Jale Inan - Wikipedia
Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqudur. Uzun illər davam edən proqramlı qazıntılarla Perge və Side antik şəhərlərinin gün işığına çıxarılmasına əmək vermiş, çıxarılan əsərlərin sərgilənməsi üçün Antaliya və Side muzeylərinin qurulmasına nail olmuşdur. Türkiyənin ilk arxeoloqlarından olan Əziz Oğanın qızı, zamanın öndə gələn elm adamlarından olan Mustafa İnanın həyat yoldaşıdır.[2]
Jalə İnan | |
---|---|
türk. Jale İnan | |
Doğum adı | Jale Oğan |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Türkiyə |
Vəfat tarixi | [1] (87 yaşında) |
Vəfat yeri | İstanbul |
Dəfn yeri | |
Vətəndaşlığı | türk |
Atası | Aziz Ogan[d] |
Elm sahəsi | Arxeologiya |
Elmi dərəcəsi |
|
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | Gerhart Rodenwaldt[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1914-cü ildə arxeoloq Əziz Oğanın ailəsində doğuldu. Anası Məsturə xanım idi. Orta məktəbə Ərənköy Qız Liseyində başladı. Atasının məsləyi ilə əlaqədar gəzintilərinə qatılaraq arxeologiya ilə tanış oldu.[3]
Aleksandr von Humbolt vəqfinin təqaüdü ilə arxeologiya üzrə oxumaq üçün Almaniyaya getdi. Bir il sonra da Türkiyə dövlətinin təqaüdünü qazandı. 1935–1943-cü illəri arasında arxeologiya üzrə bakalavr və doktorluq dərəcələrini Berlin və Münhen Universitetlərində tamamladı. 1943-cü ildə professor Rodenvaltın yanında "Kunstgeschichtliche Untersuchung der Opferhandlung auf römischen Münzen" adlı doktorluq tezisi ilə doktorluğu tamamlayaraq Türkiyəyə döndü.
İstanbul Universiteti Ədəbiyyat fakültəsində professor Boşun köməkçisi olaraq işə başlayan Jalə İnan, liseydən tanıdığı Mustafa İnanla 1944-cü ildə ailə həyatı qurdu. Növbəti ildə övladları Hüseyn doğuldu.
1946-cı ildə İstanbul Universiteti klassik arxeoloji kürsüsünün qurulmasında iştirak etdi. Kürsünün ilk köməkçiliyini professor Arif Müfid Manselin rəhbərliyi altında etdi. Həmin ildə Mansellə birlikdə Türk Tarix Qurumu adına Antaliyada Side şəhəri qazıntılarına, növbəti il Perge antik şəhəri qazıntılarına başladılar. 1953-cü ildə dosent, 1963-cü ildə professor oldu. Manseldən sonra 1974–1980-ci illər arasında Side, 1975–1987-ci illəri arasında isə Perge qazıntılarına rəhbərlik etdi. Qazıntıları zamanı Side Roma Hamamının Side muzeyinə çevrilməsi üçün çalışdı. 1975-ci ildə Klassik Arxeologiya Kürsüsünün sədri seçildi.
Jalə İnan son illərini Parkinson xəstəliyi ilə mübarizə apararaq keçirdi. 2001-ci ildə vəfat etdi.[4]
4 sentyabr 2014-cü ildə doğumunun 100 illiyinə həsr olunmuş "Yüzüncü Yaşında Bilimde ve Anılarda Prof. Dr. Jale İnan" adlı etkinliklə anıldı.[5]
Yorğun Herakl heykəli
redaktəJalə İnan 1980-ci ildə Pergedə komandası ilə birlikdə beldən yuxarısı olmayan Herakl heykəli tapdılar. "Yorğun Herakl" adıyla bilinən heykəlin alt bölümü illərcə Antaliya muzeyində sərgiləndi, lakin üst bölümü illərlə tapılmadı. 1990-cı ildə Özcen Acarın verdiyi bir xəbərlə itən parçanın ABŞ-da olduğunu bildirdi.[6]
Heykəlin üst hissəsi 2011-ci ildə Türkiyəyə gətirildi.[7]
İstinadlar
redaktə- ↑ "Jalə İnan anma günü". 2022-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-19.
- ↑ "Jalə İnan kimdir". 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-19.
- ↑ Türk arxeologiyasında bir xanım
- ↑ Jalə İnanı torpağa verdik
- ↑ "100-cü doğum günü anımı". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-19.
- ↑ "Yorğun Herakl"ın itən parçası tapıldı
- ↑ Türkiyə dünyaca tanınan bir əsərini geri aldı