Jerar Debre - Wikipedia
Jerar Debrö (ing. Gérard Debreu; 4 iyul 1921[1][2][…], Kale – 31 dekabr 2004[1][2][…], Paris, Fransa) — fransız əsilli 1975-ci ildən ABŞ vətəndaşlığına keçmiş riyaziyyatçı və iqtisadçı. 1962-ci ildə Berkli Kaliforniya Universitetində iqtisadiyyat üzrə professorluğa yüksələrək məşhurlaşmışdır. 1983-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Jerar Debrö | |
---|---|
fr. Gerard Debreu | |
Doğum tarixi | 4 iyul 1921[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 31 dekabr 2004[1][2][…] (83 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahələri | Ümumi müvazinət, iqtisadiyyat |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Moris Allays |
Tanınır | Əsas tarazlıq nəzəriyyəsi, Rəqabətli bazarda tarazlıq şərtləri, Topoloji metodlar, Errou-Debrö təminatı |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəJerar Debrö Fransanın Atlantik okeanı sahilində yerləşən Kale şəhərində anadan olub. Ailəsi klassik naxışlı tül parça istehsalı şirkətinin sahibi idi. Bakalavr diplomunu II Dünya müharibəsi başlamamış almışdı. Nasist Almaniyası tərəfindən Fransa işğal olunduqdan sonra sərbəst bölgədə yerləşən Qrönobldakı universitetə daxil olmaq üçün hazırlaşdı. 1941-ci ildə Nasist Almaniyasının işğalı altında olan Parisdə yerləşən Yüksək Təhsil Məktəbində (fr. École Normale Supérieure) klassik riyaziyyat təhsili aldı. Buna baxmayaraq 1944-cü ildə yekun imtahan verməzdən əvvəl müttəfiqlər Normandiya əməliyyatını həyata keçirərək Paris istiqamətində irəliləməyə başladı. Jerar Debrö Azad Fransa ordusuna əsgər kimi qatıldı və Əlcəzairdə hərbi təlim keçdi. Sonra isə Almaniyanın işğalından sonra Fransanın nəzarətinə düşən bölgədə 1945-ci ilə kimi hərbi xidmət keçdi.
1945-ci ildə Riyazi Ümumiləşdirmə (fr. Agrégation de Mathématiques) imtahanından keçərək Fransa təhsilində magistr dərəcəsinə bərabər olan dərəcəyə yüksəldi. İqtisadiyyatda xüsusən Valras tipli ümumi tarazlıq problemləri ilə maraqlandığı üçün 1946–1948-ci illərdə Milli Elmi Tədqiqat Mərkəzində (fr. Centre National de la Recherche Scientifique) köməkçi olaraq işləyərək riyaziyyatdan iqtisadiyyata keçid etmişdi. 1948-ci ildə Jerar Debrö Rokfeller təqaüdü qazandı. Bu təqaüdlə İsveçdə Uppsala, Norveçdə Oslo və bir neçə ABŞ universitetinə ziyarət etdi. 1950-ci ilin yayında Çikaqo Universitetinə bağlı olan Kovles İqtisadi Tədqiqatlar Komissiyasında işləməyə başladı. 1955-ci ildə ABŞ-də Yel Universitetinə təyinat aldı. Jerar Debrö daha sonra 1960–1961-ci illərdə ABŞ-nin Kaliforniya ştatında yerləşən Stanford Universitetinə bağlı olan Davranış Elmləri İrəli Tədqiqatlar Mərkəzində işləmişdi. Jerar Debrö 1962-ci ilin yanvar ayında Kaliforniya Berkli Universitetinə riyaziyyat və iqtisadiyyat üzrə professor kimi təyinat aldı. 1960–1970-ci illərdə bir sıra Avropa universitetlərini ziyarət etdi. 1975-ci ildə Fransanın Fəxri Legion ordeni ilə təltif olundu. 1983-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Evli və iki qız övladı olan Jerar Debrö 31 dekabr 2004-cü ildə 83 yaşında olarkən Parisdə vəfat etmiş və Pere Laçase (fr. Père Lachaise) qəbiristanlığında dəfn olunmuşdur.
Fəaliyyəti
redaktəJerar Debrönün ixtisası riyaziyyat olsa da, öz biliyindən iqtisadiyyat sahəsində də istifadə etmiş və iqtisadiyyatın riyazi əsaslarını tədqiq edərək təkmilləşdirməyə başlamışdır:
- 1954-cü ildə ABŞ iqtisadçısı Kennet Errou ilə birlikdə yazdığı "Rəqabətli iqtisadiyyat üçün tarazlığın mövcud olması" (ing. Existence of an Equilibrium for a Competitive Economy) adlı məqalədə topologiya metodundan istifadə edərək iqtisadiyyatda ümumi tarazlıq olmasının riyazi isbatını vermişlər.
- 1959-cu ildə yazdığı "Dəyər nəzəriyyəsi: İqtisadi tarazlığın aksiom tədqiqatı" (ing. A Theory of Value: An Axiomatic Analysis of Economic Equilibrium) adlı monoqrafiyada rəqabətli bazarların aksiom əsaslarını verməklə və ümumi tələb artığının yox olduğu bir qiymət sisteminin var olduğunu Kakutani sabit nöqtə teoremindən istifadə edərək isbat etmişdir. Jerar Debrö bu monoqrafiyanın sonunda qeyri-müəyyənlik anlayışının ümumi tarazlıq modelinə təsirlərini göstərmiş və maliyyəyə Errou-Debrö təminatı adı ilə daxil olan ehtimallı mallar anlayışını daxil etmişdir.
- 1962-ci ildə ümumi iqtisadi tarazlığın tapılması üçün mürəkkəb isbatlar etmişdir.
- Sonrakı fəaliyyəti isə ümumi tələb artığı funksiyalarının sonlu sayda nöqtələrdə yox olacağını isbat edən bölünə bilən iqtisadi nəzəriyyə ilə bağlı olmuşdur.
Əsərləri
redaktə- "The Coefficient of Resource Utilization", 1951, Econometrica.
- "A Social Equilibrium Existence Theorem", 1952, Proceedings of the National Academy of Sciences.
- "Definite and Semi-Definite Quadratic Forms", 1952, Econometrica
- "Nonnegative Square Matrices", with I. N. Herstein, 1953, Econometrica.
- "Valuation Equilibrium and Pareto Optimum", 1954, Proceedings of the National Academy of Sciences.
- "Existence of an Equilibrium for a Competitive Economy", with K. J. Arrow, 1954, Econometrica.
- "Representation of a Preference Ordering by a Numerical Function", 1954, in Thrall et al., editors, Decision Processes.
- "A Classical Tax-Subsidy Problem", 1954, Econometrica.
- "Numerical Representations of Technological Change", 1954, Metroeconomica
- "Market Equilibrium", 1956, Proceedings of the NAS.
- "Stochastic Choice and Cardinal Utility", 1958, Econometrica
- "Cardinal Utility for Even-Chance Mixtures of Pairs of Sure Prospects", 1959, RES
- The Theory of Value: An axiomatic analysis of economic equilibrium, 1959
- "Topological Methods in Cardinal Utility Theory", 1960, in Arrow, Karlin and Suppes, editors, Mathematical Methods in the Social Sciences.
- "On 'An Identity in Arithmetic'", 1960, Proceedings of AMS
- "Economics Under Uncertainty", 1960, Économie Appliquée.
- "New Concepts and Techniques for Equilibrium Analysis", 1962, International Economic Review
- "On a Theorem by Scarf", 1963, RES.
- "A Limit Theorem on the Core of an Economy", H. Scarf ile birlikete, 1964, International Economic Review.
- "Contuinity Properties of Paretian Utility", 1964, International Economic Review
- "Integration of Correspondences", 1967, Proceedings of Fifth Berkeley Symposium.
- "Preference Functions of Measure Spaces of Economic Agents", 1967, Econometrica.
- "Neighboring Economic Agents", 1969, La Décision.
- "Economies with a Finite Set of Equilibria", 1970, Econometrica.
- "Smooth Preferences", 1972, Econometrica.
- "The Limit of the Core of an Economy", H. Scarf ile birlikte, 1972, in McGuire ve Radner, eds, Decision and Organization
- "Excess Demand Functions", 1974, Journal of Mathematical Economics
- "Four Aspects of the Mathematical Theory of Economic Equilibrium", 1974, Proceedings of Int'l Congress of Mathematicians.
- "The Rate of Convergence of the Core of an Economy", 1975, Journal of Mathematical Economics.
- "The Application to Economics of Differential Topology and Global Analysis: Regular differentiable economies", 1976, American Economic Rreview.
- "Least Concave Utility Functions", 1976, Journal of Mathematical Economics.
- "Additively Decomposed Quasiconcave Functions", with T. C. Koopmans, 1982, Mathematical Programming.
- "Existence of Competitive Equilibrium", 1982, in Arrow and Intriligator, Handbook of Mathematical Economics
- "Mathematical Economics: Twenty papers of Gerard Debreu", 1983.
- "Economic Theory in a Mathematical Mode: the Nobel lecture", 1984, American Economic Rreview.
- "Theoretic Models: Mathematical form and economic content", 1986, Econometrica.
- "The Mathematization of Economic Theory", 1991, American Economic Rreview.
- "Innovation and Research: An Economist's Viewpoint on Uncertainty", 1994, Nobelists for the Future
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Gerard Debreu // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.