Jianqxi - Wikipedia
Szyansi (çin. 江西省) – Çinin cənub hissəsində vilayətdir. Jiangxi vilayətinin şimalında Xubei və Anhoy vilayətləri, şərqində Zhejianq və Fucyen vilayətləri, qərbində isə Xunan vilayəti yerləşmişdir. İdarə mərkəzi Nançanq şəhəridir.
Vilayət | |
Szyansi vilayəti | |
---|---|
çin. 江西省 | |
27°18′ şm. e. 116°00′ ş. u.HGYO |
|
Ölkə | Çin |
İnzibati mərkəz | Nançan |
Tarixi və coğrafiyası | |
Sahəsi | 166.900 km² (18-ci-ci yer) |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 45.200.000[1] nəfər (2013) (13-cü-ci yer) |
Etnik tərkib | %99.7 Xan xalqı |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | CN-JX |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəSzyansi b.e.ə. 770-ci ildən buyana müxtəlif dövürlərdə müxtəlif sülalələr tərəfindən idarə edildi. Tzin sülaləsi hakimiyyəti illərində (1644-1911/12) böyük üsyanlara və müharibələrə şahidlik etdi. 1926-cı ildə Çan Kayşiin Homindan partiyasının ordusu vilayətin idarəsini ələ aldı. Çan Kayşilə kommunistlər arasındakı ittifak müqaviləsi qeyri rəsmi sayılandan sonra Çindəki iktidar münaqişəsi Szyansi vilayəti böyük təsir göstərdi. 1938-45-ci illər Çin-yapon müharibəsi (1937—1945) dövründə Szyansi vilayəti Yapon ordusu tərəfindən işğal olundu. Amma 1949-cu ildə kommunist orduları tərəfindən işğaldan azad edildi.
Əhali
redaktəƏsrlərcə Şimal Çindən gələn Xan xalqı Szyansi vilayətinin əhalisinin əsasını təşkil edir. Ən çox danışılan dillərdən olan Mandarin dilinin aşağı Yanszı dialekti ilə danışırlar. Vilayətin əhalisinin az hissəsini təşkil edən Meolar və Yaolardan başqa az sayda Müsəlmanlar yaşayır.
Din
redaktə2007 və 2009-cu illərdə aparılan statistikaya görə Szyansi vilayətinin əhalisinin çoxu Çinin qədim dinlərinə, 24.05% öz ulu babalarına sitayiş edir. 2.31% dini isə Xristianlıqdır.
-
Shanqdi - Chenqxu məbədi
-
Nançanq - Youmin məbədi
Coğrafiya
redaktəSzyansi vilayətinin cənubunda Poyan gölü şimalında isə Yanszı çayına tərəf axan Qan çayı yerləşmişdir. Vilayətin sərhədlərində ucalan sıra dağlar və təpələr vardır. Şimal-şərqdə Huaiyu dağları, şərqdə Vuyi dağları, cənubda Jinlian dağları və Dayu dağları, qərbdə Zhuquanq, Vanyanq, Yunxiao, Vuglonq ve Jinlinq dağları, şimal-şərqdə də Mufou və Lu dağları yerləşmişdir. Xususilə Xunan vilayəti ilə əlaqə qurmaq üçün sıra dağlarda koridorlar vardır.
İqlim
redaktəSzyansi vilayəti subtropik iqlimdə yerləşdiyinə görə yay ayları isti və quraq, qış ayları isə soyuq və rütubətli keçir. Qış ayları ilə əlaqəli torpaqlar məhsulu 10-11 aya verir. Vilayətdə qış aylarında yağıntının miqdarı digər aylara nisbətən çox olur.
İstinadlar
redaktə- ↑ "Communiqué of the National Bureau of Statistics of People's Republic of China on Major Figures of the 2010 Population Census 1(No. 2)". National Bureau of Statistics of China. 29 April 2011. 7 January 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 Avqust 2013.