Kurekenzade Feyzullah Efendi - Wikipedia
Kürəkənzadə Feyzullah Əfəndi (1700, Bursa – 27 dekabr 1761, Bəyoğlu, İstanbul ili) — Osmanlı alimi, bəstəkarı və şeyxülislamı. Atası Sultan Osman və Sultan Mustafa səltənətlərinin şeyxülislamlarından Əhməd Əfəndidir.[1]
Kürəkənzadə Feyzullah Əfəndi | |
---|---|
Əvvəlki | Abdullah Vassaf Əfəndi |
Sonrakı | Dürrizadə Mustafa Əfəndi |
18 fevral 1757 – 26 yanvar 1758 | |
Əvvəlki | Dürrizadə Mustafa Əfəndi |
Sonrakı | Mehmed Saleh Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bursa Osmanlı imperiyası |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | |
Atası | Kürəkənzadə Əhməd Əfəndi |
Uşağı | Kürəkənzadə Murad Əfəndi |
Həyatı
redaktə1700-cü ildə Bursada dünyaya gəldi. Atası o əsnada Bursa qazısı olan, Sultan Osman və Sultan Mustafa səltənətlərinin şeyxülislamlarından Əhməd Əfəndidir. Təhsilini tamamlayıb müdərris lik dərəcəsi ladı və müxtəlif mədrəsələrdə xidmət etdi. Ailəsinin nüfuzundan istifadə edərək sürətlə dərəcələri artdı və 1730-cu ildə öncə Qalata, ardından həmin il Bursa qazısı oldu. İstanbul qazılığına təyinatından bir neçə ay sonra 1739-cu ildə Anadolu qazəsgərliyinə gətirildi. Ancaq bu vəzifədə 9 ay qala bildi və azad edildikdən sonra 10 il boyunca dövlət vəzifələrindən uzaq qaldı. Bunda atasının vəfatı ilə nüfuzunun azalmasının rolu mühümdür. 1750-ci ildə və 1754-cü ildə 2 dəfə Rumeli qazəsgəri oldu. Ardından 8 iyun 1755-ci ildə Abdullah Vassaf Əfəndinin yerinə şeyxülislamlığa yüksəldi.[2]
14 ay davam edən ilk şeyxülislamlığı 26 iyul 1756-cı ildə heç bir səbəb göstərilmədən sonlandı. Ancaq çox keçmədən 18 fevral 1757-ci ildə ikinci dəfə bu vəzifəyə gətirildi. Bu ərəfədə Sultan Osman vəfat etdi və yerinə əmisi oğlu Sultan Mustafa taxta çıxdı. Bir ilə yaxın qaldığı ikinci şeyxülislamlıq dönəmi isə üləma və saray əyanlarının iş birliyi ilə 26 yanvar 1758-ci ildə sonlandı.
Vəzifədən azad edildikdən sonra Bəyoğlundakı köşkünə çəkilən Feyzullah Əfəndi 27 dekabr 1761-ci ildə burada vəfat etdi. Cənazəsi eyni səmtdə yerləşən dərgahına dəfn edildi. Eyni zamanda bəstəkar da olan Feyzullah Əfəndinin əsərlərinin heç biri günümüzədək gəlib çıxmamışdır.[3] Adı bilinən övladlarından oğlu Kürəkənzadə Murad Əfəndi Rumeli qazəsgərliyinə qədər yüksəlmişdir.[1]
Mənbə
redaktə- Subhî, Târih, vr. 172b.
- İzzî, Târih, İstanbul 1199, vr. 227a.
- Vâsıf, Târih, I, 31, 56, 91, 205.
- Devhatü’l-meşâyih, s. 99.
- Sicill-i Osmânî, IV, 36.
- İlmiyye Salnâmesi, s. 528.
- Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 484, 565.
- "Feyzullah Efendi", TA, XVI, 280–281.