Kelbecer - Wikipedia
Kəlbəcər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun mərkəzi, Kəlbəcər şəhər inzibati ərazi dairəsində şəhər.[1]
Şəhər | |
Kəlbəcər | |
---|---|
40°06′24″ şm. e. 46°02′18″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.584 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 7.246 nəfər (1989) |
Milli tərkibi | Azərbaycan türkləri və kürdlər |
Dini tərkibi | Şiə müsəlmanlar |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 26 |
Nəqliyyat kodu | 32 |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
redaktəŞəhərin adının mənşəyi ilə bağlı bir neçə nəzəriyyə var. Versiyalardan birinə görə, şəhər ilkin olaraq qədim türkcə "çayların yuxarı axarında qala" (kevli – "çayın yuxarı axarları", çər – "qala") mənasını verən "Kevliçer" adlanırdı.[2]
Tarixi
redaktəXVIII əsrin ortalarında Kəlbəcər Qarabağ xanlığının tərkibində idi.[3] XIX əsrin ortalarında ərazi kürdlər tərəfindən məskunlaşmışdır.[4] Yevgeniya Pçelina tərəfindən lentə alınan bölgədən kürd xalq nağılları kürdlərin bölgəyə gəlişindən bəhs edir.[5] Şəhər 7 iyul 1923-cü ildən 23 iyul 1930-cu ilə qədər Azərbaycan SSR-in Kürdüstan mahalı (sonralar Kürdüstan qəzası) tərkibində olmuşdur.[6] 1930-cu ildə Azərbaycan SSR-in tərkibində 1936 km2 ərazisi olan Kəlbəcər rayonu təşkil edilmiş, onun inzibati mərkəzi 1980-ci ildə şəhər statusu almış Kəlbəcər şəhəri olmuşdur.[7]
İşğalı
redaktəŞəhər 3 aprel 1993-cü ildə, Birinci Qarabağ müharibəsinin sonuna yaxın Ermənistan Silahlı Qüvvələri zamanı işğal edilmişdir. Kəlbəcərin bütün azərbaycanlı və kürd əhalisi qovulmuşdur.[8] Mülki sakinlər hələ də qarla örtülmüş dağların arasından qaçmağa məcbur olmuş, nəticədə yüzlərlə insanın donaraq həlak olmuşdur.[9] "Human Rights Watch"ın hesabatında belə nəticəyə gəlinmişdir ki, Kəlbəcərə hücumu zamanı Ermənistan Silahlı Qüvvələri çoxsaylı müharibə qaydalarını pozmuşdur. Bunlara mülki əhalinin məcburi köçürülmüş, ayrı-seçkilik edilmədən atəş açılması və girov götürülüməsi daxildir. 1993-cü ilin aprelində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan, o cümlədən Kəlbəcər şəhərindən çıxarılmasını tələb edən 822 saylı qətnaməni qəbul etmişdir.[10]
2000-ci illərin əvvəllərindən başlayaraq, şəhərə yavaş-yavaş əslən Aşağı Ağcakənd və Gülüstan kəndlərindən olan etnik ermənilər köçürülmüşdür.[11] Bu dövrdə infrastrukturun yenidən qurulmasına cəhd edilmişdir. Şəhərin yaxınlıqlarında onu Ermənistanla birləşdirən avtomobil yolu çəkilmişdir.[12]
İndiki dövr
redaktəİkinci Qarabağ müharibəsinə son qoyan atəşkəs bəyanatının bir hissəsi olaraq, şəhər və ətraf rayon ilkin olaraq 2020-ci il noyabrın 15-dək Azərbaycanın nəzarətinə qaytarılmalı idi, lakin sonradan bu müddət 25 noyabr 2020-ci ilə qədər uzadılmışdır.[13] Şəhər və rayon 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılmışdır.[14]
Şəhərin Azərbaycanın nəzarətinə verilməsinə hazırlıq məqsədilə Ermənistan Silahlı Qüvvələri və mülki əhali Kəlbəcər rayonunu tərk etməyə başlamışdı. Onlar bu müddətə qədər evləri, məktəbləri və meşələri yandırır, meyvə ağaclarını və elektrik xətlərini kəsirdilər.[15][16][17]
Kəlbəcər Azərbaycanın nəzarətinə qaytarıldıqdan qısa müddət sonra Kəlbəcərə səfər edən "Amnesty International" təşkilatının böhran məsələləri üzrə müşaviri Donatella Roveranın sözlərinə görə, "27 illik işğal zamanı hər şey talan edilib – 1993-cü ildə qaçmağa məcbur olan azərbaycanlıların evlərində nə bir qapı, nə bir pəncərə, nə də bir dənə də olsun kirəmit qalıb".[18] O, həmçinin Kəlbəcər qəbiristanlığında "1993-cü il erməni işğalından əvvəl burada basdırılmış azərbaycanlıların dağıdılmış məzarları"nı müşahidə etdiyini bildirmi.dir. Rovera əlavə etmişdir: "Bəzi qəbirlər, görünür, 27 illik işğaldan sonra keçən həftə ərazini tərk edən ermənilər tərəfindən təzəcə dağıdılıb".[19]
16 avqust 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev şəhərə gələrək Azərbaycan bayrağını şəhərdə dalğalandırmışdır.[20] Həmin ilin sentyabrında Kəlbəcərdə hərbi prokurorluğun binası,[21] o cümlədən çörək sexi[22] istifadəyə verilmişdir. 26 iyun 2022-ci ildə Kəlbəcərdə İstisu mineral su zavodunun təməli qoyulmuşdur.[23]
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Институт научной информации (Академия наук СССР), Всесоюзный институт научной и технической информации. Реферативный журнал: География, Выпуски 5–6.. — Издательство Академии наук СССР, 1975. — С. 36.
- ↑ Bournoutian, George. Two Chronicles on the History of Karabagh: Mirza Jamal Javanshir's Tarikh-e Karabagh and Mirza Adigözal Beg's Karabagh-name. Costa Mesa, California: Mazda Publishers. 2004. səh. 263. ISBN 9781568591797. 2022-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ Karapetyan, Samvel. Hay mshakuytʻi hushardzannerě Khorhrdayin Adrbejanin bṛnaktsʻvats shrjannerum (PDF). Yerevan: HH GAA "Gitutʻyun" Hratarakchʻutʻyun. 1999. 51–54. OCLC 44480725. 2019-07-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-12.
- ↑ Pchelina, Evgenia. "Po Kurdistanskomu uezdu Azerbaĭdzhana (putevye zametki)" [About the Kurdistan district of Azerbaijan (travel notes)]. Sovetskaia Etnografia (rus). People's Commissariat of Education: Publishing House of the Academy of Sciences of the USSR (4). 1932: 109–110. OCLC 424176829.
- ↑ Yalin, Ihsan. "DAĞLIK KARABAĞ – Kürt'ün evine turist olarak bile gidemediği yer..." www.rudaw.net (türk). 2016-04-05. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-25.
- ↑ Кельбаджар // Большой энциклопедический словарь.
- ↑ "Resolution 822 (1993) adopted by the United Nations' Security Council at its 3205th meeting". UNHCR Refworld. April 30, 1993. 20 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 February 2011.
Noting with alarm the escalation in armed hostilities and, in particular, the latest invasion of the Kelbadjar District of the Republic of Azerbaijan by local Armenian forces
- ↑ "Nagorno Karabakh". Human Rights Watch. 1994. 22 April 2003 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2020.
The towns' capture came at staggering human costs, creating 250,000 new Azerbaijani refugees. Civilians fled Kelbajar in April through high mountains still covered with snow. Refugees claimed that hundreds of people froze to death attempting to flee.
- ↑ "Resolution 822 (1993)". undocs.org. United Nations Security Council. 30 April 1993. 28 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 May 2023.
- ↑ The Nagorno-Karabakh Conflict: A Legal Analysis. Heiko Krüger. Springer, 2010. ISBN 3642117872, 9783642117879. p. 102
- ↑ Kucera, Joshua. "For Armenians, they're not occupied territories – they're the homeland". Eurasianet (ingilis). 6 August 2018. 12 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 May 2023.
- ↑ "Azerbaijan Extends Deadline For Armenia To Withdraw From Key District Under Karabakh Truce". rferl.com. Radio Free Europe. 15 November 2020. 2020-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-15.
- ↑ "Azerbaijani Forces Reclaim Second District From Armenians Under Nagorno-Karabakh Truce". RFERL.org (ingilis). Radio Free Europe/Radio Liberty. 25 noyabr 2020. 25 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2020.
- ↑ "Nagorno-Karabakh: Villagers burn their homes ahead of peace deal". The Guardian. 14 November 2020. 12 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 May 2023.
- ↑ "Nagorno-Karabakh: The families burning down their own homes – BBC News". youtube.com. BBC. 14 November 2020. 2021-12-21 tarixində arxivləşdirilib.
- ↑ "Kalbajar residents burn homes before Azerbaijan handover". youtube.com. Associated Press. 14 November 2020. 2021-12-21 tarixində arxivləşdirilib.
- ↑ Rovera, Donatella. "Twit on Kalbajar district, 2 December 2020". Twitter. 30 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 April 2021.
- ↑ Rovera, Donatella. "Twit on Kalbajar cemetery, 2 December 2020". Twitter. 30 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 April 2021.
- ↑ "Ильхам Алиев и первая леди Мехрибан Алиева посетили Кяльбаджарский и Лачинский районы » Официальный сайт президента Азербайджанской Республики". president.az. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ "В Кельбаджаре и Губадлы состоялось открытие зданий военной прокуратуры". media.az. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ "В Кяльбаджаре состоялось открытие хлебопекарного цеха". moderator.az. 2023-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
- ↑ "В Кяльбаджаре заложен фундамент завода минеральной воды «Истису» » Официальный сайт президента Азербайджанской Республики". president.az. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
Xarici keçidlər
redaktə- "Kəlbəcərə virtual səyahət" "Kəlbəcər "facebook"" "Kəlbəcər RƏSMİ SAYT" " Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |