Hikmet Agayev - Wikipedia
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Hikmət Səttar oğlu Ağayev (6 yanvar 1966, Günəşli, Lerik rayonu) — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti "A" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri (1993–2016), Ehtiyatda olan Polkovnik. Hal-hazırda isə "Ehtiyatda olan Zabitlər Konfederasiyası"da sədr müavini, idarə heyətinin üzvü, "Qarabağ Əlilləri Veteranları Və Şəhid Ailələri İctimai Birliyi"də idarə heyətin üzvü.
Hikmət Ağayev | |
---|---|
May 1993 – Yanvar 2016 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 yanvar 1966 (58 yaş) |
Doğum yeri | |
Rütbəsi | polkovnik |
|
|
Təltifləri |
Həyatı
redaktəAğayev Hikmət Səttar oğlu 6 yanvar 1966-cı ildə Lerik rayonunun Günəşli kəndində doğulub. Valideyinləri Bakı şəhərinə köçdükləri ilə əlaqədar olaraq ibtidai, yəni 3-cü sinfə qədər Nizami rayonu 70 saylı orta məktəbdə, daha sonra Binəqədi rayon 246 saylı orta məktəbdə təhsilini davam etdirir. 1980-ci ildə 8-ci sinfi bitirdikdən sonra təhsilini Sabunçu rayon 88 saylı orta texniki peşə məktəbində "Telefon qovşağı elektirik peşəsi" sahəsində davam etdirir. 1984-cü ildə texniki peşə məktəbini bitirir..
Hərbçilik fəaliyyətinə 1984-cü ildə uşaqlıq arzusu olan Şimali Osetyanın Ordjenkisze şəhərində yerləşən Ali Ümümqoşun hərbi məktəbinə qəbul imtahanlarına sənədlərini verərək başlamışdır. Müsabiqədən keçə bilmədiyindən öz ərizəsilə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə getməyi ilə əlaqədər olaraq hərbi komisarlığa müraciət edir. 1984-cü ilin oktyabr ayından həqiqi hərbi xidmətə çağırılır. Həqiqi hərbi xidmətini Çita şəhərində Təlim ümumqoşunlar alayında serjant kurslarından başlayır. 1989-cu ildə Ali hərbi məktəbi bitirir.
1989-cu il avqust ayından 1992-ci il aprel ayına kimi Kazaxıstan SSR Semipalatinski Nüvə poliqonunda bölük komandiri vəzifəsinə qədər yüksəlir.1992-ci il aprel ayının 28-də, həyat yoldaşı, 3 yaşında oğlu və 3 aylıq qızıyla Azərbaycana növbəti məzuniyyətə gəlir. 1992-ci il 6 may tarixində yenicə yaranmış Müdafiə Nazirliyinə gedib könüllü olaraq 704 saylı briqadada hərbi xidmətə yazılır. 8 may tarixində hərbi briqada Hikməti dislokasiya yeri olaraq Laçın rayonuna ezam edir. Zarişli istiqamətində, Turş su, Teleqüllə və Dağlıq Kəlbəcər istiqamətindən Laçın rayonuna giriş istiqamətində döyüş tapşırıqlarını yerinə yetirir. Məzuniyyət müddəti bitdiyi ilə əlaqədar olaraq öz xidmət yerinə Semipalatinsk şəhərinə qayıdır. Xidmət etdiyi hərbi hissə komandanlığına baş verənləri raportla məruzə edərək Azərbaycana ezam olunmasını xahiş edir. 24 iyun 1992-ci ildə Milli Ordunun 704 saylı hərbi hissəsində Ağdam rayon Çəmənli kənd məktəbində dislokasiya yerinə xidməti davam etdirmək üçün gəldir. Ağdam rayon, Serxavənd, Abdal – Gülablı, Ağbulaq, Mərzili və Qara kənd istiqamətində döyüş əməliyyatlarında iştirak edir. İki dəfə ağır dərəcəli kantuziya alır. Ağbulaq döyüş əməliyyatlarında vaxtından əvvəl Kapitan hərbi rütbəsi verilir. 1993-cü il may ayında zabit olaraq 704 saylı briqada da 741 saylı hərbi hissənin komandir müavini, daha sonra komandiri vəzifəsinə təyin olunur. 1993-cü il tarixindən təçrübəli zabit olaraq Azərbaycan Respublikası Ali hakimiyyət Orqanları Mühafizə idarəsi, hal-hazırda Xüsusi Dövlət Mühafizə Xidməti tərkibində Xüsusi Təyinatlı A Dəstəsinin yaradılması, hazırlanması təklifi olunur. 1993-cü ilin may ayından 2016-cı ilin yanvar ayına kimi Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Təyinatlı A Dəstəsinin komandiri vəzifəsində polkovnik hərbi rütbəsinə qədər yüksəlir. Xüsusi Dövlət Mühafizə Xidməti Fəxri Əməkdaşı fəxri ad və döş nişanı, çoxsaylı yubiley medalları ilə təltif olunub. Xüsusi Dövlət Mühafizə Xidməti dövründə 1998–2001 ildə ikinçi hüquq ali təhsil almaq məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akadmiyasında təhsil almışdır. Qarabağ müharibə veteranıdır. Hal-hazırda Ehtiyatda olan zabitlər konfederasiyasında sədr müavini, idarə heyətinin üzvü, Qarabağ əlilləri veteranları və şəhid ailələri ictimai birliyinin idarə heyətin üzvüdür.
Mükafatları
redaktə- "Azərbaycan Bayrağı" ordeni
- "Vətən uğrunda" medalı
- "İgidliyə görə" medalı
- "Hərbi xidmətdə fərqlənməyə görə" I dərəcəli medalı
- "Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli medalı
- "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı
- "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
- "Qüsursuz xidmətə görə" I dərəcəli medalı
- "Qüsursuz xidmətə görə" II dərəcəli medalı
- "Qüsursuz xidmətə görə" III dərəcəli medalı