Hadrut - Wikipedia
Hadrut — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1]
Hadrut | |
---|---|
39°31′00″ şm. e. 47°01′48″ ş. u.HGYO | |
Ölkə | |
Region | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 720 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
2 oktyabr 1992-ci ildən 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Hadrut 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Toponimikası
redaktəOykonim İran dillərindəki ha "ara", dü "iki" və rud "çay" komponentlərindən düzəlib, "iki çayın arası" mənasındadır.[3]
Tarixi
redaktəQəsəbənin dəqiq salınma vaxtı məlum deyil. Burada həm qədim, həm də erkən xristian və orta əsr dövrünə aid abidilərə rast gəlinir. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrud kimi çəkilir.[4]
Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. Bura 1847-ci ildən Poltava atlı kazak alayının qərargahı idi.[5] 1872-ci ildə Moskvada keçirilmiş Politexnik sərgisində iki Hadrut sakini — Moses Dülgəryants və Əhməd Daşdəmiroğlu — təqdim etdiyi xalçalara görə gümüş mükafata layiq görülmüşlər.[6] 1877-ci ildən burada Zurabov, Muradov və şəriklərinə məxsus baramaaçma karxanası fəaliyyət göstərirdi.[7] Bəstəkar Üzeyir Hacıbəyov gənc yaşlarında Hadrutda müəllimlik etmişdir.[8]
Davidbekovun məlumatına görə, Hadrutda yerli əhali nisbətən az idi: sakinlərin əksəriyyəti vaxtilə şah ordusunun hücumlarından qurtulub buraya pənah gətirən köçkünlərdən ibarət idi. 1863-cü ildə burada 438 nəfər adam yaşayırdı, 1886-ci ildə onların sayı 1835 nəfərə qədər artmışdı. Əhali bağçılıq, bostançılıq, taxılçılıq, maldarlıq, ticarət və sənətlə məşğul idi. Hadrutda o dövrdə iki bazar, kilsə, ikiillik məktəb, birillik prixod məktəbi, zemstvo əczaxanası və teleqraf stansiyası fəaliyyət göstərirdi. 1923-cü ildə Hadrut kəndi Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verilmişdir, 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzibati mərkəzi seçilmişdir. 1939-cu ildə həmin rayon öz mərkəzinin adına uyğun olaraq Hadrut rayonu adlandırılmışdır.[9] 1963-cü ildə Hadruta şəhər tipli qəsəbə statusu verilmişdir.[10] 1979-cu ildə burada 2173 insan yaşayırdı (onlardan 1955 nəfəri erməni, 188 nəfəri azərbaycanlı idi).[11] Qəsəbədə üzüm emalı zavodu, xalça sexi, musiqi və ümumtəhsil məktəbləri, mədəniyyət evi, mərkəzi kitabxana və rayon xəstəxanası yerləşirdi.[12]
1930-cu ildə burada vəba epidemiyası baş vermişdir, onun qarşısını almaq üçün Bakıdan Lev Zilber başçılıq etdiyi həkimlər briqadası göndərilmişdir.[13]
1992-ci ildə Hadrut rayonu ləğv olunub Xocavənd rayonunun tərkibinə daxil edilmışdir. 2 oktyabr 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı separatçı erməni qoşunları Hadrutu ələ keçirmişdir.[14]
2020-cu ilin oktyabrında İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ordusu Hadrutu azad etmişdir.[15] Atəşkəs bəyanatından bir gün sonra burada Xocavənd rayonu baş polis idarəsinin qərargahı, daha sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi yerləşdirilmişdir.[16][17]
Tarixi abidələri
redaktəHadrut qəsəbəsində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
224 | Alban məbədi[18] | 1170-ci il | Hadrut qəsəbəsi | Memarlıq | Ölkə |
4319 | Məbəd[19] | XVIII əsr | Hadrut qəsəbəsi | Memarlıq | Yerli |
Coğrafiyası və iqlimi
redaktəQəsəbə Qozluçayın dərəsində, Ərgünəş dağının yaxınlığında yerləşir. Şimalçay və Cənubçay Hadrutun ərazisində birləşib Qozluçayı təşkil edir.
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[20] | XXXX | XXXX | XXXX |
2009[21] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Hadrut şəhərinin əhalisinin faktiki sayı 2936 nəfər, qeydiyyatdakı əhalinin sayı 2974 nəfər təşkil edirdi.[22]
Etnik qrup | Sayı, 1970 sa.[23] | Nisbəti, 1970 sa.[23] |
---|---|---|
toplam | 2 082 | 100 % |
erməni | 1 845 | 88.6 % |
azərbaycanlı | 137 | 6.6 % |
rus | 68 | 3.3 % |
ukraynalı | 18 | 0.9 % |
digər | 14 | 0.7 % |
İqtisadiyyatı
redaktə15 martda qəsəbəni ziyarət etmiş Azərbaycan Respublikasının prezidenti İlham Əliyev uzunluğu 43 km olan Hadrut—Cəbrayıl—Şükürbəyli və uzunluğu 13 km olan Füzuli—Hadrut iki avtomobil yolunun təməlini qoymuşdur.[14]
9 oktyabr 2021-ci ildə Hadruta səfər etmiş İlham Əliyev burada yeni 35-kilovoltluq elektrik yarımstasiyasının təməlini qoymuşdur.[24][25]
Mədəniyyəti
redaktə26 iyun 2021-ci ildə Hadrutda İkinci Qarabağ müharibəsində həyatını itirmiş əsgər və zabitlərin xatirəsinə inşa edilmiş "Dəmir yumruq" abidə kompleksinin açılış mərasimi keçirilmişdir.[26][27]
Rabitə
redaktə1 fevral 2021-ci ildə etibarən Hadrutda Füzuli poçt filialının müştəri xidmətləri şöbəsinin agentliyi fəaliyyətə başlamışdır.[28]
Təhsil
redaktəKənddə təhsil müəssisəsi mövcud deyil.
Din
redaktə9 oktyabr 2021-ci ildə Hadruta səfər etmiş İlham Əliyev burada yeni məscidin təməlini qoymuşdur.[24][25]
Səhiyyə
redaktəQəsəbədə səhiyyə müəssisəsi mövcud deyil.
Hərbi
redaktə2021-ci ilin dekabrında Hadrutda Azərbaycan SQ Komando briqadasının hərbi hissəsi açılıb.[29]
Şəkilləri
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 58" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- ↑ "Bu gün Hadrutun işğaldan azad olunduğu gündür". 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.
- ↑ Hadrut // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
- ↑ ""Gence-Karabağ Eyâleti'nin Mufassal Defteri"". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
- ↑ Евгений Ежуков. Горячие окраины России. — М.: Граница, 2000 — səh. 175.
- ↑ Н. Ситовский. Обзор двадцатипятилетней деятельности Кавказского общества сельского хозяйства (1850—1875). — Тифлис: Тип. Главного управления наместника кавказского, 1875 — səh. 283.
- ↑ Год в сельскохозяйственном отношении по ответам, полученным от хозяев. Санкт-Петербург, Отдел сельской экономии и сельскохозяйственной статистики, 1890 — səh. 523
- ↑ "Гаджибеков Узеир Абдул Гусейн-оглы". // Биография.ру. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-15.
- ↑ ""Tarixdə bu gün: Azərbaycan" xronoqrafında 10 sentyabr". 2015-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-23.
- ↑ "Азербайджанская ССР: Административно-территориальное деление" (PDF). 2018-11-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
- ↑ "Перепись 1979 года: Гадрутский район". 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
- ↑ Azərbaycan Sovet Ensiklopediyası. 10. Bakı: Azərbaycan Sovet Ensiklopediyasının baş redartorluğu. C. Quliyev (red.). 1987. səh. 127.
- ↑ "Лев Зильбер ОПЕРАЦИЯ «РУДА»". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-11.
- ↑ 1 2 Фарида Багирова. "Период созидания. Президент ставит приоритетом восстановление освобожденных земель". 1news.az. 2020-03-17. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
- ↑ "Минобороны Азербайджана опубликовало видеоподтверждение взятия Гадрута". 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
- ↑ Павел Посадский. "Баку начал размещать полицейские участки на занятых территориях в Карабахе". Газета.ru. 2020-11-11. 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
- ↑ "На освобожденных от оккупации территориях начнут функционировать управления и отделы СГБ". 2020-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 9" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-14.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 110" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-14.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.
- ↑ İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 4
- ↑ 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Гадрутский район (1970 г.) Arxivləşdirilib 2020-10-14 at the Wayback Machine
- ↑ 1 2 "Заложен фундамент новой подстанции «Гадрут»". Информационное Агентство Репорт (rus). 2021-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-11.
- ↑ 1 2 "Президент Азербайджана заложил фундамент новой мечети в Гадруте". Информационное Агентство Репорт. 2021-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-11.
- ↑ Саид Гариб. "В Гадруте установлен памятник "Железный кулак"". REPORT. 26.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ "В поселке Гадрут установлен памятник "Железный кулак"". Москва-Баку.ru. 26.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-05.
- ↑ Феликс Вишневецкий. "В Гадруте начало функционировать почтовое агентство". 1news.az. 2020-02-01. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
- ↑ "İlham Əliyev Şuşada: "Zəfərdən sonra bizim gücümüz, nüfuzumuz, təsir dairəmiz daha da genişləndi"". 2021-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-24.