Kohne Camadanlar Film 2022 - Wikipedia
Köhnə çamadanlar — Ekran işi Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edir.
Köhnə çamadanlar | |
---|---|
Janr |
dram macəra müharibə |
Rejissor | Saida Haqverdiyeva |
Ssenari müəllifi | Sevda Sultanova |
Baş rollarda |
Məmməd Səfa Pərvanə Qurbanova Gülzar Qurbanova Zemfira Əbdülsəmədova Zümrüd Qasımova Oksana Rəsulova Şəfəq Əliyeva Nəsibə Eldarova |
Bəstəkar | Vüqar Camalzadə |
Rəssam | Əfşan Əsədova |
İlk baxış tarixi |
30 aprel 2022 Nizami Kino Mərkəzi |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 1 saat 50 dəqiqə |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2022 |
Bölüm sayı | 1 |
Rəng | rəngli |
Çəkiliş yeri |
Bakı Astara Lənkəran Xızı |
Məzmun
redaktəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, "RS Production"un birgə layihəsi, "OYUN" inklüziv teatr MMC-nin istehsalı olan "Köhnə çamadanlar" bədii filmi real hadisələr əsasında çəkilib. Tammetrajlı bədii filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır. Tamaşaçı ekran əsərində döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın düşmüş Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcəklər. Ekran işində Birinci və İkinci Qarabağ müharibəsində baş verən hadisələr kəsişir, hər iki dövrü əhatə edən ayrı-ayrı epizodlar dramaturji və vizual baxımdan bir-birini tamamlayaraq hekayənin vahid strukturunu yaradır. Hadisələr fonunda müharibə, onun insan psixologiyasında buraxdığı izlərə baxmayaraq heç bir halda haqqın zəfərinə, qələbəyə inamının itmədiyinin şahidi oluruq. Final səhnələri Azərbaycan ordusunun qələbəsini əks etdirən sənədli və bədii kadrlarla tamamlanır. Ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri — əlil və qaziləri, həmçinin əlilliyi olan həvəskar aktyorlar da rol alırlar. Müharibə, onun insan psixologiyasında buraxdığı izlər və savaşdan çıxmış insanların həyata müqaviməti, müharibənin buraxdığı izlərlə mübarizəsi ön planda görünür.
Film üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Sevda Sultanova
- Rejissor: Saida Haqverdiyeva
- Görüntü rejissoru: Şahmar Qəhrəmanov
- Quruluşçu rəssam: Əfşan Əsədova
- Montaj rejissoru: Rza Almasi Pərqu
- Bəstəkar: Vüqar Camalov
- Art director: Tahir Tahiroviç
- Baş prodüser: Pərvinə İsmayılova
- İcraçı prodüserlər: Kəmalə Nəhmətova, Nicat Məmmədov
Rollarda
redaktə- Məmməd Səfa
- Pərvanə Qurbanova
- Gülzar Qurbanova
- Zemfira Əbdülsəmədova
- Nəsibə Eldarova
- Zümrüd Qasımova
- Ülviyyə Əliyeva
- Zülfiyyə Qurbanova
- Oksana Rəsulova
- Zülfiyyə Nəzər Məmmədova
- Aygün Fətullayeva
- Rada Nəsibova
- Zarina Qurbanova
- Türkay Cəfərli
- Könül Qasımova
- Şəfəq Əliyeva
- Səmimi Fərhad
- Aqil M. Quliyev
- Namiq Ağayev
- Vüqar Hacıyev
- Cavanşir Məhərrəmov
- Rəsmiyyə Nurməmmədova
- Qızılgül Quliyeva
- Elmira Hüseynova
- Səriyyə Mansurova
- Samirə Nəcəfova
- Rəhim Rəhimov
- Məmmədşah Təhməzov
- Yusif Baxşəliyev
- Yağmur Firuz
- Aysel Əliyeva
- Sovqat Səmədova
- Şəbnəm Hüseynova
- Amil İbrahimli
- Səyyad Əliyev
- Anar Məmmədov
- Gülər Kərimli
- Vəfa Hacızadə
- Fərid Haqverdiyev
- Məleykə Cəfərova
- Kamil Əliyev
- Fatimə Yunusova
- Habil Əliyev
- Rəhman Nəhmətov
- Rüqəyya Quliyeva
- Hüseynəli Quliyev
- Sevda Sultanova
- Anar Məmmədov
Uşaq rollarını Oyuq Teatr Studiyasının aktyorları ifa edib Selcan Xatun, Aylin Nəcəfli, Nazan Qafarova, Nazim Hacıyev, Vüsalə Bəkirzadə, Hökümə Ağayeva, Nihad Quliyev, Əli İsmayıl, Fidan Nəcəfli, Firuz İbrahimov, İnci Mustafalı, İbrahim Süleymanlı, Adil Əliyev, Melisa Oskoi, İlkin Həsənli, Uğur Cəbrayılov, Səməd Yunusov, Fuad Atayev, Murad Əliyev, Esma Gəncəlizadə, Zəhra Qafarova, Hüseyn Abdullayev, Hüseyn Hacılı, Ömər Akın, Nur və Asiə Vahbi, Aliyə Babayeva, Atilla İbrahimov, Əsma İsazadə.
Filmdə həmçinin, Birinci Qarbağ Müharibəsinin döyüşçüləri Kəmalə Qəhrəmanova, Xanımzər Həsənova, Aliyə Piriyeva, Məhəbbət Paşayeva, Xocalı sakini Fiqurə Rüstəmova, İkinci Qarabağ Müharibəsinin qaziləri Sürab Hacısəyidxan, Mobil Əhmədzadə, Elnur Abdullayev, Samir Paşayev, Samir Məmmədov, Mübariz Əliyev, Elçin Paşayev, Elnur Novruzov, Alim Şükürzadə , Babək Rzazadə, Ruslan Babazadə, Mirsaleh Kişizadə, Emil Begiyev, Rəşid Əzimzadə, Sənan Tağızadə, İlqar Əliyev, Cəfər Əlizadə iştirak ediblər. Kütləvi səhnələrdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq və Nəqliyyat fakültələrinin tələbələri çəkilib
İstinadlar
redaktəXarici keçidlər
redaktə- https://apa.az/az/culture-policy/kohne-camadanlar-filminin-premyerasi-olub-foto-701108
- https://sputnik.az/20220513/kohne-camadanlar-her-kesi-muharibe-illerine-qaytardi---vdeo--foto-441904980.html
- https://www.sosial.gov.az/post_545413
- https://medeniyyettv.az/az/news/2886/nizami-kino-merkezinde-kohne-camadanlar-bedii-filminin-premyerasi-olacaq
- https://525.az/news/193075-muharibe-aforizmleri-ve-ya-kohne-camadanlarin-teessurati
- https://frame.az/kc/
- https://qaynarinfo.az/az/erikli-soerek-den-koehne-camadanlar-a-qeder-2
Həmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
2022-ci ilin Azərbaycan filmləri
2022-ci illər Azərbaycan filmlərinin siyahısı