Georgi Pinxasov - Wikipedia
Georgi Pinxasov (rus. Георгий Пинхасов) 1952-ci ildə Moskvada anadan olan fotoqraf. O, Maqnum Fotonun üzvüdür.
Georgi Pinxasov | |
---|---|
ing. Gueorgui Pinkhassov | |
Doğum tarixi | 12 avqust 1952[1][2][…] (72 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və əsərləri
redaktəPinxasovun fotoqrafiyaya olan marağı hələ yeniyetmə yaşlarından yaranmağa başlayır. 1969-cu ildə Moskva Kinematoqrafiya İnstitutuna (VQİK) daxil olur.
Kollecdən və iki illik hərbi xidmətdən sonra Mosfilmin çəkiliş heyətinə qatılır. Studiyada fotoqraf kimi işləyir. Kinorejissor Andrey Tarkovski onun fotolarını görür və onu Stalker filminin çəkiliş meydançasına dəvət edir.
Moskva Qrafik İncəsənət Birliyi tərəfindən müstəqil sənətçi statusu veriləndən sonra Pinxasova sərbəst səyahət etməyə və işlərini beynəlxalq salonlarda sərgiləməyə icazə verilmişdi. 1979-cu ildə onun əsərləri ilk dəfə olaraq Rusiyadan kənarda - Parisdə sovet fotoqraflarının qrup sərgisində nümayiş etdirilib. Bundan əvvəl isə onun işləri bir neçə rus jurnallarında dərc olunmuşdu.
1988-ci ildə onun Maqnum Fotoya üzv qəbul olunması fotolarını daha geniş auditoriyaya çatdırır. O, beynəlxalq mediya orqanları üçün işləyib, Litvada, Monqolustanda, İndoneziyada və Afrikadakı əsas hadisələri işıqlandırıb.
Mənbələr
redaktə- ↑ https://pro.magnumphotos.com/C.aspx?VP3=CMS3&VF=MAGO31_10_VForm&ERID=24KL53ZVNE.
- ↑ Grigorij Pinchasov // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
- ↑ Union List of Artist Names (ing.). 2016.