Telman Adigozelov - Wikipedia
Telman Abbasqulu oğlu Adıgözəlov (17 iyul 1953, Balakən – 15 aprel 2010, Bakı) — Azərbaycan televiziya, teatr və kino aktyoru, aparıcı, Azərbaycan Respublikasının xalq artisti (2006).
Telman Adıgözəlov | |||
---|---|---|---|
Doğum tarixi | 17 iyul 1953 | ||
Doğum yeri | |||
Vəfat tarixi | 15 aprel 2010 (56 yaşında) | ||
Vəfat yeri | |||
Vəfat səbəbi | ürək çatışmazlığı | ||
Dəfn yeri | |||
Fəaliyyəti | aktyor, televiziya aktyoru | ||
Fəaliyyət illəri | 1980–2010 | ||
Təhsili | |||
Mükafatları |
|
||
IMDb | ID3061943 |
Həyatı
redaktəTelman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olmuşdur.[1] Əslən ordubadlıdır.[2] O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaratmışdır. Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, E.Baxış "Qədr gecəsi" Oyunbaz, Elçin "Ah Paris…Paris!.." Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.[3]
İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynamışdır.
Telman Adıgözəlov 15 aprel 2010-cu ildə 56 yaşında ürək çatışmazlığında vəfat edib.[4][5] Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Bir qızı və bir oğlu var.
Təltif və mükafatları
redaktə- "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 28 oktyabr 2000
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 may 2006
- "Qızıl Dərviş" mükafatı — 1999
- "Əmək veteranı" medalı
Filmoqrafiya
redaktə- 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
- 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
- Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-rol: Camal, dublyaj: Camal
- Arşınmalçı (film, 1985)
- Bakı oğrusu
- Bir nömrəli… (film, 1980)
- Çətirimiz buludlardır (film, 1976)
- Diplomlu mütəxəssis (film, 1974)
- Dörd bazar günü (film, 1975)
- Evləri göydələn yar (film, 2010)
- Evləri köndələn yar (film, 1982)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Xatirələr sahili (film, 1972)
- Günaydın, mələyim! (film, 2008)
- İmtahan (film, 1982)
- Kölgədə 40 dərəcə isti (film, 1988)
- Ordan-burdan (film, 1987)
- QAZ (film, 2005)
- Qırmızı qatar (film, 1993)
- Qurama (film, 1995)
- Məşədi İbad-94 (film, 2005)
- Mühazirə (film, 1986)
- Nəsimi (film, 1973)
- Nigarançılıq (film, 1998)
- Sürpriz (film, 1977)
- Yarımştat (film, 1996)
- Yaşıl eynəkli adam (film, 1987)
- Yol əhvalatı (film, 1980)
İstinadlar
redaktə- ↑ "Telman Adıgözəlovun oğlu: "Atamın gətirdiyi sovqatı geri qaytardım" — Lent.az". 2015-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2015.Xəbərin yayınlanma tarixi: .Orijinal mətn (az.)
Lent.az-ın məlumatına görə, report.az-ın "Ömrün Pərdəarxası" rubrikasının bu dəfəki qonağı xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlovdur. Onunla birlikdə atalı günlərini xatırlayırıq.
- Telman Adıgözəlov Balakəndə doğulub. Amma çoxları bilmir ki, Telman müəllim əslən ordubadlıdır. Uşaqlıq illərindən sizlərə nə danışıb? Necə uşaq olub?
- Atam Balakəndə anadan olub. Amma babalarım Ordubadın Vənənd kəndindəndir. Babam Ordubaddan köçüb Balakəndə məskunlaşıb. SSRİ dövründə onları zorla köçürüblər. Balakəndə yaşadıqları məhəllə "ordubadlılar məhəlləsi" adlanıb. Bir əmim var. Atam uşaq olanda qolunda yara əmələ gəlib. Həkimlər ailəyə məsləhət görüblər ki, "uşağın qolunda yaranan bu yara getdikcə dərinləşəcək və qol çürüməyə başlayacaq. Ona görə də, uşağı Balakəndən aparın. İqlimi dəyişsə qolu sağalar". Həqiqətən də, belə olub. Balakənin havası rütubətli olduğuna görə babam ailəsi ilə birlikdə Bakıya köçüb. Balakəni tanıyanlar bilir. Orada məscid var. Həmin məscidin qarşısındakı məhəllədə yaşayıblar.
- Telman Adıgözəlov iyulun 17-də doğulub. Yadımdadır, hər dəfə ad günü münasibətilə onu təbrik edəndə fəxrlə "Bu gün həm də, Şah İsmayıl Xətainin ad günüdür" deyərdi. Millətini və milli kimliyini sevən bir adam idi, Telman müəllim.
- Siz ad gününü dediz, yadıma düşdü: atam ad günündə yaman kövrəlirdi. Çox həssas olduğu üçün yaşının üstünə bir yaş da, gələndə qəmli olurdu. Ona görə yox ki, qocalırdı. Nəsə ad günündə qəribə kövrəklik yaşayırdı. Milli mənsubiyyətini çox sevirdi. Türklüyü ilə fəxr edirdi.
- Ananızla tanışlığı, ailə qurması necə olub?
- Anam da Balakənlidir. Elə uşaqlıqdan qonşu olublar. O vaxtdan da, gediş-gəlişləri olub. Atam danışardı ki, dayılarınla uşaqlıq dostu idim. Həmişə bir yerdə oynayardıq. Elə o vaxtdan anamı sevib, bəyənib. Uşaqlıq məhəbbəti olub. Sonralar rayona gedəndə yenidən görüşüblər və ailə qurmağa qərar veriblər. - ↑ Milli.Az. "Telman Adıgözəlovun oğlu: "Atam səhv diaqnozdan öldü"" (az.). Milli.az. 11.10.2016. 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-11.
- ↑ Mədəniyyət TV. "13 ildir nə ailəsi, nə də dostları onun itkisi ilə barışır..." (az.). Youtube.com. 24.07.2023. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-24.
- ↑ Real TV. "Ürəkdən ölən aktyor" (az.). Youtube.com. 17.07.2018. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.
- ↑ Yusifli, V. Hamının sevimlisiydi…: ("Sənət fədailəri" silsiləsindən): [Xalq artisti Telman Adıgözəlov haqqında] //Kaspi.- 2015. −27 noyabr. — S.12.
Mənbə
redaktə- Telman Adıgözəlov
- "Kinoaktyor studiyasının fəaliyyəti (1966–1974)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 169.