Kolgede 40 Derece Isti Film 1988 - Wikipedia
Kolgede 40 Derece Isti Film 1988 - Wikipedia - Haqqında Məlumat
Kölgədə 40 dərəcə isti | |
---|---|
Fayl:Kölgədə 40 dərəcə isti (film, 1987).jpg | |
Janr | dram |
Rejissor | Leyla Səfərova |
Ssenari müəllifi | Eldəniz Quliyev |
Baş rollarda |
Telman Adıgözəlov — Əlibaba Süleyman Əhmədov — Mirpaşa Süleyman Ələsgərov — Mirəli Nuriyyə Əhmədova — Suğra Davud İmanov — Ziya |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Aqşin Əlizadə |
Rəssam | Firəngiz Qurbanova |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 15 sentyabr 1988 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 69,5 dəq. |
Ölkə | Azərbaycan SSR |
İl | 1987 |
Texniki məlumatlar |
7 hissə 1900 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
redaktəKomediya janrında yaradılmış bu film Abşeron qəsəbələrindən birinin adamları haqqındadır. Burada təsvir olunan hadisələr bir gün ərzində cərəyan edir. Və bu qısa müddət ərzində biz öz ənənələrinə, öz həyat tərzinə malik dənizkənarı qəsəbənin adamları ilə tanış oluruq. Bu, milis nəfəri Mirpaşa (Süleyman Əhmədov), klub müdiri Ziya (Davud İmanov), qoca Mirəli (Süleyman Ələsgərov), gənc Əlibaba (Telman Adıgözəlov) və başqa sakinlərdir. Filmdə doğma torpağa sədaqət, prinsipial həyat mövqeyi, düzlük, doğruçuluq kimi məsələlərə toxunulur.
Film haqqında
redaktə- Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
- Film 2-ci kateqoriyaya layiq görülüb.
- Filmin rus dilində ilk adı belə olub: “Kuritsa pod qipnozom” (hipnoz altındakı toyuq).
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Eldəniz Quliyev
- Quruluşçu rejissor: Leyla Səfərova
- Quruluşçu operator: Kənan Məmmədov
- Quruluşçu rəssam: Firəngiz Qurbanova
- Bəstəkar: Aqşin Əlizadə
- Səs operatoru: Akif Nuriyev
- Rejissor: Süleyman Əhmədov
- Qrim rəssamı: Rəna Əliyeva
Rollarda
redaktə- Telman Adıgözəlov — Əlibaba
- Süleyman Əhmədov — Mirpaşa
- Süleyman Ələsgərov — Mirəli
- Nuriyyə Əhmədova — Suğra
- Davud İmanov — Ziya
- Bəxtiyar Kərimov — Rəhman
- Fikrət Məmmədov — Rafiq
- Mayak Kərimov — Hüseyn
- Liya Seyidova — Gənc qız
- Yelena Stroyeva — Akademikin arvadı
Sponsor
redaktə- Mərkəzi Televiziya (Moskva)
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 311-313; 336.