Jores Alfyorov - Wikipedia
Jores İvanoviç Alfyorov (15 mart 1930[2][3][…], Vitebsk[2] – 1 mart 2019[4][5][…], Sankt-Peterburq) — Fizika üzrə Nobel mükafatı laureatı, Yarımkeçiricilər fizikası, yarımkeçiricilər və kvant elektronikası sahəsi üzrə mütəxəssis.
Jores Alfyorov | |
---|---|
rus. Жоре́с Ива́нович Алфёров belar. Жарэ́с Іва́навіч Алфёраў | |
Doğum tarixi | 15 mart 1930[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1 mart 2019[4][5][…] (88 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | hipertensial böhran |
Elm sahələri | yarımkeçiricilər fizikası[d], fizika[1], yarımkeçirici[1], siyasət[1] |
Elmi dərəcələri | |
Elmi adları | |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə15 mart 1930-cu ildə Vitebsk şəhərində anadan olmuşdur.
1952-ci ildə V.İ.Ulyanov (Lenin) adına Leninqrad Elektrotexnika İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1953-cü ildə SSRİ EA A.F.İoffe adına Fiziki-texnika institutunda mühəndis kimi başlamışdır. 1953-cü ildən 1964-cü ilə kimi kiçik elmi işçi, 1964-1967-ci illərdə baş elmi işçi kimi çalışmışdır. 1967-1973-cü illər ərzində – sektor müdiri, 1973-1990-cı illər ərzində – laboratoriya müdiri, 1987-ci ildən həmin institutun direktoru olmuşdur. 1989-cu ildən 1991-ci ilədək SSRİ EA Leninqrad Elmi mərkəzinin RH-ın sədri, 1991-ci ildən indiyə qədər REA Sankt-Peterburq Elmi mərkəzinin RH-ın sədri, 25 aprel 1990-cı ildən isə REA-nın vitse-prezidentidir. 28 noyabr 1972-ci ildən ümumi fizika və astronomiya (fizika) Bölməsi üzrə müxbir üzv, 15 mart 1979-cu ildən ümumi fizika və astronomiya (fizika, astronomiya) Bölməsi üzrə akademik seçilmişdir. Yarımkeçiricilər, heterokeçid və onların əsasında cihazların yaradılması sahəsindəki əməyinə görə Lenin mükafatına (1972) və SSRİ Dövlət mükafatına (1984) layiq görülmüşdür. 2000-ci ildə o, yarımkeçiricilər fizikası, yarımkeçiricilər və kvant elektronikası sahəsindəki nailiyyətlərinə görə Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
Jores İvanoviç Alfyorov 2004-cü ildə AMEA-nın fəxri xarici üzvü seçilmişdir.[7]
Jores Alfyorov 1 mart 2019-cu ildə 88 yaşında vəfat edib.
Ədəbiyyat
redaktə- Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 Алфёров Жорес Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Zhores Alferov // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 В больнице РАН назвали причину смерти Жореса Алферова.
- ↑ 1 2 Bibliothèque nationale de France Jores Ivanovitch Alferov // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 https://primo.nlr.ru/permalink/f/oo3rn7/07NLR_LMS007455730.
- ↑ "Alfyorov Jores İvanoviç" (az.). science.gov.az. 2017. 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.