ 1 2 "Nagorno-Karabakh conflict: Major cities hit as heavy fighting continues" (ingilis). BBC. 4 October 2020. 4 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ 1 2 "Azerbaijan's No. 2 city targeted in fighting with Armenia" (ingilis). The Independent. 4 October 2020. 15 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ "Azerbaijan's Ganja under fire once again by Armenian troops" (ingilis). Trend News Agency. 8 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2020.
- ↑ "Nagorno-Karabakh: Armenia, Azerbaijan trade accusations as civilian areas hit despite truce" (ingilis). France24. 11 October 2020. 12 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ "Ermənilər Gəncədə dinc sakinləri öldürdü". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-12.
- ↑ "Bu, Azərbaycan xalqına qarşı soyqırımdır" — Prezidentin köməkçisi [ölü keçid]
- ↑ Sullivan, Rory; Isaac, Lindsay. "Azerbaijan and Armenia accuse each other of breaking ceasefire" (ingilis). CNN. 11 October 2020. 10 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ "Moskva görüşünün nəticələri açıqlandı". 2021-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-12.
- ↑ "Gəncənin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub - Baş Prokurorluq". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-12.
- ↑ ""Gəncə "Toçka-U" raket sistemindən atəşə tutulub" - Açıqlama". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-12.
- ↑ "Qarabağ Seprataçıları Gəncədəki Hərbi Obyektlərin Siyahısını Təqdim Etdilər". Qırmızı yaz (rus). İstifadə tarixi: 20 yanvar 2023.
- ↑ "Armenia Azerbaijan: Reports of fresh shelling dent ceasefire hopes". BBC News. 10 oktyabr 2020. 2020-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2023.
- ↑ "Армения заявила, что не ведет обстрел населенных пунктов Азербайджана" (rus). RIA Novosti. 4 October 2020. 4 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 October 2020.
- ↑ McKernan, Bethan. "Nagorno-Karabakh: Azerbaijan accuses Armenia of rocket attack" (ingilis). The Washington Post. 5 October 2020. 4 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ "Azerbaijan's MOD: Information spread by Armenians about alleged shelling of military facilities in Ganja city is false". APA.az (ingilis). 4 October 2020. 12 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 October 2020.
The information spread by the Armenian side about the alleged shelling of military facilities in Ganja city is provocative and false, Ministry of Defense told APA. As a result of enemy fire, civilians, civilian infrastructure, and ancient historical buildings were harmed.
- ↑ "Война в Карабахе. Обстрел Степанакерта и удар по Гяндже – Новости на русском языке". BBC News Русская служба (rus). 2020-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
- ↑ "Gəncə niyə raket atəşinə tutuldu?" (az.). BBC Azerbaijani Service. 4 October 2020. 16 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2020.
- ↑ "Azerbaijan's Ganja under fire once again by Armenian troops" (ingilis). Trend News Agency. 8 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2020.
- ↑ "Hikmet Hajiyev: According to ANAMA missiles fired to Ganja is SCUD/Elbrus Operative-Tactical Ballistic Missile". APA.az (ingilis). 16 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2020.
- ↑ "Azerbaijan Says 12 Killed, 40 Wounded in Missile Attack on Ganja" (ingilis). Voice of America. 17 October 2020. 18 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ "Два города в Азербайджане попали под ракетный обстрел" (rus). Caucasian Knot. 16 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2020.
- ↑ "Nagorno-Karabakh truce under severe strain as both Armenia and Azerbaijan allege violations" (ingilis). NBC News. 11 October 2020. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ "Deaths in Nagorno-Karabakh as shelling breaks cease-fire" (ingilis). Deutsche Welle. 11 October 2020. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ "Nagorno-Karabakh: Armenia, Azerbaijan trade accusations as civilian areas hit despite truce" (ingilis). France24. 11 October 2020. 12 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ Guerin, Orla. "Karabakh war leaves civilians shell-shocked and bitter" (ingilis). BBC. 15 October 2020. 13 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ "Qarabağda atəşkəs: Xankəndində nə deyirlər? -BBC Ruscanın müxbiri yazır" (az.). BBC Azerbaijani. 13 October 2020. 24 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ Bagirova, Nailia; Hovhannisyan, Nvard. "Nagorno-Karabakh truce frays as both sides allege attacks" (ingilis). Reuters. 11 October 2020. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ "Azerbaijani ministry's special commission assessing damage caused to Ganja by Armenia's missile strike" (ingilis). Trend News Agency. 12 October 2020. 18 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
- ↑ Sullivan, Rory; Isaac, Lindsay. "Azerbaijan and Armenia accuse each other of breaking ceasefire" (ingilis). CNN. 11 October 2020. 10 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ <nowiki>Dettmer, Jamie. "Why is Azerbaijan Fighting?" (ingilis). Voice of America. 12 October 2020. 13 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ Melimopoulos, Elizabeth; Alsaafin, Linah. "Nagorno-Karabakh truce frays as both sides allege attacks: Live" (ingilis). Al Jazeera. 11 October 2020. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ "Hikmet Hajiyev: According to ANAMA missiles fired to Ganja is SCUD/Elbrus Operative-Tactical Ballistic Missile". APA.az (ingilis). 16 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2020.
- ↑ "Azerbaijan Says 12 Killed, 40 Wounded in Missile Attack on Ganja" (ingilis). Voice of America. 17 October 2020. 18 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ "Два города в Азербайджане попали под ракетный обстрел" (rus). Caucasian Knot. 16 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2020.
- ↑ "По Гяндже снова ударили ракеты" (rus). BBC Russian Service. 17 October 2020. 18 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ "Twelve killed in missile strike on Azerbaijan's Ganja: Prosecutor" (ingilis). The Economic Times. 17 October 2020. 19 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ "Azerbaijan says civilians killed by Armenia in Ganja: Live" (ingilis). Al Jazeera. 17 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ "Спасатели ищут выживших на месте нового ракетного удара в Гяндже" (rus). RIA Novosti. 16 October 2020. 16 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2020.
- ↑ "Один человек погиб при втором ракетном ударе по Гяндже" (rus). RIA Novosti. 17 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ Polonsky, Vasily; Korostelev, Alexey; Kataev, Denis. "«Квартал уничтожен под ноль». Как выживают люди в Шуше, Степанакерте и Гяндже" (rus). Dozhd. 17 October 2020. 19 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
- ↑ "В Азербайджане заявили, что при обстреле Гянджи разрушены 20 домов" (rus). RIA Novosti. 16 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2020.
- ↑ "Son dakika haberi... Ermenistan yine Gence'yi vurdu!" (türk). CNN Türk. 16 October 2020. 19 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2020.
- ↑ "Армянские войска вновь обстреливают Гянджу и Мингячевир. Есть жертвы (ВИДЕО и ФОТО)" (rus). Vestnik Kavkaza. 16 October 2020. 19 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2020.
- ↑ "Nagorno-Karabakh: Azerbaijan says 12 civilians killed by shelling in Ganja" (ingilis). The Guardian. 17 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ "ՀՀ օդային տարածքում ՀՀ ԶՈՒ ՀՕՊ ստորաբաժանումները խոցել են հակառակորդի երկու ԱԹՍ. Շուշան Ստեփանյան". Aurora News (erməni). 16 October 2020. 12 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2020.
- ↑ "МЧС Азербайджана сообщило о 13 погибших при ракетном обстреле Гянджи". RIA Novosti (rus). 17 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ "Damage to Azerbaijan's Ganja city from Armenian aggression revealed" (ingilis). Trend News Agency. 20 October 2020. 22 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2020.
- ↑ "Legitimate military targets that have taken the civilian population of Azerbaijan under the gunpoint were neutralized" (ingilis). Azerbaijani Ministry of Defence. 14 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ Sultanova, Aida. "Azerbaijan, Armenia report shelling of cities despite truce" (ingilis). Associated Press. 11 October 2020. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ "Алиев заявил о взятии Азербайджаном под контроль города Физули в Карабахе" (rus). RIA Novosti. 17 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ "Armenian policy of vandalism against Azerbaijani civilian population continues - assistant to Azerbaijani president (PHOTO)" (ingilis). Trend News Agency. 11 October 2020. 24 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ "Турция обвинила Армению в военных преступлениях" (ingilis). The Wall Street Journal. 17 October 2020. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ "Алиев пообещал ответить на ракетный обстрел Гянджи на поле боя" (rus). RIA Novosti. 17 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ "Azerbaijan and Armenia allege truce violations, accuse each other in shelling" (ingilis). Reuters. 17 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ "Азербайджанский омбудсмен обвинила Ереван в поддержке терроризма" (rus). RIA Novosti. 17 October 2020. 18 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ "Hikmət Hacıyev Gəncədən fotolar paylaşdı". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-12.
- ↑ "Ermənistan rəhbərliyinin atəşkəs çağırışları riyakarlıqdır - XİN". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-12.
- ↑ "No: 241, 11 October 2020, Press Release Regarding Armenia's Attacks on Ganja" (ingilis). Ministry of Foreign Affairs (Turkey). 11 October 2020. 14 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ "Турция обвинила Армению в военных преступлениях" (rus). RIA Novosti. 17 October 2020. 18 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ "Qatar expresses support for Azerbaijan's territorial integrity" (ingilis). Eurasia Diary. 13 October 2020. 19 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ "Swiss ambassador calls to stop violence, after seeing Armenia's attack on Ganja" (ingilis). Trend News Agency. 13 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ "Malaysia stands firm on territorial integrity, inviolability of Azerbaijani borders - Ambassador" (ingilis). Trend News Agency. 13 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ "Latest events in Azerbaijan's Ganja shock UK's ambassador" (ingilis). Trend News Agency. 13 October 2020. 20 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2020.
- ↑ "Azerbaijan: Statement by the Spokesperson on the strikes on the city of Ganja" (ingilis). European External Action Service. 17 October 2020. 19 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2020.
- ↑ "Both sides obliged to 'spare and protect civilians' over Nagorno-Karabakh fighting declares UN's Guterres" (ingilis). United Nations. 18 October 2020. 20 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2020.
- ↑ "Azerbaijanis living in Britain hold protest rally in front of Amnesty International building - PHOTO". APA.az (ingilis). 11 October 2020. 17 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
- ↑ "Rally condemning Ganja terror held in Illinois state of US". APA.az (ingilis). 17 October 2020. 20 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
- ↑ "People, who were killed in Ganja, commemorated in front of Azerbaijani Embassy in Great Britain". APA.az (ingilis). 18 October 2020. 19 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
- ↑ APA.az. "Rally in support to Azerbaijan held in front of parliament building in Tbilisi - PHOTOSESSION". apa.az (az.). 2020-10-18. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
- ↑ APA.az. "Victims of act of terrorism committed by Armenia in Azerbaijan's Ganja city were commemorated in Moscow". apa.az (az.). 2020-10-18. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.