Huseynqulu Xan Xoyski - Wikipedia
Hüseynqulu xan İsgəndər xan oğlu Xoyski (mühacirətdə: Hüseynqulu Xan Xoylu; 22 sentyabr 1870, Yelizavetpol – 30 iyun 1955, İstanbul) – çar ordusunun general-mayoru. Fətəli xan və Rüstəm xan Xoyskilərin böyük qardaşı.
Hüseynqulu xan Xoyski | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 sentyabr 1870 |
Doğum yeri | |
Vəfat tarixi | 30 iyun 1955 (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | İskəndər xan Xoyski |
Uşağı | |
Dini | Müsəlman |
Rütbəsi | general, general-mayor |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHüseynqulu xan Xoyski 22 sentyabr 1870-ci ildə (qəbrində 1871-ci il yazılmışdır)) Gəncə şəhərində dünyaya gəlmişdi.[1] Əsli-nəsli Cənubi Azərbaycanın Xoy şəhərindən idi. Atası İsgəndər xan rus ordususunun general-leytenatı olmuşdu. Vladiqafqaz progimnaziyasını bitirmişdi. 22 iyul 1887-ci ildə 45-ci draqun Şimal alayında hərbi xidmətə başlamışdı. Unter-zabit rütbəsindən general-mayor rütbəsinədək ucalmışdı.
General Hüseynqulu xan Xoyski 1955-ci ildə İstanbulda vəfat etmiş və orada da dəfn olunmuşdur.
Azərbaycan Demokratik Respublikası dövründə
redaktəHüseynqulu xan Xoyski Azərbaycan Xalq Cumhiriyyəri dövründə Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəylinin müavini idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həyat yoldaşı Şirinbəyim xanımı (o, Gəncə xanı Cavad xanın nəslindən olan Əbülfət xanın qızı idi), qızı Valiyyəni, 6 aylıq nəvəsi Abbası və kürəkəni məşhur Gəncə üsyanına başçılıq etmiş polkovnik Cahangir bəy Kazımbəylini götürüb İrana keçmişdi. Kürəkəni sonra geri qayıtmış və 1920-ci il mayın sonunda sovet hakimiyyətinə qarşı üsyana rəhbərlik etmişdi. Hüseynqulu xan Xoyski İrandan Türkiyəyə getmişdi.
30 mart 1919-cu ildə Azərbaycan hökumətinin qərarı ilə podpolkovnik Hüseynqulu xan Xoyskiyə rəşadətli fəaliyyətinə görə polkovnik rütbəsi verilmişdir.[2]
Ailəsi
redaktəHüseynqulu xan Şirinbəyim xanım Əbülfət xan qızı Ziyadxanova ilə ailə qurmuşdu. Kiçik oğlu Zahid xan Xoyski 1910-cu ildə hələ Gəncədə doğulmuşdu. Hazırda Nyu-yorkda yaşayır. Nəvəsinə ulu babası, Xoy xanı Cəfərqulu xanın adına qoymuşdu.
Mənbə
redaktəƏdəbiyyat
redaktə- Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
İstinadlar
redaktə- ↑ Əhməd, Dilqəm. Mühacirlərin mirası. Bakı: Çapar Yayınları. 2020. 8. ISBN 978-9952-8381-4-5.
- ↑ Qanunverici aktlar, 1998. səh. 491
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |